Fürsət
Bir para adamlar deyirlər ki, guya bir para əli qələm tutanlarımız indiki şəxsi tənqid fürsətini qənimət bilirlər və şəxsi tənqid lövhəsi altında qərəzi-şəxsi xərcə verirlər. Ancaq bu deyilənlərə mən şərik ola bilmərəm.
Tutaq ki, doğrudan da birisi mənim şəxsi düşmənimdir, yaxud onun atası mənim atamın düşməni idi; nə olar? İndi görək nə buyurursan? Buyurursan, mən indi durum baxım? İndi ki, fürsət vaxtıdır. Dəxi bundan yaxşı fürsət hardan ələ düşəcək? Onunçün mən də onu güdürəm və gözləyirəm ki, bir az büdrəsin; hələ bəlkə ayağının altına bir ağac tikəsi də atıram ki, tez büdrəsin və yaxşı büdrəsin.
Bir para ağzıgöyçəklər buyururlar ki, guya şəxsi tənqid ondan ibarət deyil ki, qələm alasan əlinə, insana xoş gəlməyən adamları söyəsən və onların şəxsi əhval və ətvarını qəzet və jurnal vasitəsilə dünyaya faş edəsən; şəxsi tənqid odur ki, idarə və təşkilatlar başında duran müdir yoldaşların üsul idarələrini müzakirəyə qoyub, onların həmin xidmətləri sahəsində nöqsanlarını göstərməkdir.
Əlbəttə, bəlkə də sən deyən düzdür. Və lakin düz də olsa, bunu mənim qəlbim qəbul edə bilmir; iki səbəbə görə: biri budur ki, sən dediyin tərzdə yazmaq həqiqi və ustad yazıçının işidir, nəinki mənimtək savadsızın; ikinci də budur ki, necə ki, qabaqda ərz olundu, indi fürsət vaxtıdır, sonralar ola bilər ki, xalq ayıla və bizim qərəzbazlıq yolunda işlətdiyimiz xəbərçiliyə yol verməyələr və bəlkə bu qism, ayıb olmasın, yazıçılığı qadağan edələr.
Onunçün də mən xəbərçiliyimdə davam etməkdə olacağam; məsələn.
Nümunələr:
Ağdaş. Filankəs arvadına filan çitdən tuman aldı, arvadı bəyənmədi.
Qaryagin. Filankəs əlində ağac, Araz başaşağı gedirdi; yəqin ki, İrana kandrabat malına gedir.
Gəncə. Filan kəndli filan küçə ilə gedirdi və əlində bir toyuq aparırdı; güman etmək lazımdır ki, o küçədə yaşayan filan xidmətçiyə rüşvət aparırdı.
Təzəpir küçəsində filankəs, özü də firqəçi, gecənin yarısında öz evində, xəlvətcə öz arvadıyla mazaqlaşırdı. Mən bunu xəlvətcə pusub pəncərədən gördüm.
Və hələ bunlardan başqa, mənə küçədə salam verməyənlərə qəzet vasitəsilə şər atmağa o qədər məharətim var ki, bunu məndən və yalançı müxbirlərdən başqa heç kəs bacara bilməz.
“Xəbərçi müxbir”
Yeni hürufata götürəni: Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 10 yanvar 1929, №2
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-furset
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məşədi Qulaməli Təbrizdə bir sövdəgər idi. Hər nə rastına gələrdi, alıb satardı. Dükanı bizim qonşuluqdaydı. Dükanında olardı kömür, köhnə paltar, at yəhəri, ulağ palanı, qab-qacaq, köhnə yorğan–döşək və qeyri belə–belə şeylər.Bir gün bazardan keçirdim, gördüm Məşədi Qulaməlinin dükanının qabağında üç-dörd kəl arabası durub, hamısı doludu kürəknən. Qulaməli də bikef oturub, hesab çortunu qabağına qoyub, fikrə gedib. Mən dayandım və buna salam verdim. Qulaməli istər–istəməz salamımı aldı və dinmədi.
CəfəngiyatMənim bir xərəngə yoldaşım bu gün üç dəfə göz elədi.Birinci dəfə vağzaldan bir tanışımız gəlirdi.
ŞuraO şey ki, qoca Molla Nəsrəddinin qəlbinə və məzasına hər babətdən müvafiqdir – onun adı Şuradır.Şura üsul-idarəsi!
Yaxın Şərq məsələsiLeyfild, 24 oktyabr. Təzə rəisül–vüzəra Bonar–Lou kralın dediyinə müşərrəf olub ona izhar etdi ki, təzə kabinənin təşkilini öhdəsinə götürür.Bu yavuq vaxtda Bonar–Lou öz deklarasını bəyan etməyə hazırlaşmaqdadır. Hərçənd piş əz vəqt deklarasiyanın məzmunundan xəbərdar olan yoxdur; amma hökumətin təzə rəisi Kamal paşanın müzəffəriyyətinin əsbabı barəsində xüsusi məclislərdə öz məhrəmlərinə elə bir nəzəriyyat meydana qoyur ki, bu vaxtadək Yevropanın politikaşünaslarından belə bir işarələr indiyədək olunmayıb. Söhbət İranın türklərə bu müharibədə nə münasibətdə olmağı barəsindədir.
Başqa şairlərin şeirləri · Satira
Novruz yetişdi, füqera otdu pərişan,əfsürdə və nalan.
Bədbəxt adamaDərdə bax, yalnız özündən razısan, bədbəxt adam,Zənn edirsən, millətin avazısan, bədbəxt adam.
Rüşvətlə mübarizə zamanıAr eyləmərəm, pəndü nəsihətdən utanmam,Hər kəs nə deyir qoy deyə, töhmətdən utanmam.
ÇadraEy mənim munisi-qəlbi-nigaranım, çadra!Səni tərk eyləmərəm, çıxsa da canım, çadra!