Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!

Nə hicr atəşinə odlanıb yanaydı dilim ki,Nə eşqin icrə konul boylə şadu xurrəm olaydı!

Nə sərv qəddin olaydı, nə bəsrətinlə gozum kur,Nə rüzgari-fəraqində qamətim xəm olaydı!

Nə bəhr olaydı, nə umman, nə boylə goz yaşı cari,Nə gül üzündə, ilahi, bu nov-şəbnəm olaydı!

Nə gül olaydı, nə gülzari-gulşənin dəxi seyri,Nə xari-mohnəti-bülbül səninlə möhkəm olaydı!

Nə Misr olaydı, nə Kənan, nə həzrəti-Yəqub,Nə xar olub qəmi-hicranda, qərqi-matəm olaydı!

Nə cah olaydı, nə zindan, nə karvan guzəri,Nə Yusifi bu bəlada gorən bir adəm olaydı!

Nə bəzm olaydı, nə bazari-Yusif əhvalı,Nə rəhguzərdə Züleyxa qəmlə həmdəm olaydı!

Məqtə — şairin təxəllüsü olan son beyt. Nə ah olaydı, nə əfsus, nə parə-parə konul,Nə Natəvanın, ilahi, həvəsi dəhrəm olaydı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq