Oraq
Bəli, dedilər ki, kəndə bir yaxşı müəllim gəlib, adı da Molla Bağırdı. Çox gözəl, biz də uşaqları aparıb qoyduq ki, oxutsun. Yəni bunu da deyirdilər ki, müəllim darülfünun qurtarıb və hər bir elm oxuyub, məsələn, elmi-zərafəti, elmül-əkl, elmi-səməni, elmül-cəzb, əlhasil, hər bir elmdən xəbərdardır və hamısını təhsil edib. Məktəbi də araba yolunun üstündə camaat mərəkəxanasında 36 nömrəli evdə açıb çox ucuz qiymətə uşaqları qəbul eləyirdi. Məsələn, ayda bir uşaq 30 yumurta və 5 dənə cücə və 7 boşqab aş.
Əvvəlinci sinfə oxudurdu əlifbanı. Üsuli-təlimi də belə idi: əlif sərv ağacı kimi, bey təknə kimi, tey ona bənzər, sey də ona bənzər, cim oraq kimi, hey də ona bənzər, xey də ona bənzər.
Xülasə, bir gün kəndə səs düşdü ki, müəllim uşaqlara xəbər verib ki, hərəsi məktəbə gələndə bir oraq gətirsin və müəllim istəyir uşaqlara ot çaldırsın.
Bu səs düşəndən sonra dəxi heç kəs məktəbə uşaq göndərmədi, çünki xalq uşağını çöldən tapmayıb ki, göndərsin müəllimə ot çaldırsın.
Amma sonra məlum oldu ki, yazıq müəllim ancaq uşaqlara “cim” dərsi verəndə oraq adı çəkib və heç kəsə deməyib ki, oraq gətirin, mənə ot çalın.
Amma çifayda. Dəxi ondan sonra bir uşaq da məktəbə getmədi.
Cırcırama
“Molla Nəsrəddin”, 9 iyun 1908, №23
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-oraq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Lənkəranda Məşədi Oruc Heydərəli oğluna:Göndərdiyiniz məqaləni çox razılıqla çap edərik, bu şərtilə özünüz Tiflisə təşrif gətirib yazdığınız məqaləni oxuyasınız.
Niyə məni döyürsünüz?A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edəm? Olmaya qorxursunuz ki, məcmuənin vərəqlərini nökərlər samavar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırda camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola? Olmaya siz başa düşürsünüz ki, bir məmləkətdə iki padşah və bir əsrdə iki molla ola bilməz: ya Molla Xəsrəddin, ya Molla Nəsrəddin?Heç eybi yoxdur, döyürsünüz döyünüz. Amma bunu da biliniz, ey mollalar ki, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri sizin əlinizdən alar və başlar… dəxi dalısını demirəm.
İran təqvimindənBu il həmişəki kimi çox toz olacaq. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək. Sel gəlsə dam-daşı dağıdacaq. Yayda istidən odun təsiri olmayacaq. Böyük kimsələr kiçiklərin sözünə baxmayacaqlar. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Əgər 1906-cı ildə ixtişaşi-inqilab qeyri – məmləkətlərdə zühur etsə, İranda və Qafqaz müsəlmanlarının arasında meymun oynatmaq və əl quşu saxlamağa bir tərəfdən maneçilik olmayacaq. Bir para millətlərin içində rəylər müxtəlif olacaq.Osmanlı ilə Bolğariya ya dava edəcək, ya etməyəcək. Dava etsə ya Osmanlı basacaq, ya Bolğariya.
Bir para hikmətli danışıqlar– Məşədi Pirqulu, nə qayırırsan?– Heç zad.
Başqa şairlərin şeirləri · Satira
Üç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.
QızımaFikrini vermə nə elmə, nə də ürfanə, qızım!Çoxdur elmin zərəri din ilə imanə, qızım!
Şuradan əlim çıxdı...Şuradan əlim çıxdı, lap oldum evi bərbad,Faş etdi bütün sirrimi mürtəd qızı arvad.
Yenə bəziləriKöhnəlikdir – dedi – bozbaşla qutab, bəziləri,Bağladı xeyli bu mənada kitab, bəziləri.