Heyz
“Çe qəm divari-ümmətra” ki, məsələn, görürsən müsəlmanlar yığışıblar bir dükanın qabağına və qulaq asırlar, ortada bir gözü eynəkli şəxs əlində bir kağız tutub oxuyur. Deyirsən, bəlkə Tehrandan təzə gələn qəzetdir, ya bir özgə təzə xəbərdir, ya görəsən, əlbət, bir qəribə əhvalatdır.
Oxucularımızdan üzr istəyirəm: mən boynuma alıram ki, indi yazmalı mətləblər çoxdur, danışmalı sözlər həddən artıqdır, politika aləmi dəyib bir-birinə; Rusiya Dumasında Şah Səlim oyunu oynayırlar. Kitayda yapon malını baykot eləyib, yapon karxanalarını işsiz qoyublar, ingilis və rus padşahları görüşüb çox sözlər danışdılar. Tehranda məclisi topa tutublar, Firəngistan rəisi Rusiyaya səfərə çıxır, Makedoniyanı Osmanlıdan almaq istəyirlər… Nə bilim dəxi nələr, dəxi də nə var, dəxi də nələr var…
Amma bunların heç biri ilə işim yoxdur. İndi burada bir şey də yadıma düşdü. Yazırlar ki, ermənilər hazırlaşırlar təzə katalikos seçsinlər; amma qərar qoyublar bir elə şəxs seçsinlər ki, cəmi Avropa dillərini oxumuş olsun.
Qərəz, gördüm ki, müsəlmanlar yığışıblar bir dükanın qabağına və huş-guşla qulaq asırlar. Ortada gözü eynəkli şəxs əlində bir kağız tutub oxuyur. Dedim bəlkə Tehran vüquatını oxuyur. Yavığa yetişib mən qulaq verdim:
“İn çənd məsələist əz fərmayişati-həzrəti-müstətab ağayi-flan və flan ki be tazəgi əz Xorasan fürustadəənd”. Yəni təzəlikdə Xorasandan göndəriblər. Yenə dedim bəlkə politika işlərinə dairdir. Sonra cənab başladı oxumağa: “çün məsəleyi-heyz və nüfas vacibəst bər hər zəni-nöh salə…”.
Ev birdən uçmaz, yavaş-yavaş uçar. Ev sahibi evin qədrini bilsə, görər ki, ev uçacaq və elə ki, gördü ki, ev uçacaq, – başlar təmir eləməyə. Amma zəmani ki, evin qədrini bilmədi, deyər ki, “eh cəhənnəmə-gora uçsun!”. İndi mən əsrimizin bu günlərində eşidəndə ki, birisi əlində bir kağız tutub oxuyur ki, “məsəleyi-heyz və nüfas vacibəst bər hər zəni-nöh salə”, – bunu mən eşidəndə haman ev sahibinin sözləri yadıma düşür ki, “eh, cəhənnəmə-gora uçsun!”.
Dəxi bilmirəm nə yazım!..
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 16 iyun 1908, №24
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-heyz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Lemsə tayfasından Reynqart adlı bir şəxs miladi tarixinin 1892-ci ilində yer üzünü başladı piyada dolanmağa və dörd ilin müddətində belə məşəqqətli səyahətini tamam edib, səfərdə gördüklərini yazıb, bir kitab cəm etdi. Həmin kitabın bir cildini cənab Reynqart idarəmizə göndərib, təvəqqə edir ki, kitabın intişarı naminə onu oxucularımıza tərif edək. Müsənnifin kağızından belə məlum olur ki, kitabdan bir cild “İrşad” və “Həyat” idarələrinə dəxi göndəribdir.Kitabın 895-ci səhifəsindən “Müsəlman içində gördüklərim” sərlövhəsi ilə Qafqaz və İran səyahətnaməsi başlanır. 912-ci səhifə Salahlı qəryəsindən danışır. Səyyah yazır: “Günorta vaxtı iki min əziyyətlə çatdım Salahlı kəndinə və küçədə bir uşaq görüb soruşdum:
İfratın mənfəəti(“Həyat”ın 176-cı nömrəsini oxuyanlarla bir balaca söhbət)Cənab H.K.“Həyatın” söylədiyimiz nömrəsində “İfratın məzərrəti” adında yazdığı məqalədə deyir:
Bir gürcüyə cavabGürcü mühərrirlərindən bir rəfiqim dünən gəlmişdi bizə söhbətə. Danışıq millətlərin qabağa gəlməyindən düşdü. Rəfiqim başladı ki, hər bir millət üçün nicat yolu tapmaq balaca uşaqları məktəbə göndərib tərbiyə verməklə əmələ gəlir. Əgər belə olmasa, heç bir şey fayda bağışlamaz: nə hürriyyət, nə məşrutiyyət, nə cümhuriyyət, nə zənburiyyət, nə çənçuriyyət…Qərəz rəfiqim bunlardan bir neçəsini də saydı və bu sözləri deyəndən sonra mənim rəyimi soruşdu. Mən cavab verdim ki, hələ sözünü de qurtar, mən axırda birdən cavab verərəm.
Abirin və kilabBir neçə gün bundan əvvəl türk qəzetlərinin birində oxudum ki, rus ədibi məşhur Krılov “Abirin və kilab” adında bir təmsil yazıb. Çünki mən rusca az-çox oxumuşam və məlumdur ki, Krılovun təmsillərini mübtədi məktəblərdə oxudurlar, çox təəccüb elədim ki, bu təmsildən mənim xəbərim yoxdur. Açdım Krılovun məcmuəsini və vərəqləyib, “Abirin və kilab” adında bir təmsil tapa bilmədim. Sonra öz-özümə ha fikirləşdim ki, görəsən, “Abirin və kilab” nə deməkdir?Axırı ərəbi bilənlərin birisi məni başa saldı ki, “abirin” – yəni ərəbcə keçənlər, yolçular; “kilab” – yəni itlər.
Başqa şairlərin şeirləri · Satira
İndi ölənin, Kirpi dayı, hörməti yoxdur,Ehsansız olan məclisin heç ləzzəti yoxdur.
Min il yazasan da bu müsəlman başa gəlməzMİn il yazasan da bu müselman başa gəlməz,Nadandı ki, nadandı ki, nadan, başa gəlməz.
Ə. Qəmküsar bəradərimə cavab“Təhvili-ibarət” sözünü “tərcümə” qanmaq, –Məktəbli çocuqlar da bilir kim, bu xətadır;
Bir dədə axtarıramEldən gizli deyil bu, yetim böyümüşəm mən,Məşq edirəm qələmlə kağızlar üstdə hərdən.