Qız götürüb qaçmaq
Əlacım budur ki, götürüb qaçmaq.
Həmişə iyirmi səkkiz yaşlı bir boynuyoğunun bir balaca qıza gözü düşəndə öz-özünə belə qərara gəlibdir: əlacım budur ki, götürüb qaçmaq.
Qulağıma çatır ki, bundan sonra qız götürüb qaçanlara və arvad zorlayanlara bundan sonra hökumət tərəfindən ağır cəza veriləcəkdir. Bunlar hamısı öz qaydasınca, amma burada bir nazik mətləb var ki, onun barəsində indi gərək bir qədər danışaq ki, gələcəkdə çətinlik üz verməsin.
Kimdi qız götürüb qaçanlar?
Cavab: 28 yaşlı boynuyoğunlar.
Bu məlum. Bəs onların yoldaşları kimdi?
Cavab: kim olacaq, özləri.
Yox, bilmədin; nazik mətləb elə burasıdır.
Haman nazik mətləb budur ki, qız götürüb qaçanlar yoldaşsız olmazlar. Əgər yoldaşları olmasa, heç bir vəchlə qızı qaçırda bilməzlər. Bu boynuyoğun qız qaçırdanların yoldaşı molladır.
Nazik mətləb haman budur.
Boynuyoğunlar ona arxayındırlar ki, səkkiz yaşlı qızı qoltuğuna vurub çığırda-çığırda mollanın yanına aparan kimi, molla ona kəbin kəsəcək və haman gecə də o qızı haman boynuyoğun çığırda-çığırda arvad eləyəcək.
Nazik mətləb haman budur.
Onunçün də qədimdən qadın məsələsi barədə cızma-qara eləyən qoca Molla Nəsrəddin əmi arzu edir ki, qız götürüb qaçan boynuyoğun müsəlman quldurlarına ağır cəza verəndə bu quldurların yoldaşları hesab olunan mollalar yaddan çıxmasınlar.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 14 mart 1929, №11
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-qiz-goturub-qacmaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Akstafa artelinin müdiri barəsində bu saat qəzetlərdə çox danışıq gedir.Danışığa səbəb budur ki, necə ki, məlumdur Ağstafada bir artel düzəlibdir və bu arteli idarə etmək üçün bir nəfər seyid seçibdirlər.
Qarğa-quzğunlarQarğa-quzğunlar həmişə çöllərdə cəmdək axtarmaqda olurlar.Çin tərəfindən də insanların qarğa-quzğunları qulaqlarını qırpıdıb müharibə gözətləməkdədirlər. Çünki acdırlar.
Din və millətAxır zamanlarda “millətçilik” sözləri tez-tez qəzet sütunlarında danışılmaqdadır.Amma bircə şey mənim nəzərimdə xeyli təəccüb görsənir; o da budur ki, “din” və “dinçilik” söhbətlərinə çox az-az rast gəlirik. Halbuki “millət” və “millətçilik” məsələsi “din” və “dinçilik” və dindarlığa çox yapışıqlıdır, çox əlaqədardır (ərəblər demişkən).
Sapın ucu. QisasHa iki gündən bir qəzetlərdə oxuyuruq ki, filan bakılı vurdu filan bakılını öldürdü. Əgər belə olsa, az bir vaxtda Bakıda dəxi bir nəfər də bakılı qalmaz.Mən bu məsələni ondan ötrü ortalığa qoymuram ki, bakılıların o dünyaya getmələrinə çox darıxıram; yox, mənim məqsədim oxucularımın nəzərinə bunu yetirməkdir ki, burada bu qədər qan tökülməyə bais müsəlman qardaşların bir-birindən “qisas” almağıdır və bu da, necə ki məlumdur, islam dininin təqazalarından biridir.
Başqa şairlərin şeirləri · Satira
Mirzə Fətəliyə*Nə xabi-qəflətdi, divanə könül,
Dilənçi deyir ki ("Əl açıb sail olmağın xoşdur")Əl açıb sail olmağın xoşdur,Gərçi bir həbbə sim isə diləyin;
İradəmizə yazılan əşar nümunələriMühərrlrlərimiz**Şeyx Hüseynİn görse Mirxaniyan “Bəyanül-həqqi”ni,
Görməmişəm, eşitmişəmXalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.