— Biz cahana — dedin:Nahaq gəlmədik!Belə sanıb sevinmək də nahaqmış.Günə yandı papağımız, bilmədik,Hər ucalmaq, hər enmək də nahaqmış!

Pənahına gələn şəxsədemə "yox",Həqiqətdən əli üzmək, nahaqmış!Yer üzündə haqq kimə var, kimə yox,Çıraq ilə haqqı gəzmək nahaqmış!

Ötən illər karvanını sal yada,Düşünmə ki, gedən karvan nahaqmış!İnsanı da alıb-satan dünyadaBəlkə ümid, əhd-peyman, nahaqmış?

Qətrə-qətrə uddun dərdi,qəmi sən,Gözlədiyin hörmət belə, nahaqmış!Əl açmayan bir dilənçi kimisən,Qazandığın şöhrət belə, nahaqmış!

Dönük dostu sən nə gözlə,nə ara,Qəmə batmaq ahıl çağda, nahaqmış!Mədhiyyələr çevriləndə meyaraQədirbilən axtarmaq da, nahaqmış.

Sənin şerin haqq adıyladinəcək,Söyləmə ki, yaza-yaza, nahaqmış!Kitabların başdaşına dönəcək,Ondan başqa nə vardısa, nahaqmış!20 yanvar 1997

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq