Havapərəstlər
Həkim, Əsədə tapşırmışdı ki:
– Sizin müalicəniz dəniz havasıdır. Gündə iki-üç saat sahildə əyləşin, əsəblərinizi dincəldin. Ayn dava-dərman lazım deyil.
Əsəd kahallıq eləsə də, arvadı hər gün işdən sonra kişisini hök-mən hava almağa göndərərdi.
Məlumdur ki, hava almağa bir Əsəd yox, çoxları gəlir. İşdə, idarədə tapışmayan, görüşməyən adamlar, görürsən, hava sevdasında birləşirlər:
– A balam, hardasan? Çoxdan axtarıram ki, sözümü sənə deyəm, hirsimi soyudam, yaxşı keçmisən əlimə!
Şamxal dişinin dibindən çıxanı Əsədə, Əsəd də ağzına gələni Şam-xala dedi. Hava yaddan çıxdı, iki tanış giley-güzardan doymadılar. Adi halda dilindən kirayə istəyən, dinib-danışmayan bu naxoşlar əl-qollarını ölçərək, elə qayımdan, elə hirs ilə deyişirdilər ki, deyərsən, bu saat əlbəyaxa vuruşacaqlar...
Əsəd havadan qayıdanda özünü güc ilə çarpayısının üstünə salır.
Arvadı təəccüb eləyir:
– Kişi, sənə nə olub?
– Havadan qayıdıram.
– Bəs niyə belə taqətsiz olmusan, döyüşdən çıxana oxşayırsan?
– Dənizin havası, deyəsən, korlanıb.
– Mazıta, üfunətə rast gəlmisən, nədi?
– Mazıt yox, Şamxala rast gəldim. O dedi, mən dedim, mən dedim, o dedi. Axırda cin vurdu başıma, heç bilmirəm, nə demişəm, nə deməmişəm...
– Dənizin də havasını siz korlayırsınız. Bir də səni havaya buraxsam!..
– Havanı havalığında qoyurlar ki... Zəhər qatırlar!
O gündən sonra sahildə bu tanışları görən olmadı. Əsəd Şam-xaldan, Şamxal da Əsəddən ehtiyat edib havadan əl çəkdilər.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-havaperestler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nənə qarışqa balalarını – Qaracanı, Sancanı, Xallıcanı işə göndərdi və:– Bağda meyvələr yetişib, – deyə lazımi tapşırıq verdi. – Ətrindən dura bilmirəm. Ağaclara, tənəklərə dırmaşın, alma-armuddan, üzümdən doyunca yeyin, dişinizdə şirə gətirin!
Özgə uşağıÜnsiyyət insanlığın birinci şərtidir.*Atalar deyib: “Dağ-dağa qovuşmaz, adam adama qovuşar”.*
UlduzDirektorla əl verib tanış olandan sonra Qələndərov bir silisçi ədası ilə soruşdu:– Sizdə Ulduz Qələndərov adlı oğlan işləyirmi? – cavab gözləmədən əlavə etdi: – Qarayanız, arıq, uzun bir oğlan!
Yuxu və külək(El məsəlindən)*Mayil eyvanda kökə yeyirdi. Xallı pişik oturub ona baxırdı. Xallı qulağını şəklədi, gözünü bərəldib ha baxdı, Mayil kökədən pişiyə vermədi. Axırda Xallı dilləndi:
Başqa şairlərin şeirləri
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Dilbəra, dərdimə dərman səndən özgə kimsə yoxDilbəra, dərdimə dərman səndən özgə kimsə yox,Həm dəxi könlümdə iman səndən özgə kimsə yox.
Çətin görüşMənə elə gəlir ki,Bir həftə,
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,