Məramnamə
Tiflisdə müsəlmanların bir “Xanımlar cəmiyyəti-xeyriyyəsi” var. Hərdənbir idarəmizə kağızlar yazıb soruşurlar ki, bu cəmiyyətin “məramnaməsi” nədir, yəni nəyə qulluq eləyir, məqsədi nədir?..
Keçən vaxtlarda bir-iki kağız sahiblərinə cavab verdik ki, “Xanımlar cəmiyyəti-xeyriyyəsinin” məramnaməsi pul yığmaqdır, vəssəlam. Bizim bu cavabımızı eşidib, keçən il bir-iki Tiflis xanımları küçədə üzüaçıq mənə rast gəlib başladılar giley-güzarı ki, “sən niyə ona-buna yazırsan ki, bizim məqsədimiz pul yığmaqdır, niyə bizim bu qədər zəhmətlərimizi gizləyib, haqqı danırsan və bizə yaraşmayan adı bizim üstümüzə qoyursan, məgər görmürsən ki, biz hər il “bal” veririk, qızlarımızı orada işlədirik? Məgər bu millətpərəstlik deyil, məgər bizim üçün bu fədakarlıq deyil? Dəxi bizdən nə istəyirsən?”.
Bu keçən həftə yenə birisi məndən soruşurdu ki, Tiflisdə xanımlar cəmiyyətinin məramnaməsi nədir; yəni nə yolla çalışırlar, “məqsəd nədir?” Dəxi güman edirəm ki, bu dəfə səhv eləmədim, çünki indi mən cavab verdim ki, “Xanımlar cəmiyyətinin məqsədi bal verməkdir”.
Dəxi güman edirəm ki, bu dəfə səhv eləməmişəm.
Dəli
“Molla Nəsrəddin”, 20 noyabr 1911, №41
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-meramname
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu Təbriz-Culfa dəmir yolu da başımıza bəla oldu!.. Doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri yetişib, biri də bu dəmir yoludu. Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə, bir həftə-on günə Təbrizdən sağsəlamət gedib yetişirdi Culfaya.Bəli, dəmir yol çəkdilər ki, tərəddüd guya asan olsun və sürətli olsun; guya ki, bizi atlı qovalayır, guya ki, bu dəmir yol ilə bizim cavanlar gedib Almaniya, Amerika darülfünunlarında dərs oxuyacaqlar.
Dövlətli xanımlarŞəhərimizdə bir dövlətli xanım var. Bayram qabağı xanım bir xəyallandı darül-tərbiyədəki övrət-uşağa paltar tikdirsin ki, Allah da xanımdan razı olsun; amma təqvimə baxdırdı gördü ki, saat xoş deyil. Sonra bir belə fikrə düşdü ki, Qafqaz mühacirlərinin hərəsinə bayram axşamı bir qədər xərclik paylasın. Yenə təqvimə baxdı gördü ki, yazılıb “nə şayəd”.Axırda dedi: xub, neçə-neçə ali imarətim var ki, bir-birinin içindədir, bu imarətlərin birini Allah rizası üçün vəqf elərəm idareyimaarifə (inşallah) ki, orada yetim uşaqlar üçün bir böyük mədrəsə qərar verilsin.
TəbiətQırx beş ildir rəməzanı həmin şəkildə görürəm ki, hali-hazırda vardır: görürəm ki, tamam əhali səhərdən, axşama yarım [saat] qalanadək yuxudadır; tiçarət bağlı, darülfənn və darültərbiyələr qapalı, qiraətxanalar boş, idarələr məəttəl, tərəddüd yox.. .Elə ki, iftara yarım saat qaldı, mömünlər ayılıb gözlərini silirlər və bir qədər oğul-uşaqla bədrəftarlıq və qapıya gələn saillərə kəmhövsələlik göstərəndən sonra, yeyib-içmək əsbabını fərahəm gətirməyə məşğuldurlar.
Molla NəsrəddinBu günlərdə bir böyük əngələ düşdüm.Bacım Pəricahan hamilə idi, yəni doğacaq idi. Bacım, əri ilə Danabaş kəndində olurdu, mən də İrəvanda olurdum. Bacımın bir körpə də uşağı var idi ki, bu da bir neçə ay idi naxoş idi.
Başqa şairlərin şeirləri · Satira
Bakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!
Əcaib əsərƏsər var ki, bilmirsən nə ad verəsən ona,Oxumaq mümkün deyil, min yol varaqlasan da.
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!
Nə ləzzətiDünya üzündə olmadın ədna, nə ləzzəti?Ədnalıq ilə olmadın əla, nə ləzzəti?