Nə deməkdir?
Çoxdandır çalınmayır divardan aslı tarın,Tutqun bir ürək kimi telləri paslı tarın,Ey mehriban sevdiyim, gurlayacaq, yoxsa yox?!Mən bilirəm, sənin ki, bir qəlbin var sədəfdən,İçindəki incilər saçılıb hər tərəfdən,Dodağında şərqilər parlayacaq, yoxsa yox?!Sən iclasdan gəlirsən, məni də yormuş kitab,Nə dayanmaq vaxtıdır, iştə tar, iştə mizrab,Nə gözəldir nəğmələr qanadında ucalmaq!..Həyat işdir, döyüşdür, səadətdir, əməkdir,Bilə-bilə bunları dayanmaq nə deməkdir?!Nə deməkdir dünyada tez qarıyıb qocalmaq?!
Kitabxana.az · https://kitabxana.az/works/musfiq-ne-demekdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyamızı seyr etdim min dürlü həvəslərlə,Gördüm coşuyor dillər pək nəşəli səslərlə,
Pambıq şaxlarıHər şaxın üstündə bir bəyaz xülya,Bir titrəyiş duysa düşər qorxuya,
Poçt qutusuİllərdir bu divara, sən ey poçt qutusu,Yorğun bir adam kimi dayamışsan arxanı,
PedtexnikumÖmrüm səfalətlərin dərin çuxurlarındaÖlgün vərəqlər kimi sürünən bir zamanda,
Başqa şairlərin şeirləri
Sənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Sən yaxşı adamsan, Xaqani, ancaqSənə pislik edir naəhl adamlar.