Tiflisdə təzə açılan “Qeyrət” mətbəəsində türkcə, farsca, ərəbcə və rusca hər cür kitab, dəftər, hesabnamə, paket (zərf), ziyarət kağızçası (kartışka) və özgə hər növ ticarət-sövdagar və zavod kağızları çap edilir.

“Qeyrət” mətbəəsində çap ediləcək kitab və kağızlar Rusiyadakı müsəlman hərflərinin ən son və yaxşısı ilə basılacağı kimi, çap qiyməti də mümkün dərəcədə ucuz olacaqdır. “Qeyrət” mətbəəsi həmişə sifarişlərin gözəl təb edilməsinə, vaxtında hazır olmağına və ucuz çap etmək ilə müsəlmanca əsərlərin nəşrinə xidmət edəcəkdir.

Senzuradan rüsxət olub, “Qeyrət” mətbəəsində çox az müddətdə çap edilib çıxacaq əsərlər:

  1. Cib təqvimi və cib dəftəri

  2. Dəvət

  3. Sübhi-sadiq

Senzorun rüsxətinə göndərilən əsərlər:

  1. Moskva şəhərində birimci gün

  2. Moskva şəhərində ikimci gün

  3. Rəhbəri – ticarət

Senzuradan rüsxət alıb uzağı 5 ay müddətində təb ediləcək böyük kitablar:

  1. Zübdətüt – təvarix

  2. Kitabi – müsbahül – hərəmeyn

Yuxarıdakılardan savayı, təb etmək üçün daha pək çox kitablar hazırdır. Vaxt olduqca inşallah təb ediləcəkdir.

Cəlil Məmmədquluzadə

“Poçt qutusu” kitabına (1905) ön söz

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məclisi-milli

Cənab Molla Nəsrəddin! Nömrə on səkkizdə məclisi –məşvirətdə – olan cənabların şəmayili-mübarəkini çəkib nişan vermisiz və zimnidə əcəlli-mərifətləri dəxi məlum olunub. Vəli bəzi əşxas çoxdan çox talibdir ki, siz o məclisin əczasının ismi-mübarəklərini yazıb və söhbətü məşvərəti-məclisi dəxi bəyan buyurasız məclisdə olan məşvərətlər bu vəz ilə idi. Cənab əczanın ismləri: Cənab Ximyazətül-üləma,Ağa Cəfər Dəbbağ, Ağa Məhəmmədhüseyn Səbbağ, Ağa Məhəmmədtağı Xəbbaz, Ağa Nəcəf Əttar və Ağa Sadıq Dəllak.

2 dəq
Bir adam lazımdır

Rusiyada və Yevropada nəşr olunan qəzetələr ha yazırlar ki, müsəlmanlar çalışırlar “ittihadi-müslimin” düzəldib birləşsinlər və əcnəbi millətlərə zor edib, bütün yer üzünə sahib olsunlar.Bir adam lazımdı ki, gedə yapışa bu qəzetləri yazanların əlindən və gətirə Qarabağa və Qarabağın bir para vaizlərini nişan verə; haman vaizləri ki, camaatı yetmiş iki tirəyə bölməkdən savayı özgə bir işləri yoxdu.

1 dəq
Meymunlar

Hürriyyət və hüquq davası düşəndən indiyədək heç bir müsəlman məclisi olmayıb ki, orada bir obrazovannı müsəlman ayağa durub deməsin: “Hökumət qoymayır məktəblərdə ana dilimizi öyrənək”.(Hələ məzəsi budur ki, bu nitqləri hamısı urus dilində söylənir və niyə urus dilində söylənir? – bu sirdən də indiyədək heç kəs baş aça bilməyib).

2 dəq
Danabaş kəndindən

Axund dadaş, o bir məsəl var… deyərlər, filankəs çox bicdi… indi… xa xa xa xa … əgər gülmək qoysa deyərəm… ha ha ha ha… ay vay, qarnımın dərisi az qaldı yırtılsın… xa xa xa xa xıx xıx xıx ə ə ə, vah, vah, vah, vah vay dədəm vay… lənət şeytana. A kişi, zəhirmar gülmək gələndə adam az qalır ağlasın, hə, istərəm onu deyəm ki, zaddı o nədi… Görüm nə deyəcək idim… Yadımdan çıxdı… Hə… yadıma düşdü… Bu yaponiyalılar nə bic adam imişlər… Dünən qəzetdə oxudum ki, bir yaponiyalı Milan şəhərindən bir qızı zornan çığırdaçığırda, bağırda-bağırda götürüb qaçıb, xa xa xa xa, xıx xıx xıx, ha ha ha ha…vay dədəm vay… A başına dönüm, bilmirsən nə qədər gülməyim gəlir…Bu yaponiyalılardan haramzada millət yer üzündə gərək ki, olmasın. Xa xa xa xa, qoymayın, canım çıxdı, bağrım çatdadı… Görüm nə deyəcək idim…Hə, qızı çığırda-çığırda aparır Almaniya torpağına və Almaniya keşişlərinə bir torba qızıl verir ki, qızın kəbinini kəssin. Xa xa xa xa…A başına dönüm gülmək qoymur ki, sözümü tamam eləyim, keşiş razı olmur və deyir ki, qızın razıçılığı olmayan yerdə Allah da razı olmaz, insaf da razı olmaz. Xa xa xa xa… Sonra qızı gətirir Rusiya torpağına, burada da rəfiqin işi tutmur… Hı… necədi, indi başına nə çarə qılacaqsan? Xa xa xa xa, yazıq kişi yaxşı kələyə düşdü. Müxtəsər, yeddi cür məmləkətə və yeddi cür millətlərin içinə qızı apardısa hər yerdə keşişlər dedilər ki, qız çığıra-çığıra ona kəbin düşməz. Xa xa xa xa. İndi canını hara qoyacaqsan? Xıx, xıx, xıx, lotunun işi xarabdı… Xa xa xa, vay dədəm vay… Yaman dərddi, Allah heç kəsə göstərməsin. Yazıq nə eləsin, əgər qızı çığırda-çığırda dalına alıb Yaponiyaya aparsa, Yaponiya keşişləri nəinki kəbin kəsməzlər, hələ bəlkə tutub onu boğarlar, ondan ötrü ki, bütpərəst ola-ola yaponiyalılar qızı zornan bir kişiyə arvad eləməzlər…Xa xa xa… İş nə yaman yerdə dayandı!..

2 dəq

Başqa şairlərin şeirləri