Hikmətli sözlər
Tapmaca: tap görüm, nə səbəbdən qışın soyuq günündə bir para adamlar üşüyürlər, amma bir paraları heç üşümürlər?
Bu gün qəzetlərin birində bir nəfər başıboş yazıçı yazmışdı ki, kino idarəsi biletlərin qiymətini yendirməlidir ki, camaata tez-tez kinoya getmək əlverişli olsun.
Bu söz yaxşı sözdür, ancaq bir eydi orasındadır ki, biletlər ucuzlaşsa, onda da kino idarəsinin böyük-böyük pul sandıqları ağızbağız dolmayıb bir azca yarımçıq qalacaqdır.
Par-par parıldayan avtomobil həmişə ali imarətin qabağında durur, amma heç parıldamayan köhnə avtomobil də balaca evin qabağına qaçır?!
Nədir bunun hikməti?
Günün şəfəqi çoxdur, ya zəmanəmizin lovğa, cavan, aşiq-məşuq şairlərinin zahiri şəfəqi?
- Bir qızın səsi alınıbdır: Hərçənd özü Bakıda iki texnikum qurtarıb, ancaq qoca nənəsinin Bakıda bir balaca köhnə uçuq evi varmış. Həyasızlığa bax ki, həmin “burcuy” qız səkiyə “soxulmaq” istəyirmiş.
Şuralar İttifaqı ilə Polşa və sair qonşu hökumətlərin sülh bağlamağına Çemberlen “Dadum” qorxuram bağrı çatlayıb ölə.
Görəsən, indiki bir para kooperativ dükançıları camaatı çəkidə çox aldadırlar, yoxsa, dükançı qurdlar?
Görəsən, o qədər knijkaları ki, balaca-balaca darülmüəllimat qızlarına Allahsızlar cəmiyyəti tərəfindən paylayıblar, o qızlardan bu ramazan ayında oruc yeyən olacaq, ya hamısı tutacaqdır?
Aldığımız məlumata görə, Əli Bayramov adına qadınlar klubunda çadranı tullamaq barədə böyük müvəffəqiyyət ələ gəlibdir; ancaq biriki nəfər çəm-xəm eləyən qadını tərbiyə üçün öz ailə sahiblərinə təhvil veriblər.
Söz burasındadır ki, indi gərək o ailə sahiblərinin özünün tərbiyəsi nə surətdədir.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 14 fevral 1929, №7
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-hikmetli-sozler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kəlküttədə çıxan “Həblül-mətin” ruznaməsi üçüncü nömrəsində yazır ki, sultan Əbdülhəmid insan deyil, bəlkə məlaikə kimi bir şeydir; yazır ki, sultan Əbdülhəmid “dər qətari-əvvəlin-ricali-siyasəti-aləm bəşümarəst”; yəni siyasət aləmində əvvəlinci adamlardan hesab olunur. Və yazır ki, “hərçənd avropalılar sultan Əbdülhəmidi müstəbid və müxalifi-məşrutiyyət hesab eləyirdilər, amma sultandan artıq məşrutəxah heç bir padşah dünyaya gəlməyibdir”.Söz yox ki, indi “Həblül-mətin”in 3-cü nömrəsini hər bir iranlı oxuyubdur və indi hər bir iranlı bu əqidədə olacaq ki, sultan Əbdülhəmid məlaikə kimi bir şeydir, siyasət aləmində əvvəlinci bir vücuddur və məşrutəxah padşahların hamısından artıq məşrutəxahdır.
Qara buludlarHəmişə hava bir halətdə qalmaz və heç bir şey yoxdur ki, bir halətdə qalsın. Yay vaxtı yağış yağmır və hər vaxt hava açıq olur, amma payız fəsli yetişən kimi qara buludlar yavaş-yavaş başlayırlar havanı tutmağa. Sonra yenə hava açılacaq. Amma bir vaxt olacaq ki, yenə qara buludlar havanı tutacaqlar.Deyəsən, cavan türklərin də yay fəsli axıra çatır. Və ola bilməz də ki, çatmasın; o səbəbə ki, dünyada heç bir şey baqi deyil; yəni heç bir şey yoxdur ki, bir vaxt dəyişilməsin.
Bəs nə vaxt?Bəzi vaxt bəzi ruznamələrdə bəzi yazıçılarımız belə rəvayət eləyirlər ki, yer üzündə müsəlmanların hamısından artıq tərəqqi edən və gözüaçıq – Rusiya və Qafqaz müsəlmanlarıdır.Zarafat eləmirəm ha! Bu sözləri mən bir yerdə oxumuşam.
Müvafiq qaidəHər bir xəbər ki Bakıdan gəlir – hamısı müvafiq – qaidədir və heç elə bir xəbər eşitmirsən ki, ağla sığışmasın. Hər nə ki eşidirsən, heç təəccüb eləmirsən və deyirsən ki, elə belə də gərək olsun.Məsələn, bir nümunə gətirək:
Başqa şairlərin şeirləri · Satira
Gözləyən kimsə, gözüm, həqqi deməz ay sənə,Neçidir ay vəcahətdə ola tay sənə!
Hacı Nemət kişiGözlərin aydın olsun, ay Hacı Nemət kişi!Sən daha bundan belə eyləmə xiffət, kişi!
Məktub ("Molla dayı, etmə şərarət belə")Molla dayı, etmə şərarət belə,Ortalığa salma ləcacət belə!..
Zəhmət çəkmə!İki gözüm, millətçün zəhmət çəkib çalışma,Yanıb millət oduna pərvanə tək alışma.