Acığın gələndə saxla özünü,Dayan, düşün tək bir ana səbr elə,Xeyrin olar çor deyənə can desən,Dilə alma ata-ana səbr elə.

Zəhər qatma öz ağzının dadına,Haqsız yanma dilin, nəfsin oduna,Ağlı olan çatar xoş muradına,İnsanlığa, ada-sana səbr elə.

İblis əməllərin izin itirən,Həqiqət yolunda güllər bitirən,Zəhmət çəkən, bağ bəsləyən, yetirən,Seyrə çıxar gülüstana səbr elə.

İnsanları güldürginən, gülginən,Ağlayanın göz yaşını silginən,Sözü eşitməsən yəqin bilginən,Tez düşərsən çox ziyana səbr elə.

Miskinli Vəlini salma dərinə,İnsan hörmət eylər biri-birinə,Enişə, yoxuşa, acı, şirinə,Diqqət yetir, bax hər yana səbr elə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri