Günlər gəlir,Aylar gedir...Ömrümüzü talan edir.Düşünürəm axşam, səhər:Qarşıda mənim nə qədərGörən ömür payım qalıb,Sanlı günüm, ayım qalıb?

“Səksən, doxsan, bir gün yoxsan”Mən üç nəslin nənəsiyəm,Bu gün, sabah gedəsiyəm.Ancaq getmək istəməzdimÜrəyimdə bu qəm, kədər.Ya rəb! Mənim millətiminSon zəfər gününə qədərSən ömrümə ömür cala!Son zəfər şerimi yazıb,İntizarsız çıxım yola.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri