Dünü gün müntəzifəm mən ki, bu pərgar nədir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Dünü gün müntəzİFəm mən ki, bu pərgar nədir?Künbədi-çərxi-fələk, gərdişi-dəwar nedir?Bu doquz-çərxi-müələq nədən oldu tərtib,Fələk altında dönən kövkəbi-səyyarə nədir?Museyi Tur nədir, Şibliyü Mənsur nədir?Əcdaba olan ağac, riştə ilə dar nədir?Fələyin əsli nədəndir, mələyin nəsli nədən,Adəmin surətinə bunca tələbkar nədir?Kəbəvü deyr nədir, qeyr nədir, seyr nədir,Məscidi bütkədəvü xirqəvü zünnar nədir?Elmi Quranü hədisü xəbəri vəz ilə dərsCümlə bir məni imiş, bunca bu təkrar nədir?Kim ki, pərvanə sifət eşqə yaxılmaz, nə bilir,Ol nə bilsin özünü bilmədi kim, nar nədir?Odu su, torpağı yel adı nədəndir, adəm,Ana səcdə nə üçün, iblisə inkar nədir?Günəşin qürsü nədən yer üzünə şölə verir.Ya bu bir məşələdə nur nədir, nar nədir?Kim ki, bilməz özünü, bilməyə pirlər sözünü,Kəndisin anlamayan bilmədi hər kar nədir?Ayü gün əxtəri əncüm nədən oldu izhar,Şöleyi şəmsü-qəmər, pərtövi-ənvar nədir?Gəlgil ey dust, qamu müddəilər korluğuna,Sana asan qılayım bunca bu düşvar nədir?Kim ki, pərvanəsifət eşqə yaxılmaz nə bilir,Surəti-şəmidə bu pərtövi-ənvar nədir?Tərk evində sən əgər hərçü Nəsimi olasan,Bir gün ola deyəsən, cübbəvü dəstar nədir?
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-dunu-gun-muntezifem-men-ki-bu-pergar-nedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Boyundur sidrəvü tuba, dodağın abi-heyvandır,Anın mahiyyəti-zövqün nə bilsin ol ki, heyvandır.
Cahan üzün günəşindən münəvvər olmuşdurCahan üzün günəşindən münəvvər olmuşdur,Səba saçın qoxusundan müəttər olmuşdur.
Camalın əksi, ey dilbər, nəyə kim düşdü al eylərCamalın əksi, ey dilbər, nəyə kim düşdü al eylər,Anın qövsi-qüzeh qaşı bu bədr ayı hilal eylər.
Cəmalın fitnəsi tutdu cahaniCamalın fitnəsi tutdu cahanı,Çıxardıb pərdədən razi-nihanı.
Başqa şairlərin şeirləri · Fələk və tale
Əbəvi məqamı zidə şanə,Həmişə vəslinə olmuşam talib.
Gəl, yanıma gəlO evdə könlünə dəysələr sənin,Bu evdə mən varam, gəl, yanıma gəl.
Fələyin bir belə dövrü olacağmış, nə bilimFələyin bir belə dövrü olacağmış, nə bilim?Saralıb bağü gülistan solacağmış, nə bilim?
Ay bu yanda durBaşına döndüyüm alagöz Pərim,Apardın ağlımı, ay bu yanda dur!