Mən aşıq oda məni,Sən saldın oda məni,Mən yarı çox sevirəm,Qəlbində o da məni.

Mən aşığam odalı,Yar yarından od alı,Yarım məni sevməsə,Yanar cismim, od alı.

Mən aşıq o daldadır,Siyah zülf o daldadır,Fələyin işinə bax,Kül dönüb od aldadır.

Mən aşığam yaxşıya,Yaxşı yara yaxşıya,Yamana yaman olur,Yaxşı olan yaxşıya.

Mən aşığam yaxşı dal,Bar gətirər yaxşı dal,Pislə pis yola getsən,Yaxşı sevil, yaxşad, al.

Mən aşığam a yaxşı,Yaz kağıza a yaxşı,Pisə yaxşı olursan,Səbəb nədir, a yaxşı.

Aşıq deyər, dağlarınDərd gətirər dağların.Gözüm, könlüm doymayıbSəfasından dağların.

Aşıq deyər solanda,Açılanda solanda.Kimsə gülür, gül açırQan ağlıyır solanda.

Aşıq deyər bir də mən,Bir dəm ucal, bir dəm ən.

Əcəl aman vermədiBaxam sənə bir də mən.

Aşıq deyər bir də mən,Doğulmazam bir də mən.Bədən üryan, kəfən yaşBir məzardı, bir də mən.

Aşıq deyər kimsə sin,Kim eşitdi, kim səsin?Dünya qoymur saxlıyaKimsə kimin kimsəsin.

Aşıq deyər simdədi,Dünya neçə simdədi.Gələn yollar yorğunu,Dincəlməyi simdədi.

Aşıq deyər sindədi,Dünya neçə sindədi?İki sönməz çırağı,Ay, Gün sinəsindədi.

Aşıq deyər neyləsin,Gələn gedir neyləsin?Dünya doldu dolanmaz,Boşalmasın neyləsin.

Mən aşıq oda yandı,Mən yandım, o da yandı.Məcnun fəğan eylədi,Alışdı oda yandı.

Mən aşıq Leyli sindəCavandı Leyli sində.Can verdi yazıq MəcnunXəyalı Leylisində.

Mən aşıq şirin qanı,Dərdimi şirin qanı.Fərhad ömrü puç olduTöküldü Şirin qanı.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri