Ağahüseyn yoldaş günlərin bir günü “Molodoy raboçi” qəzetinin 15-ci nömrəsini alır əlinə ki, oxusun, buradaca yoldaşı yuxu tutur, huşa gedir və yuxuda görür ki, pedaqoji texnikumun müdiri P. Qasımov özü kimi bir əksinqilabçılar dəstəsi düzəldib, Şura hökumətini yıxmaq fikrindədirlər. P. Qasımovun əksinqilabçı yoldaşları bunlarmış:

  1. Müəllim Cəmobəy Cəbrayılbəyli, 2) müəllim Musaxanlı, 3) müəllim və şair Hüseyn Cavid.

Azca qalmışdı ki, Pənahın bu kontr-dəstəsi Şura Azərbaycanını dağıda, birdən əz qəza Əliheydər Qarayev yoldaş yuxuya getmiş Ağahüseynə rast gəlir və “Bakinski raboçi” qəzetinin 15 fevral nömrəsilə Ağahüseyni oyadır və deyir:

– Ey mənim əzizim, doğrudur, sən yuxuda olan zaman eşitdin ki, zəng çalınır; ancaq sən bilmirsən ki, o zəng harada çalınır. Əgər doğrudan da, sən Şura Azərbaycanının bədxahlarını axtarmaq istəyirsənsə, özünü ver Azərbaycanın qaranlıq qəzalarına, gör oralarda nə qədər şura işçiləri öz tutduqları bəd hərəkətləri ilə kənd əhalisini şura üsuliidarəsindən iyrəndirirlər.

Onunçün belə ittifaqlarda rusca bir məsəl var deyirlər: zəngin səsini eşidirsən, amma zəngin harada olmağını bilmirsən.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 21 fevral 1929, №8

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Şeytan

Şeytan, şeytan, şeytan…Müsəlman ömründə bir qədəm qoya bilmir, heç bir işə yapışa bilmir ki, orada şeytan olmasın. Dünyanın heç bir nöqtəsində, heç bir tayfa arasında şeytan o qədər modda deyil ki, biz müsəlmanların arasındadır. Hər bir işdə, hər bir məqamda, məscid və minbərdən başlamış – evlərimizə, küçələrimizədək öz qəlblərimizi şeytanın adı ilə doldurmuşuq.

3 dəq
Müsəlman adları

Bu yazdığım mətləbi ancaq müsəlman qəzetxanalarında işləyən adamlar başa düşə bilər-özgələr başa düşməzlər.Görürsən ki, idarəyə bir belə kağız gəldi: “Molla Nəsrəddin” idarəsinə 21 qəpiklik marka göndərdim və təvəqqə edirəm ki, mənim jurnalımı dəxi İrəvana göndərməyəsiniz, göndərəsiniz Naxçıvana ərtərəfi müştəri Məşədi Qasım Hacı Pirverdi oğlu”.

3 dəq
Hümayun

Qəzetələrdə oxuduq ki, təzə təyin olunmuş İrəvan konsulu Ağayi-Zəhir Hümayuni İrəvanda İran əhli çoxdan gözlüyürmişlər və oxuduq ki, konsul cənablarının pişvasına hədsiz adam çıxıb. Oxuduq ki, indiyədək heç bir konsul bu cəlal ilə şəhərə varid olmuyub.Bunu da oxuduq ki, konsul cənabları dünyada bir elm qalmıyıb ki, oxumamış olsun. Bombeydə ingilis dilini mükəmməl təhsil edib, rus dilini necə ki, lazımdır bilir, məktəbin aşiqidir və millətin məşuqidir, dəxi nələr, nələr və nələr. “İsmi-şan Mirəlixan, ləqəbi-şan Zəhiri-Hümayun, rütbeyi-əmirpənci daştə və sahibmənsəbi-nizami həstənd, filan və filan”. Bunların hamısını oxuduq. Amma bircə bu yaddan çıxıb yazılmıyıb ki, “bari təala hüsnra bədəh cüzvei-qismət fərmudə əzon cümlə yeki cüzvei-betəmam ələmiyan dadə və noh cüzvei-digər nuri-cəmal və pirayeyi-kəmal ağayi-Zəhiri Hümayun saxt və ərbabisənaəti-nücum güyənd ki, talei-fərxəndeyi-on vücudi-sərətan bud afitad dər tale və Ütarid dər düvvüm və Zühəl və Qəmər dər nöhhüm və Mərrix dər yazdəhüm və Müştəri və Zöhrə dər dəvazdəhhüm lacərəm dər ğayət cəmal və nəhayət, kəmal üftadə, dər hüsnü məlahət nəzir və həmta nədaşt… “.

3 dəq
Lal oyunu

Allah bir para pis adamların ömründən kəsib qoysun cənab Levitskinin ömrünün üstünə. Kişi bir elə yadigar qoyubdur ki, hər kəsin yadına düşəndə ona min rəhmət oxuyacaq.“Lal oyunu” üsulu ilə dərs vermək qaydası axırda Şamaxıya da gedib çıxdı.

1 dəq

Başqa şairlərin şeirləri · Satira