Canımı yandırdı şövqün, ey nigarım, hardasan
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Canımı yandırdı şövqün, ey nigarım, hardasan?Gözlərim nuru, iki aləmdə varım, hardasan?
Bağrımı qan eylədi acı fəraqın, gəl iriş,Ey ləbi vüslət şərabi-xoşgüvarım, hardasan?
Firqətin xarı məni gör kim, nə məcruh eylədi,Ey gözü nərgis, həbibi-gülüzarım, hardasan?
Səbrimi yəğmaladı şövqün, qərarım qalmadı,Ey mənim aramım, ey səbrü qərarım, hardasan?
Eylədi eşqin məni qalxan məlamət tirinə,Ey gözü, qaşı yeləkli şəhriyarım, hardasan?
Ta üzün şəm’indən iraq düşmüşəm, pərvanətəkYanaram leylü nəhar, ey nurü narım, hardasan?
Səndən ayru könlümə yoxdur vəfalı yarü dust,Ey cəfasız hüsnü-kamil, yariğarım, hardasan?
Dəldi hicranın oxu eşqinlə yanan bağrımı,Surətü mə’nidə, ey çapüksüvarım, hardasan?
Zülfünə vermiş əmanət həq əzəldə sirrini,Ey əmanətdar, əmini-kirdigarım, hardasan?
Qatı müştaq olmuşam zülfü üzarın buyinə,Ey üzü gülşən, saçı mişki-tatarım, hardasan?
Badilən göndər saçın buyin mana hər sübhdəm,Ta ki yandım, keçdi həddən intizarım, hardasan?
Aşiqin cənnati-ədni şol camalın vəslidir,Ey şərabi-kövsərim, getməz xumarım, hardasan?
Yar üçün hər guşədə min div olur düşmən mana,Ey səvadi-ə’zəmü möhkəm həsarım, hardasan?
Məqtə — şairin təxəllüsü olan son beyt. Çün Nəsimidir bu gün əyyami-eşqin xosrovu,Ey şəkərləb, yari-şirinruzigarım, hardasan?
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-canimi-yandirdi-sovqun-ey-nigarim-qandasan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Genə bu tazə, könül mehri bir cavanə salıb,Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Ətrin bənövşə ətrinə bənzər, sevimli yarƏtrin bənövşə ətrinə bənzər, sevimli yar,Hicranda şəmtək ürəyim od tutub yanar.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,