1

Vahid müəllimin yaşıl təpədə işıqlı, səfalı bir evi var. Günəş səhərdən batanacan otaqların içindədir. Axşamlar da ki, büllur çilçıraq otaq nədi, eyvana, həyətə, hətta küçəyə də işıq verir.

Bu gün həmin xanimana yeni bir işıq əlavə olunmuşdur. Əlbəttə ki, bu, nə pəncərədən, bağ-bağçadan, nə çilçıraqdan, nə də nümayişlər, rəsm-keçidlər, atəşfəşanlıqdan düşən işıqdır. Bu, sadəcə ailə səadətindən doğan bir işıqdır. Bu, səhər ertə doğum evindən telefonla alman sevincli bir xəbərin işığıdır.

Düşünmək olar ki, Vahid müəllim əsrinin mürəkkəb, keşməkeşli həyatını yaşamış, qalxıb-enmiş, düşüb-çıxmış, sevinclər, məhrumiyyətlər, zülmətlər, işıqlar görmüş, oğul böyütmüş, gəlin gətirmiş, saç-saqqal ağartmış, dağdan ağır bir kişi bu vaxtında belə xəbərlərdən gərək ki, həyəcanlanmasın.

296 Zahirən belədir.

Əslində, həmişə, hər yerdə həyatın özünün ölçüyə, tərəziyə girməyən, asan görünməyən qığılcım və atəşləri var. Bunlara balaca “xəzri” nəfəsi dəydimi, külü dağıdır, işıqlar, alovlar üzə çıxır...

Telefon dəstəyini əlindən qoyan kimi, kişiyə quş yüngüllüyü gəldi. Vacib bir şey axtaran kimi, tez-tez sağa-sola fırlanıb özü-özünə deyirdi:

– Ay qırışmal!..

Tezdən durmaq Vahid müəllimin adəti idi. Qalxan kimi, kabinetinə keçər, çeşməyi gözünə taxar, mütaliəyə məşğul olar, kitabın birini qoyub, o birini götürərdi.

Bugünkü xəbərdən sonra kişinin oturmağa qərarı gəlmədi. Əllərini ovuşdura-ovuşdura otaqdan-otağa keçdi, sevincini bölüşməyə müsahib axtardı. Oğlu çoxdan işə getmişdi, arvadı gəlinin yanında idi. Zəng vurub qudasını - Zahid kişini təbrik eləmək istədi. Zahid onu qabaqladı:

– Mən geyinmişəm, sizə də zəng vuracaq idim. Dura bilmirəm, deyirəm gedim Zəmanətin yanına.

– Səni kimdi oraya buraxan?

– Buraxmasalar da, qapıda dayanacağam.

– Bir basabas olur ki...

– Necə olsa, sestralarnan kağız-mağız göndərərəm.

– Bəlkə biz gözləyək, axşamüstü...

– Yox, mən axşama qala bilmərəm.

– Onda çıxma, gözlə maşını, elə gəlim səni götürüm.

Vahid müəllim tələsik geyinib Zahidin dalınca getdi. Xəyalında qoydu ki, işdi, şayəd, içəri buraxmasalar, xəstəxananın qapısında dayansın, kişini tək qoymasın.

Vahid müəllim yaxşı başa düşürdü ki, qız atasının qəlbi köyrəkdir. Arvadı çoxdan vəfat edib. Zəmanətin çox zəhməti ancaq atanın boynuna düşüb. Yeganə qızının belə bir gündə başı üstündə ana görməmək nisgili Vahid müəllimin qəlbini elə köyrəltdi ki, gözləri yaşardı. Zahidin yanına gec getdiyini, qızı yoluxmaqda kahıllığı özünə bir qəbahət saydı.

Ağ hasarlı, geniş darvazalı, qələm ağacları göyün bir qatma boylanan yaraşıqlı xəstəxananın qapısında adam əlindən tərpənmək olmurdu. İntizarla xəstəsinin qolundan tutub gətirənlər, sevinclə təzə bələyi bağrına basıb "Volqa" maşınına oturanlar, bir-birinə təbrik deyib xeyirdua verənlərin səsi bir-birinə qarışmışdı. Bu binada hər gün neçə-neçə qız və oğlan dünyaya gəlir, həmişəlik ad alıb gedir, bəlkə də ancaq iyirmi ildən, evlənəndən sonra buraya baş çəkirlər...

Bəli, həmin bu yaz günlərinin birində mərkəzi doğum evindən gələn "işıq" hər iki xanimanın - Vahidin və Zahidin müstəsna sevinci oldu.

Biri uşağın göz-qaşmdan, biri baxışından, gülüşündən, qığıltısmdan deyib-danışmaqdan doymurdu: "Ayrı cür baladır."

Bu gündən sonra pensiyaçı qocaların idarəyə, yığıncağa, sahilə, qonşuya, bağçaya güzarı həmişə İşıqgildən düşərdi. Heç bilinmədi ki, uşağa bu adı kim verdi. Mamaça gah haray salıb qışqıran, gah da sanki yeni qədəm qoyduğu dünyaya muncuq gözlərilə baxan uşağın pambıq kimi yumşaq körpə üzündən öpüb bircə dəfə demişdi:

– Nə işıqlı gözlərin var, ay bacı!

Uşağın adı İşıq qaldı ki, qaldı! Bu ad hər iki, daha doğrusu, hər üç evdə o qədər şöhrət tapdı ki, böyüklərin adı yalan oldu.

– Sabah mən İşıqgilə gedəcəyəm, abı köynəyimə bir balaca ütü çək!

– İşıq üçün üç-dörd metr pamazı almışam, görüm anası bəyənəcəkmi?

– İşığm oyuncaqlarını əl arabasına yığ.

Hətta, İşığm dərs kitabları haqqında söhbət başlandı. Vahid müəllim də, Zahid kişi də temalarmı tamam dəyişmişdi: yeri oldu-olmadı, tanış-yad, böyük-kiçik yanında İşıqdan elə söhbət edirdilər ki, eşidənlər belə bir şöhrətli adam ilə tanış olmağa həvəsiyirdi.

– Qırışmal üzümə baxıb gülür. Apardığım hədiyyələrə təşəkkür eləmədən qapını göstərir: "Gedək!" Deyirəm, hara çəkirsən məni? Şəhər bağını göstərir ki, du, du, yəni "maşın gətir." Anası da görməmiş kimi, mənə etibar-zad eləmir, əlindən yerə qoymur. Ay soyuq dəyər, vay xəstələnər, filan, beşməkan... Qərəz, işə düşmüşük. Gecəmiz, gündüzümüz İşıqnan keçir.

– Həmişə işıqlıqda olasınız!

– Yəqin ki, sabah-birigün pərvazlanıb məktəblərə, idarələrə, şəhərlərə gedəndə, bir dəli-dolunun sevdasına düşəndə nə Vahidi, nə Zahidi axtaracaq. Qardaş, dünyanın işi belədir!

– Yox, elə demə, axtarar, ağzı nədi, axtarmasın, bizimkilər əsildir, bədəsil deyil!

Zahid müəllim nəvəsi haqqında nikbin idi. Öz qızını mehriban görmüşdü, bəlkə də ona görə arxayın idi ki, İşıq da böyüyəndə hər məsləhətini babasından alacaq!

2

Yayda, qızmar Bakı günəşinin istisindən daldalanmalı yerlərin biri, bəlkə də bir neçəsi Pirşağı bağlarında uca, sıx yarpaqlı qocaman tut, ya qarağacın altı olur. Bu kölgəliklərin ayrı məlahəti var. İllah da dənizə yaxın dikdir yamacların birində təmiz quma dirsəklənir, göydən qopub düşən gündən par-par parıldayan nəhəng zümrüd parçasma - mavi Xəzərə doyunca baxır, bütün yorğunluqlarını unudursan.

Gəlin ana Zəmanət xanım da güllü sarafan əynində cəld iş görür, həm atasına, həm qayınatasına armudu stəkan, çəhrayı nəlbəkilərdə məxməri çay gətirir.

Adətən belə yerdə məktəbdən, idarədən, qəzetdən, məhsuldan, səyahətdən, ya xörəkdən söhbət gedərdi. İndi işlər dəyişib, Vahid müəllim ilə Zahid kişinin qabaq-qabağa oturduğu yerdə bircə mövzu var, o da İşıq! "Bir balaca boyu var, dam dolusu toyu var!" Deyəsən, atalar bunu İşıq üçün deyiblər. İşığm indisi, yaraşığı, tərbiyəsi, söhbəti barədə, necə deyərlər, "kitab bağlanıb", babalar onun gələcəyi ilə, təhsili, ixtisası, hünərilə məşğuldurlar.

Vahid müəllim bu fikirdədir ki, qız uşağı, özü də Vəkil kimi, Zəmanət kimi müasir gənclərin övladı gərək musiqi məktəbində oxusun, çünki bu saat musiqi hər dildə, hər yerdə inkişafdadır. Bir azərbaycanlı qızın bu sənətdə səriştə alması, Üzeyir kimi ustadın irsini öyrənib-öyrətməsi özü böyük xidmətdir, valideyn üçün fəxrdir.

Zahid kişi başını bulayırdı:

– Xeyr, - deyirdi, - mən Zəmanəti bu sənətə qoymuşam, kifayətdir. İşığı həkim eləyəcəyəm, həkim! Can həkimi! Xalqın buna ehtiyacı çox olur. Musiqi əgər qulağa lazımsa, həkim vücudun hər bir üzvünə gərəkdir! Özü də bir tək qız nəvəmdir, hara desəm, gərək sözümü yerə salmaya!

– İşıq ərsəyə gələndə hər kəs özünə həkim olacaq.

– Camaat olanda, İşıq niyə olmasın!

– İşıq sənətkar balasıdır, musiqişünas olar!

– Həkimliyin musiqiyə maneçiliyi nədir? Onu da götürər, bunu da!

– İki yana baxan çaş olar!

– Üzeyir bəy özü həm dramaturq idi, həm bəstəkar, həm də gözəl müəllim!

– Hər oxuyan Molla Pənah olmaz!

– Hər oxuyan olmaz, amma qara Zahidin nəvəsi olar, hökmən olar!

Zahid kişi sözünü elə ürəkdən deyirdi ki, Vahid müəllim cavab verməkdən çəkinirdi.

Ailə ixtilafları bəlkə də qocaları o qədər düşündürüb məşğul etməzdi, İşığın özü ayaq alıb yeriyəndə bu mübahisələrdə şəxsən iştirak etməsə idi.

İşığın Vahid müəllimi, Zahid kişini birləşdirən qüvvəsini deyəndə ayırmaq cəhdi yadımızdan çıxmasın. Onu deməmişdik ki, indi hər iki babanın cidd-cəhdi təzəcə ayaq tutub yeriyən uşağı öz evinə aparmaq, özünə alışdırmaq idi. Vahid müəllim oyuncaq alanda Zahid kişi çəkili papış alırdı. Zahid kişi səmtur gətirəndə Vahid müəllim əl qarmonu alırdı. Vahid müəllim uşağı sahilə aparanda Zahid kişi təpəsi üstə özünü yetirirdi. Biri uşağın sağma, biri soluna keçir, hər ikisi belini əyib, körpənin əlindən tutur, addımlarını yavaşıdırdı:

– Yavaş yeridək, yıxılar.

– Qoy qıçları açılsın, zirək olsun.

– Jaketini geyindir, soyuq dəyər.

– Qoy öyrəşsin, canı bərk olsun!

Zahid kişi, bəlkə, özü də ehtiyat edir, uşağın soyuqlamasından qorxurdu. Ancaq "rəqibi" Vahid müəllim bunu deyəndə qəsdən razılaşmaq istəmirdi: "Qoy canı bərk olsun!" Ürəyindən olmayan bu sözü elə-belə, boğazdan yuxarı dediyinə peşman olur, tez uşağın jaketini əyninə keçirirdi:

– Gedək, anan gözləyir...

Qocalar arasında gizli də olsa, doğan və ağaran rəqabət ixtilafının həlli də İşığm özünə qismət oldu. Bu da, demək olar ki, bir təsadüf ucundan oldu.

Həmişə babalarının əlindən tutub gəzən, gah Zahid kişi ilə, gah Vahid müəllim ilə gün keçirən körpə uşağın bütün istəklərinə dərhal əməl olunurdu. Oyuncaq, paltar, əyləncə, meyvə, şirni olmazdı ki, İşığa alınmasın, di gəl ki, uşaq rahat olmur, kifayətlənmirdi. Deyəsən, nəsə axtarırdı, tapa bilmirdi. Bir gün Vahid müəllim Pirşağıda neftçilərin uşaq bağçasının yanından keçəndə İşıq dayandı. Uşaqların səs-səsə verib oynaması onun xoşuna gəldi:

– Baba, uşaqlar!

– Oynayırlar, qızım!

– Məni də qoy da!

– Gün olar sən də gələrsən.

– İndi!

Vahid müəllim uşağın xatirinə dəymədi: özü səki kənarında əylənib İşığı bağçaya buraxdı:

– Get bir az oyna, gözləyirəm burada, yeri! Mahnı oxuyurlar, sən də oxu!..

Bağça uşaqları halay qurub hansı mahnımsa oxuyurdular. İşıq da onlara qoşulub səsləndi. Mahnını bilməsə də, gah sağma, gah soluna baxır, utana-utana ağzını yumub-açırdı.

