Cahan üzün günəşindən münəvvər olmuşdur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Cahan üzün günəşindən münəvvər olmuşdur,Səba saçın qoxusundan müəttər olmuşdur.
Ləbin qatında ki, andan utandı abi-həyat,Şəkər sözün nə deyim, çün mükərrər olmuşdur.
Dua ilən nə diləyim səninçün həqdən kim,Iki cahan sana həqdən müyəssər olmuşdur.
Kimin ki, könlü dilədi ayağını öpmək,Başını oynamaq ana müqərrər olmuşdur.
Nəsibimi necə sə’y ilə artırım, çünkim,Əzəldə nəhnü qəsəmna müqəddər olmuşdur.
Səhər yeli əsəli sünbülün diyarından,Məşami-əhli-məhəbbət müəttər olmuşdur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsimi, ey şəhi-xuban, camalını görəli,Gözündə surəti-rəhman müsəvvər olmuşdur.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-cahan-uzun-gunesinden-munevver-olmusdur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Ey nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.
Aşıq PəriyəVerdimsə gər o şuxi-sitəmkarə könlümü,Bir gün də görmədim mən o biçarə könlümü.
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
DüşübdüNədən belə, nazlı yarım,Dərd ucalıb, dəm düşübdü.