Yaramaz yaşamaz itirər canı,Batar adı-sanı sərasər olmaz.Aşkarı, pünhanı, sirri, simanı,Oxuyan, öyrənən bixəbər olmaz.

Vaxt olar ki, izi itər ahların,Pərdəsi açılar çox günahların,Taxtı tarac olur zalım şahların,Səsinə səs verən bir nəfər olmaz.

Kal ilə kotana qoşulsa dana,Yarılar ürəyi qarışar qana,Dünyanı bəzəyən alar nişana,Viranalıq sevən mötəbər olmaz.

Naşı ləl tanımaz yüz dəfə baxa,Şər gəzən xətadan qurtarmaz yaxa,Bimürvətdə kərəm, zalımda səxa,Dəlidə sərmayə, simü-zər olmaz.

Miskinli Vəlinin söz büsatında,Cəvahir parlayar cövhər qatında,Həqiqət olmasa, əsli, zatında,Səfikdən, səmədən, səydən ər olmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri