Fırtınalı dənizdə bir gəmi var,İçindəki mənəm, yoxdur avarım,Ürəyimdə bir dünyanın qəmi var,Yaralıdır mənim Odlar diyarım.

Nə təbib var yarasını sarmağa,Nə silah var “vuranını” vurmağa,Nə insan var bir məsləhət sormağa,Haray mənim kimim, kimsəm, simsarım!

Xəncər salıb yarasını oydular,İçib-içib nə qanından doydular.Babam demiş: “Nə kəsdilər dilini”,Nə səsini çıxartmağa qoydular.

Oğul gərək vətəninə dar gündə,İgid gərək dursun düşmən önündə.İgidlərim yalın əllə durdular,Səngərləri sinələrdən qurdular...Top, qılıncla gəldi zalım ordularSu yerinə torpaq qanla sulandı,Qan töküldü... zülüm ərşə dayandı.

Göy kişnədi, yer ağladı bu dərdə,Bir milləti saxladılar kədərdə.Rəhmət sizə, ey igidlər, şəhidlər!Yurd uğrunda şücaətlə ölənlər!Ağlayacaq, bu hökmüdür zamanın, –Bu gün bizi ağladaraq gülənlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət