Sözün yeri var
Şəfiqə xanımla Şirin xanımın qonşuluq, dostluq münasibətləri təmiz, möhkəm və fərəhli idi. Hər ikisinin yeganə balası bir yaşda, bir boyda idi, bir bağçada tərbiyə alırdı. Analar görüşəndə, hər şeydən əvvəl, uşağın kefini soruşardılar:
– Ziyafət necədir?
– Məryəmin kefi sazdırmı?
Uşaqlar səhər tezdən bağçaya gedəndə, günorta qayıdanda, divanın üstündə oynayanda, balaca barmaqları arasına iynə-sap alıb tikiş tikəndə anaların sevincinin həddi-hüdudu olmazdı.
Yaşıd qızlardan danışmaq anaların həmişə ürək söhbəti idi:
– Şirin xanım, bunlar da bizim kimi səmimi dost olacaqlarmı, görəsən?
– Onlar bizdən də yaxşı olacaqlar. Gələcəyin bütün nemətləri onlar üçün deyilmi? Onlar xoşbəxtdirlər, Şəfiqə xanım!
– Yaxşı dost insanın dərdini dağıdar, ömrünü uzadar.
Analar qapı ağzında bu söhbətdə ikən uşaqlar da divanın üstün də oturub oyuncaqlarla məşğul idilər.
Bu dəfə Ziyafət ilə Məryəmin sözləri düz gəlmirdi.
– Məryəm, işin olmasın, mənimkidir!
– Bəri ver, atam gətirib!
– Ay zad, dəymə, sındırarsan, atam Moskvadan alıb.
– Atam...
– Sumkama qoy, ağız, özümündür, atam gətirib mənə!
Bu gün nədənsə Ziyafət həmişəki yoldaşa oxşamırdı. O ki Məryəmi çox istərdi, bir saat ondan ayrı durmazdı. Anası xörək yedirəndə də Ziyafət Məryəmlə bir oturar, bir durmaq istərdi.
Amma indi, qutu dolusu oyuncaqlarım yoldaşına göstərməyə gətirəndə, deyəsən, qızm forsu artmış, danışığı dəyişmişdi.
Doğrudan da, Ziyafətin oyuncaqları əlvan, təzə və yaraşıqlı idi. Gümüş kimi parıldayan sputnikə əl dəyən kimi, zəng vurur, bir saat səsini kəsmirdi. Girdə pəncərəli "Buzqıran" gəmini vanna suyuna salanda partapart ilə yeriyir, qabağına gələni vurub ötürdü. Abı, saxsı göyərçin qanad açıb uçmaq istəyirdi. İpək don, məxmər başmaq geymiş, "yatan-duran" kuklanın iri və "diri" gözləri gah yumulur, gah açılırdı. Lap adamın üzünə baxır, nazik, zoğalı dodaqları qaçır, qımışırdı...
Ziyafət əvvəl oyuncaqlarını səliqə ilə bir-bir sumkadan çıxarıb divanda əyləşən yoldaşına - Məryəmə göstərir, danışır, kənara qoyurdu. Sıımka boşalandan sonra Məryəm daha da maraqlandı, oyuncaqları bir-bir öz əlinə götürüb yoxlamaq, oynatmaq, diqqətlə o yan-bu yanına baxmaq istədi. Bu yerdə Ziyafətin, deyəsən, xasiyyəti dəyişdi:
– Məryəm, işin olmasın, mənimkidir!
Məryəm nəyi götürürdüsə, Ziyafət əlindən alır, öz qabağına yığırdı:
– Bəri ver onu, atam gətirib Moskvadan.
– Ay zad, əl vurma, sındırarsan, atam Moskvadan alıb.
– Atam özü...
– Sumkaya qoy, ağız, dağıtma, itirərsən, atam...
Məryəm hansı oyuncağa əl atdısa, Ziyafət biləyindən tutub kənara itələdi.
– Atam alıb, özümündür, dəymə!..
Bayaqdan bəri yoldaşının oyuncaqlarını görəndə çiçək kimi açılan, sevinən uşaq Ziyafətin rəftarına məəttəl qaldı.
– Ziyafət, nə olar, oynadıram da, yemirəm ki?
– Yox, sındırarsan, atam Moskvadan alıb gətirib...
Ziyafətin sözləri yoldaşının xoşuna gəlmədi.
Məryəmə ağır gələn Ziyafətin, xüsusən, axırıncı sözü idi: "Atam alıb, atam gətirib!"
Bəlkə də Məryəm heç oyuncaq üçün hirslənməzdi. Amma Ziyafətin özünü öyən sözləri onun sanki çoxdan qövr eləyən yarasına toxunur, qüssəli, kədərli taleyini yada salır, ürəyini tərpədir, titrədirdi.
Məryəm dik qalxıb hörüklərini dalma atdı. Birbaş üz çevirib yeyin addımlarla evdən çıxdı.
Ziyafətin oyuncaqlarından, ağır sözlərindən anasına danışdı, balaca, yaraşıqlı yumruğunu qara gözlərinə basıb ağladı.
Məryəmin anası Şirin xanım yeganə uşağını çox istər, onu həmişə hər yerdə sevgilisinin - "Ənvərin yadigarı" adlandırardı. Topçu komandir Ənvər Vətən müharibəsində həlak olmuş, heç körpəsinin üzünü də görməmişdi. Görməmişdi, ancaq məktublarının hamısında onun adım təkrar-təkrar çəkər, ona çoxlu hədiyyələr, oyuncaqlar alacağım, maşınlar, şəkilli kitablar, qotazlı çəkmələr gətirəcəyini vəd edərdi.
