Rola girib
Beləsi iki cür olur. Biri teatrda yaxşı sənətkar, mahir aktyor!
Biri də həyatda özünü böyük mövqedə olanlar arasında göstərmək iddiasında, meylində olanlar. Mən bunlardan birini tanıyıram. Heç bu tanışlığıma da peşman deyiləm. Çünki kişini görəndə ürəyim açılır. Vallah, başdan-ayağa tamaşadır. Teatrdan, kinodan, sirkdən, konsertdən artıq tamaşadır. Adama ləzzət verir, baxmaqdan doymursan.
Mənim bu tanışım orta məktəblərin birində müəllimdir. Özü də əxlaq müəllimi. Sinifdə uşaqlara nə deyir, nə demir, onu mən bilmirəm, bildiyim odur ki, uşaqlar, özü də lap yuxarı siniflərin uşaqları, İzibala müəllimi heç sevmirlər. Tənəffüs zamanı müəllimlər dəftər əlində müəllimlər otağına gələndə uşaqlar onların qabağını kəsib cürbəcür suallar verir, dəftərçələrinə yazırlar.
Amma izibala müəllimin yanma gedən, heç bir söz soruşan olmur. O bu məktəbdə lap kənar adam kimi görünür və bununla da fəxr edir: "Müəllim gərək zabitəli olsun. Şagird müəllimə yanaşanda ondan qorxsun!" Doğrudanmı, uşaqlar İzibaladan qorxurlar? Bunu da deyə bil mərəm. Ancaq ona yanaşmadıqları məlumdur. İzibala gah bununla fəxr edir, gah da darıxır. Bir yerə yığışıb söhbət edən uşaqlara yanaşır, əlini sağa-sola əsdirərək deyir:
– Ay uşaqlar, siz nə yaman passivsiniz? Mənim kimi bir mütəxəssisdən istifadə etməyi niyə başarmırsınız? Mən həmişə sizin məktəbdə, bu yerlərdə olmayacağam. Mən gedirəm, nazirlik çağırır. Amma nə qədər ki, burdayam, məndən istifadə eləyin, fürsətdir, ələ düşüb: soruşun, öyrənin, dediklərimdən qeyd götürün, vacib yerlərə yazm! Nə durmusunuz?
İzibala ətrafına göz gəzdirib sanki mühüm bir sirri uşaqlara deyirdi:
– Adə, a zalım uşağı, beş ay, üç ay fürsətdir, əlinizə düşmüşəm, məni sağın da, mənim ətəklərimdən tutub inək kimi niyə sağa bilmirsiniz? Axı mənim bu zəngin məlumatım sizin üçündür. Gora aparası deyiləm ha! Niyə qapalı qalsm, niyə bu zəngin xəzinə (İzibala yumruğu ilə başına vurur) xalqımızın istifadəsinə verilməsin?
Siz gərək o kitabı, bu kitabı axtarasınız ki, görüm Pistaloçu nə deyib, Amos-Kamenski neyləyib, ya Russo necə durub, necə oturub. Bunlar hamısı mənim, necə deyərlər, sinəmdədir. Mən özüm də onların biri, dəryaca məlumatım var, verməyə adam axtarıram.
Hazır sinədəftərəm də, yanınızda durmuşam, bəs məni görmürsünüz? Belə də insafsızlıq olar, canım?!
Ay korafəhm uşağı, elmi, biliyi kitabxanada, qiraətxanada axtarınca, hazır mən yanınızda durmuşam ki, niyə görmürsünüz? Niyə sizin bəsirət gözünüz bağlanıb? Vallahi, yanıb-tökülürəm!..
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-rola-girib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Müharibə qurtaran illərdə, komandirlik kurslarında təkmilləşməyə gedəndə yoldaşlar ilə çox görüşür, çox dilləşirdim. Moskvada, Qorki küçəsində bir ucaboy kapitan qabağımı kəsdi:– Müəllim, xoş gördük, necəsiniz, kefiniz necədir? Şükür, yaxşısınız, elə həmən həmənsiniz, on beş il əvvəlki!
Bu xırıltı nədirMən əvvəllər ayrı işdə olmuşam, müəllimlik eləməmişəm. Buna arzum, həvəsim də olmayıb. Ancaq mühəndisliyə, qiyabi təhsilə gedəndə axşam kurslarında, ya FZU məktəblərində, riyaziyyatdan bir neçə saat dərs götürmək, həm pul qazanmaq, həm də hər gün dərslərə hazırlaşmaq ilə savadımı artırmaq məqsədinə düşdüm. FZU məktəblərindən birinə ezamiyyət alandan sonra libasımı sahmana saldım, əlimə bir portfel aldım, mənə tapşırılan sinfə inamla daxil oldum.Daxil oldum, ancaq sinfi təsəvvür etdiyim, istədiyim kimi görmədim. İlk baxışdan mənə elə gəldi ki, uşaqlar məni saymırlar, müəllim hesab eləmirlər, bəlkə də məni yoxlamaya çəkmək qəsdinə düşüblər.
Dərsimi yaz!Mən bir uşaq tanıyıram, hörmətli bir ailədəndir. Atası, anası onu çox sevir, əzizləyir, bir sözünü iki eləmirlər. İstədiyini alır, istədiyi yerə göndərir, handa bir qəşəng, bahalı libas geyindirir, addımbaşı sağına-soluna keçir, kefini soruşurlar:– Necəsən, bala, indi ürəyin nə istəyir?
MöhürMöhür, ya əyar yaxşı şeydir. Bir sənədin həqiqətini bilmək üçün möhürünə baxırlar. Bir matahın əslini bilmək üçün əyarını yoxlayırlar. Üstündə əyarı olmayan qızılı heç kəs qızıl saymaz. Onu ustasına, zərgərinə baxdırmamış heç kəs qızıl olmasına inanmaz.Adam, adamdır, hər kəs bilir ki, adamla necə rəftar etmək lazımdır.
Başqa şairlərin şeirləri
Gəldi yayın ortası,Kəsdi dağın laylası.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
Mürəbbə: Quberniya bina olandan bəriQuberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb