Zərxara, hardasan?Səsimə səs ver!Bir şad xəbər göndər,Mənə nəfəs ver!And olsun bizi xəlq edən qüdrətə,And olsun ondakı bu ülviyyətə,Xalqıma duyduğum bu məhəbbətə,And olsun, bir anSizi unutmadım!Bilir Yaradan.Çıxarmı yadımdanO cənnət bağı,Gülablı yaylağı,Abdal bulağı.O başı dumanlıKoroğlu dağı.Ömrümün tez keçən o illərini,Qarabağın dilbər gözəllərini –Sizi and olsun ki, unutmamışam,İndi neyləyim ki, bir qarlı qışam.Ürək – o ürəkdir,Bəs qanad hanı?O dağlar vurğunu, könlü şad, hanı?Uçub, bir də görəm o gülüstanıGəzib o yerləri hey... qədəm-qədəmMüqəddəs torpağı ziyarət edəm.

Necədir bir zaman gördüyüm yerlər,Bu vurğun könlümü verdiyim yerlər,O qarlı zirvələr, dərin dərələr,Dumanı yeddi rəng o mənzərələr?Dəyməsin oraya düşmən ayağı,Basıram köksümə mən Qarabağı –Onun dərdlərinivə mərdlərini...Alanda zəfərin şad xəbəriniKönlüm dağa dönür, cavanlaşıram.Fikrən cəbhələri hey... dolaşıram...Mənim salamımı,Xeyir-duamı,Çatdır vətən andlı qəhrəmanlaraDüşmən bağrı yaran o cavanlara.Atalar yurdunu oğullar saxlar,Kişisiz vətəni düşmən ayaqlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən