Sözün nə ucası, nə alçağı var,Əziz dost, şerimi asta oxu sən.Səs-küylə özünə əl çaldıranlarSəssiz-küysüz çıxır sonra cərgədən.

Fikir ver sətirə, adi sözə də,Duyan kəs səssiz də gərək eşitsin.Sıxılma, qulağın eşitməsə də,Ürəyində oxu, ürək eşitsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri