Barmaq
Əfqanıstan iğtişaş və üsyanından biz hərçənd ki, uzağıq, amma zehn ucilə deyə bilərik ki, burada ingilis barmağı var.
Nə sübutla deyə bilərik ki, burada ingilis barmağı var?
Biz bunu ağıl ucilə deyə bilərik.
Məsələtün, Allah-taalanı ki, heç kəs öz gözü ilə görməyibdir, bununla belə hər kəs bunu bilir və heç kəs buna şəkk eləmir.
İngilisin barmağına müxtəss olan sifətlərin biri həmən sifətdir ki, Allah-taalada da o sifət mövcuddur. Həmin sifətə biz “baqi” deyirik.
Necə ki, Allah-taala həmişə dünyada olubdur və olacaqdır da, habelə ingilis barmağı da dünya yaranandan indiyədək hər yerdə olubdur və olacaqdır.
Məsələn, o günü bir yerdə bir belə söhbət var idi: tarixşünaslar indi bunu istinbat ediblər ki, Adəm övladı Qabil ilə Habilin dalaşmağında və Qabilin Habili qətlə yetirməyində ingilis barmağı var imiş. Hərçənd bir paraları deyir ki, o vədə heç ingilis milləti dünyaya gəlməmişdi, amma mən yenə buna inanıram.
Onunçün də mən dünyada hər bir əsrdə vaqe olan ğəl-ğəşş işlərin hamısını ingilis barmağından görürəm; az qalıram deyəm ki, qədim əsrdə Misir məmləkətində fironbazlıq, Ərəbistanda məsnəd üstə xəlifəbazlıq, İranda şahbazlıq üstə minlərcə qətlü qarətlər, Osmanlıda sultanlıq üstə qardaş öldürmək, Şuralar məmləkətində seçki kompaniyasında qolçomaqların fırıldağı, Bakıda Şeyx Qəni və Maştağada Mirzə Əbdülkərimin avam arasında hoqqabazlığı – bunlar hamısı ingilis barmağının əlamətidir.
Hətta bəzi vaxt evdə arvadla bir balaca sözümüz çəp gələndə deyirəm: lənət şeytana! Yəqin ki, yenə zalım oğlu ingilis, barmağını qarışdırdı!
Onunçün də evdə bir para işə acığım tutanda dəxi “lənət şeytana!” demirəm, “lənət ingilis barmağına!” deyirəm.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 24 yanvar 1929, №4
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-barmaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
13 iyul (1930), Bakı*Lənkərandan bu vaxt idarəmizə məktub və məqalə göndərən çoxdur. Ancaq mən onların bəzisinə inanmıram. Onunçün də səndən məqalə gözləyirəm. Bu şərtlə ki, müxtəsər olsun.
Əziz oğlum Midhət! (27 iyul 1930)Yoldaşın Daşkeviç sənin məktubunu gətirib mənə verdi. Şad oldum. Dediyin vaxtda səni gözləyəcəyik. Mən hələlik heç yana getmək fikrində deyiləm. Mənim qaloşlarımı – ki, aparmışdın, – qayıdanda gətir, çünki özümə təzə qaloş tapa bilməmişəm.Özünü gözlə. Elə ki, gəldin, lazım gələcək ki, Şuşada dincələsən.
Həmidə! (27 avqust 1930)Midhətin bu səfəri məni çox incitdi. Hələ onu demirəm ki, bu istidə havası adamı yandıran Bakıda qalmalı olmuşam, gündə yüz put çiy su içirəm.İş ondadır ki, ayın 19-da Midhət Leninqraddan 25 manat pul istədi. Həmin gün onun üçün 45 manat göndərdim. Deyəsən, bu barədə sənə yazmışdım.
Ən istəkli cavan yoldaşlarımdan hesab etdiyim Nəsrulla Qənbərli yoldaş!Bu ayın 12-də yazdığın məktubu oxuduğumda doğrusu bir növ xəcalət çəkdim. Çünki sən mənə kağızı hər dəfə fürsət düşəndə yazırsan. Amma mən yazmıram. Əvvəla, adət belədir ki, mən gərək deyəm ki, vaxtım yoxdur. Bəs onda sən də deyə bilərsən ki, əgər vaxtın yoxdursa, indi bəs niyə kağız yazmağa vaxt tapdın?Bununla bərabər, sən həmişə yadımdasan ki, səni və İsmayıl qardaşını həmişə könlüm istər və arzularam. Məndən İsmayıla dua yetir.
Başqa şairlərin şeirləri · Satira
Bildir ehyayi-Səmərqənd etdi İran taciri,Məktəb açdı, xəlqi xürsənd etdi İran taciri;
Cibişdan ayıGəldi çün-mahi-məhərrəm, bu müsəlman ayıdır,Müftəxor mollaların hər gecə ehsan ayıdır.
Bir nəfər adam öldürənin ziyarəti münasibəti iləMəşdi keçən il əzmi-Xorasan eləmişdi,Xalqı bu gözəl karına heyran eləmişdi.
Tehrandan-ParisəKaç yil oldu, mən sənin babində növbət bəklədim,Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.