Şirin xaram istəkli qızının göz yaşlarını görəndə özünü saxlaya bilmədi, balasına qoşulub ağladı. Ağladı, tez gözlərini silib qızma təsəlli verdi:
– Məryəm, balam, ağlama, sənə sputnik də alacağam, gəmi də, kukla da! Budəfəki maaşımdan sənə hər şey alacağam, qızım, kiri, adam özgənin qabağında ağlamaz. Sənin də çox oyuncağın olacaq!..
Şirin xanım qızından gizli Şəfiqə xanıma gileyləndi. Ziyafətin Məryəmi ağlatdığını, dediyi tənəli sözlərini danışdı. Şəfiqə xanım balasının qəbahəti üçün utanıb üzr istədi, sonra Ziyafəti yanma çağırıb əyləşdirdi:
– Qızım, yenə Məryəmi niyə küsdürüb yola salmısan?
– Oyuncaqlarıma toxunurdu.
– Oyuncaq oynatmaq üçündür. Bəs toxunmasın necə oynatsın?
– Sən özün oynadırsan, yoldaşını niyə qoymursan?
– Öz oyuncaqlarımdır!
– Adam yoldaşına elə deməz, qızım!
– Elə demədim!
– Bəs necə dedin?
– Sən Məryəmə nə dedin?
– Dedim, əl dəymə!
– Daha nə dedin?
– Heç zad, dedim, sındırarsan!
– Daha?
– Heç nə?
– Demisən, fikirləş, gör nə demisən?
– Bir də dedim, atam alıb!
Şəfiqə xanım Ziyafətin əlini ovcuna alıb çənəsini yuxarı qaldırdı, gözünün içinə baxdı. Əlini dizinə vurdu:
– Qızım, adam yetim qızın yanında elə danışmaz! Sən bilmirsənmi, Məryəmin atası yoxdu?
– Bilirəm, onun atası ölüb.
– Bəs adam atasız qızın yanında da ata ilə öyünərmi? Sinəsinə döyüb atam, atam deyərmi? Sənin oyuncaq alan, gətirən atan var, onunku yoxdur. Anası işləyir, uşağını saxlayır, səninlə oynamağa buraxır, bəs sən onun qəlbinə niyə toxunursan? O, sənin yoldaşındır axı! Gərək onun yanında ata adı tutmayasan. Hər sözün yeri var, axı. Yetim uşağın yanında adam ata ilə öyünməz, qızım, başa düş!
Ziyafət altdan-yuxarı anasının üzünə baxır, nə deyəcəyini bilmirdi, ancaq indi düşünürdü ki, Məryəm niyə incidi, niyə qaçdı, nivə küsüb getdi.
Səhərisi gün bağçada mürəbbiyə Badsəba xanım Məryəmi çağırdı, stolun üstünə qoyulmuş oyuncaqları göstərdi:
– Uşaqlar, bunları görürsünüzmü, təzə oyuncaqlardır. Analar şurasından veriblər, oturun, oynayın.
Məryəm baxıb dünənki oyuncaqları tanıdı və təəccüblə Badsəba xanıma dedi:
– Müəllimə, bunlar Ziyafətindir, axı!
Badsəba xanım şəhadət barmağını silkib Məryəmə başa saldı:
– Qızım, bunlar bir uşağın deyil, sizin hamınızmdır, bağçanındır! Hamınız oynayacaqsınız. Başa düşdünüzmü?!.
Məryəm anadan artıq sevdiyi və böyük bildiyi mürəbbiyənin sözlərindən sevindi, oyuncaqları bir-bir götürüb, çoxdanın bələd adamı kimi, uşaqlara göstərməyə, işə salmağa və cəld danışmağa başladı:
– Bax, bu sputnikdir. Siqnal verir, verir, sonra da marş çalır, indi... Hamı Məryəmin izahına diqqətlə qulaq asırdı, Ziyafət də dinləyənlərin arasında sakitcə dayanmışdı.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-sozun-yeri-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təmərrə nə bayəd ki, çəndən könəd,*Ki sahibkərəmrə peşiman könəd!*
Kənd “uşaqları”Kəndin geniş, sərbəst mühiti, azad, əngin-zəngin təbiəti, şimşək çaxması, çayların şaqqıltı ilə axması, quşların cəh-cəhi bir aləm, şəhərin izdihamlı həyatı, asfaltlı küçələri, bir-birini çağıran maşın səsi başqa bir aləm!Kənddən ilk dəfə gətirilən "uşaqlar" bir müddət burada qəriblik, biganəlik duyub heyrətlə ətrafa baxınır, ora-bura boylanır, uca daş hasarları aşmağa qol-qanad atırlar...
Bir qəlbin yanğısı– Ay doktor, üstünüzə sağlıq, ürəyim qəfəs quşu kimi hey çırpınıb durur, sakit olmur. Mənim bu dərdimə bir əlac!– Nə olub məgər?
İntizarSevda nadir, bilməzdim.*O da gəldi başıma.*
Başqa şairlərin şeirləri
Demə, zahida, sərgüzəşti-behişt,Yoxumdur mənim meyli-gəşti-behişt.
Bir nigarın hicrivü nabədin cəhanın möhnətiBir nigarın hicrivü nabədin cəhanın möhnəti,Kaş aləmdin kəsileydi könülnün ülfəti.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,