Uşaq... cavan... qoca...
...Uşaqsan, sanırsan cahan sənindir,Bilmirsən dünyada dərd var, əzab var....Gəncsən, sevgi sənin, peyman sənindir,Nədir, sən duyursan hicran, intizar!
...Cavansan, dünyanın gözü səndədir,Qocaldın, öpməyə yeri, əyil sən!Cavansan gözəllər dörd dövrəndədir,Qocaldın kimsəyə lazım deyilsən!
...Yaşlaşdın, yenə də sən coşdun-daşdın,Qocaldın daha da mehriban oldun.Ahıllaşdın, qəlbən azca yaşlaşdın,Qocaldın yer oldun, asiman oldun.
Torpaq qucağındauyusan da sən,Parladın ulduz təkkəhkəşanda sən.
24 sentyabr 1997
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-usaq-cavan-qoca
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Qoy sənə söyləsin, gözəl, aşiq öz hali-zarını,Danlayasan bəlkə sən öz gözlərinin xumarını.
GetdiNecə ağlamayım, necə yanmayım,Sonam, düşdü məndən aralı getdi.
DönərVətən deyib ağlayanın,Göz yaşları selə dönər.
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی