Yaxın Şərq məsələsi
Leyfild, 24 oktyabr. Təzə rəisül–vüzəra Bonar–Lou kralın dediyinə müşərrəf olub ona izhar etdi ki, təzə kabinənin təşkilini öhdəsinə götürür.
Bu yavuq vaxtda Bonar–Lou öz deklarasını bəyan etməyə hazırlaşmaqdadır. Hərçənd piş əz vəqt deklarasiyanın məzmunundan xəbərdar olan yoxdur; amma hökumətin təzə rəisi Kamal paşanın müzəffəriyyətinin əsbabı barəsində xüsusi məclislərdə öz məhrəmlərinə elə bir nəzəriyyat meydana qoyur ki, bu vaxtadək Yevropanın politikaşünaslarından belə bir işarələr indiyədək olunmayıb. Söhbət İranın türklərə bu müharibədə nə münasibətdə olmağı barəsindədir.
Bonar–Lou belə demiş:
– Heç kəs İranın Şərq məsələsində oynadığı rolu səhl saymasın (rol dedim, müsəlman artistlərimizin rollarını öyrənməkləri yadıma düşdü). Bəli, doğrudur, bəziləri Mustafa Kamalın az bir müddətdə, az bir qoşunla yunanları qovalamağını Şura hökumətlərinin maddi və mənəvi köməkliklərinə isnad verməyə maildirlər. Amma iranlılardan türklərə yetişən yardım fövqəladə bir miqdarda hesab olunur ki, bəhər hal Şura hökumətləri istəsəydilər də, belə bir köməkliyi qüvvədən felə gətirə bilməzdilər.
Bonar–Lounun Şərqdən aldığı məlumata görə, savayı ondan ki, iyul ayının 21-də Tehrandan Anqaraya 91 min tüfəng və 65 min pulemyot göndərilib, Təbrizdən tək bircə Hacı Mircəfər İsfahani Mustafa Kamal paşaya haman ayın 24–də 91 min qızıl lirə göndərib. Hətta belə güman etmək olar ki, qeyri dövlətmənd tacirlər (Hacı Əli ağa Kompani və Hacı Fərəc ağanı da söyləyirlər) Təbrizdən türklərə göndərdikləri neçə–neçə dəvə yükü qızıl pullardan savayı, Mustafa Kamal paşaya İranın şahsevən çetələri elə bir qüvvət verdilər ki, dəxi türklərin qalib gəlmələri çox qabaqlardan təmin olunmuşdu. Məsələn, şahsevənlərin otuz tayfasının hər birisi dörd min beş yüz silahlı, atlı qoşunu Anqaraya göndərmişdi. Və onun üçün də Qaradağda Hacıxocalı və Qocabəylilər qoşunlara paltar təhiyyə etmək məqsədi ilə yay fəsli Arazdan Qarabağ və Qaryagin və Ağcabədi tərəfinə keçib, Minaxorlu kəndlilərinin tuman–köynəklərini də soyundurub aparmışdılar.
İdarədən:
Həmin bəyanatda izhar olunan nəzəriyyatı biz Təbrizdə gördüklərimizə binaən tamamən təsdiq edirik. Bir gün bir müsəlmanı acanlar çəkə – çəkə aparırdılar nəzmiyyəyə. Soruşdum:
– Nədir onun günahı?
Dedilər:
– Onun cibindən türkcə yazılmış bir kitab çıxıb ki, özü də İstambulda çap olunub.
Elə mənim o vədə xəyalıma gəldi ki, təbrizlilərin bir paralarına milli dezinfeksiya lazımdır.
Dəli
“Molla Nəsrəddin”, 2 noyabr 1922, №1
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-yaxin-serq-meselesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünən ittifaqən Həmidədən bildim ki, mən Tiflisdən buraya gələndən sonra jurnalı litoqrafiyada tək-tək çap etdirmisən, nəinki iki nömrəni bir daşda. Guya material olmamağı buna bais olub. Heyf ki, mənə bu əhvalatı heç yazmıyıbsan. Əgər bilsəydim, razı olmazdım, çünki belədə çap baha oturur. Bu xüsusda mənə müfəssəl yaz görüm əhval nə cürdür və nə səbəbə mətbəə buna razı olub, görə-görə ki, belədə çox təfavütü var. Bundan sonra nə qayda üzrə qabaqlarda idi, helə də çap etdir ki, iki nömrə birdən çap olunsun.Sabirin əhvalından mənə hər dəfə yaz.
Əzizim Məmmədəli! (14 may 1911)Yüz manat çatıbdır. Bu gün açıq kağızın da çatdı. Amma təəccüb ki, Rəştdən Həsən Ağa Həriri giley yazır, çünki onun jurnalı ləng gedir.Sən hesabları çox yubadırsan. Bunun hər bir zərərindən savayı, bir böyük zərəri də budur ki, beləlikdə mən heç bilə bilmirəm ki, məsələn, nə qədər jurnal göndərim. Çünki belə məlum olur ki, sən (jurnalın) satıla bilməyib qalmağına və geri gəlməyinə əhəmiyyət vermirsən. Bir surətdə ki, kağızın indiki bahalığı əsrində bunun ziyanı küllidir. Odur ki, hər həftə açıq kağızla yaz ki, filan qədər satılıb və filan qədər qalıb ki, ona görə də mən Bakı üçün jurnal çap elətdirim. Hesabları da iki həftədən uzağa heç qoyma. Amma indi yeddinci nömrədən başlamış sabah on ikinci nömrə çap olunur ki, hesabını sən mənə göndərməlisən. Bunun vəchindən mənə çatıb 50 və dünən 100 manat.
Həmidə! (10 oktyabr 1911)Yadımdan çıxdı sənə xatırladım ki, dəmir yolu ilə gələndə yumşaq vaqona bilet alasan, çünki xəstəsən, gərək yolu rahat gələsən.Cəlil
Əzizim Həmidə! (14 dekabr 1911)Allaha şükür, hamımız yaxşıyıq. Uşaqlar lap yaxşıdırlar. Müzəffər də tez-tez bizə gəlir. Ancaq hamımız sənin üçün darıxırıq.Tiflis elə yaxşıdır ki... Havalar lap yaz havasıdır. İşlərini qurtar, gürcüləri burax, oranı bir adama tapşırıb gəl.
Başqa şairlərin şeirləri · Satira
Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir!Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir!
Deyirsən ki...Deyirsən ki, “mənimçin dosttək düzəlt bu işi,Xəcalətli qalmaram, axı, kişiyəm, kişi”.
“Səni mən sevməyirəm, sevməyirəm...”Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Qabla dəxi marfaşını, Mir Haşım!Qabla dəxi marfaşını, Mir Haşım!1Durma, götür qaç başını, Mir Haşım!