Vahid müəllim onu güc ilə uşaqlardan ayırdı:

– Axşamdır, anan nigaran qalar, sonra səni gəzməyə buraxmaz, gedək!

İşıq səhər yerindən qalxan kimi deyirdi:

– Bağçaya!

– Qız, bağça nədi, baban səni sahilə aparacaq!

– Bağçaya!

– Balıq tutmağa gedəcəyik!

– Bağçaya!

Əlac olmadı. Baba uşağı ogünkü yerə aparası oldu. İşıq bağçaya gələndə çoxdanın tanışı, yoldaşları kimi, hoppanıb-oynayan uşaqlara qarışdı. Kimsə ona bir lopatka, bir də göy vedrə verib qum daşıtdırdı. İşıq kimsədən geri qalmadı.

O gündən sonra İşığı Zahid kişigilə, Vahid müəllimin bağına aparmaq çətin oldu. İşığm fikri-zikri bağçada idi: Sevdanın kuklası, Nadirin maşını, Vaqifin göy lopatkası, Almazın sputniki... Bağça uşağın gözündə böyük əyləncə və oyuncaqların, bütün şənlik və sevinclərin məkanı idi...

Vahid müəllim ilə Zahid kişinin mübahisəsi də burada kəsildi. Onlar yəqin etdilər ki, İşıq musiqiyəmi, həkimliyə, mühəndisliyə, aqronomluğamı - hara gedir-getsin, nə ata-babasmın, nə də anasının xahişi ilə gedəcək, öz qəlbinin sədasına qulaq asacaq. Qəlbi, həvəsi haraya çağırsa, oraya gedəcək. Qəlbi də yəqin ki, əsrinin sədasını çağıracaq, zamanın ən uca, ən məşhur mahnılarını oxuyacaq. Babalarının əziz nəvələrinə ən vacib əmri və arzusu xoşbəxtlik və sağlamlıqdan başqa bir şey olmasın gərək. Qocaların hər ikisi bu mətləbi ürəyində təkrar edirdi:

– Dəyirman bildiyini eləyər, çaq-çaq baş ağrıdar.

– Bir ildi, biz deyişirik!

– Mübahisə nahaqdır!

– Nahaqdan da nahaqdır!

– Haqq yerini tutacaq!

– Necə ki tutdu.

– Xoşbəxt olsun!

– Xoşbəxt olsunlar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Barxudar

Getmək istəyirdim ki, bir ağpaltar qadın içəri girdi:– Barxudarın evi buradırmı?

19444 dəq
Çıraqlar yandı

1Bəlkə, bu ona görədir ki, Kübranın taleyi ilə mənim taleyim arasında bir yaxınlıq var. Mənim də Kübra kimi səkkiz yaşlı bir qardaşım var. Onu evdə tək qoyub, səngərlərə gəlmişəm. Mənim də Kübranınkı kimi səliqəli, üzəgülən bir həyətim, növraqlı bir mənzilim var. Eyvanımda lumu ağacı bəsləmişəm. Axırıncı dəfə onun meyvəsini üzməyə əlim gəlmədi. Dibinə su tökdüm, başına dolandım. Uşağa baxdım, ağaca baxdım. Deyəcək sözüm olmadı. Dilim tutuldu, nə dedisə, gözlərim dedi.

19446 dəq
Dissertasiya

– Həmin bu qaşıq dərmanını içərsən, həbləri atarsan, gündə iki dəfə yaş dəsmal qoyarsan, iki gün sonra yanıma gələrsən.Həkim deyənləri etmək çətin deyilsə, asan da deyil, belə tapşırıqlarla məşğul olmağa vaxt hanı, hövsələ, səliqə hanı? Ancaq mən dözən adamam. Hansı həkim nə deyib, eləmişəm. Xeyir görməsəm də, hörmət qoyub eləmişəm. Həkimlərin bir sözü mənə lap çətin gəlir. Elə ki, müayinəni qurtarır, dərmanı yazır, məsləhətlərini eləyir, axırda qayıdıb qəti tapşırırlar:

19449 dəq
Ailə

1Biz xəstəxanadan çıxdıq. Sanitar maşını bizi vağzala qoyub qayıtdı. Qaranlıq, həm də küləkli bir gecə idi. Külək uğuldayaraq aləmi ağzına almış, ağacları sağa-sola bükərək köklərinə qədər tərpədir, sanki torpağı oyatmaq istəyirdi. Biz saat yarım qatarı gözləməli idik. Mən çantamın üstündə oturub papiros çəkir, vaxtımı keçirirdim. Qapı ağzına çıxan Valeri pis bir xəbər gətirdi:

19458 dəq

Başqa şairlərin şeirləri