Namaz qılan və tramvay çəkən
Birisi gedib zəhmət çəkib namaz qılmaq öyrənib; birisi də gedib zəhmət çəkib tramvay elmini öyrənib.
Bu söhbəti ondan ötəri açdım ki, bir dəstə binamaz şura mühəndisləri bu günlərdə Bakının Dağ məhəlləsinə tramvay çəkib qurtardılar.
İndi qəbir üstə gedən mömin müsəlmanlar cümə axşamları rahatca tramvaya əyləşib qəbiristana tərəf yollanırlar ki, ölülərinin qəbrinin üstə “yüsəbbeh” oxusunlar.
İndi mənə bir belə məsələ ariz olub ki, aya, namaz qılmaq və tramvay işini bilmək – bunların hansı əfzəldir?
Əgər desək ki, tramvay elmi bir qəpiyə dəyməz – onda bəs, biz niyə tramvaya minib əhli-qübur ziyarətinə gedirik?
Əgər desək ki, tramvay elmi namaz “elmindən” (nəüzübillah) çətindir və lüzumludur, onda (aman Allah!) Fazili-Dərbəndi həpəndə nə cavab verərik?!
Hələ bunu da demirəm.
Sözümün əsil mənası aşağıdadır. Dağlı məhəlləsinə çəkilən tramvayı quranların hamısı binamaz mühəndislərdir ki, binamazlıqları səbəbindən Allah-taala onları heç dost tutmaz. Bir tərəfdən də həmin tramvay Dağlı məhəlləsinə böyük abadanlıq və mənfəət verir və dağlıların tərəqqisinə səbəb olur.
Mən indi bunu istəyirəm başa düşəm ki, aya, əgər doğrudan da Allah varsa və bu işləri görürsə, bəs nə deyir? Bəs niyə bu qədər fazil və mömin və müqəddəs molla və mərsiyəxanı, müəzzin və əməleyimövtanı binamaz xarici tramvay mühəndislərinə möhtac eləyir?
Mən bunu bilmək istərdim.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 31 oktyabr 1929, №44
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-namaz-qilan-ve-tramvay-ceken
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Povestkaları göndərdim, 55 manat puldur. Mümkün olsa, ev kirayəsini ver (45 manat), söz vermirəm ki, bu yavıqlarda sənə pul göndərəm. Mən Səmədovlara tel vurmuşdum ki, sənə 50 manat versin, bilmirəm niyə 25 manat verib. Vera Akimovnanın getməyi yaxşı oldu, hətta Manyaya da de ki, onunla əlaqəsini kəssin. Mən məhz o səbəbə Manyanın buraya gəlməyini istəmişdim ki, o dəli övrət onu bəhanə edib, buralara gəlməsin. Əgər Manya istəsə, həmişə gələ bilər.Səy elə jurnalı çıxart. Evdən çox nigaranam. Eşidirəm ki, evimizdə, bir növ, biqaydalıq və nizamsızlıq var. Sən bunu bil ki, orada sən mənim vəkilimsən və yaxşı işlərlədə, pis işlərlə də insafının yanında sən cavabdeh olacaqsan.
Mənim möhtərəm Kislovodsk tanışlarım – Vladimir Pavloviç və Valentina Pavlovna Aqapyevlər!Sizdən ayrılandan sonra mən yanvarın 2-də Bakıya gəldim və yanvarın 7-də buradakı Semaşko adına xəstəxanaya girdim. Yanvarın 19-da xəstəxanadan buraxdılar və fevralın 20-dək ambulatoriyada müalicə olundum.Bütün bu müddət ərzində mənim dərdim-sərim bu idi ki, qan təzyiqim xeyli qalxmışdı. Axırı bundan təngə gəlib, naxoşluğumu da, qan təzyiqini də yaddan çıxardım. İndi kefim necə istəyir, elə də yaşayıram. Bütün ümidimi, ancaq Allaha bağlamışam.
Əzizim Baba! (Bakı, 7 iyun)Sizin evdə uşaqlar hamısı salamatdırlar. Atan gedibdir Naxçıvana, mən sizin evə iki dəfə telefon edib uşaqların kefini xəbər almışam. Buralar salamatdır. Heç bir yanda narahatlıq yoxdur. Şəki tərəfdə qabaqlarda bir az narahatlıq var idi, amma indi hər yan sakitdir.Bəs sən nə vaxt gələcəksən? Gəlsən, arxayın və bolluca söhbət edərik.
Həmidə!Mən sənə işlərimiz barədə bir neçə məktub yazmışam: biri veksellər və Dövlət bankının reyestrləri ilə bərabər yazılan sifarişli məktub idi, o biri sifarişli məktubda yazmışdım ki, ağacları əkmək üçün çalalar hazırlansın, üçüncü məktubu isə srağa gün Maşonun qaynı Vasili Bedoşvili ilə göndərdim.Axırıncı məktubda sənə mən sənin veksellərinin müddəti barədə yazmışdım. Yazmışdım ki, veksellər məni gecikdirəcəkdir, yoxsa kəndə can atıram ki, sifariş verilən alma ağacı və s. şitilləri əkim. Yazmışdım ki, Dövlət bankı tələb eləyir ki, pul almaq üçün bir dəfə sən özün şəxsən banka gələsən.
Başqa şairlərin şeirləri · Satira
(2)Orucluqda qumarbazlıq, bunun var özgə bir dadı,
DemərəmMən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.
Vücudi-lətifin, ey taci-sərimCəfərqulu xana*Vücudi-lətifin, ey taci-sərim,
ŞamaxıdaƏsri-bistümdür, səhab1 altında qalmaz şəmsi-elm,Bir zəman təl’ət açar, pərtöv saçar, zülmət qaçar;