Gəlir
Əs, ey sərin ruzgar, bu axşamçağıBizim bu ellərə nazlı yar gəlir.Keçirib qəlbini min imtahandan,Eşqinə, hissinə vəfadar gəlir...
Bülbül, tərk eləmə dostun bağını,Gətir sevgilimin ilk sorağını.Əymə, dəli ruzgar, gül budağımı,Xəzan bağçasına laləzar gəlir.
Çırpın, dəli könlüm, bu axşam bir az,Cəfasız eşqin də ləzzəti olmaz.Yaraşır canana bu işvə, bu naz,Sallana-sallana ilk bahar gəlir.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-gelir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Keçdi Yerin üzərindən qərinələr bir an kimi,Cahangirlər, hökmdarlar xəzəl olub külə döndü.
Dənizdə batan günəşEy dostluqdan yorulmaz, mənim sevimli eşqim,Sənə olan eşqimi söndürmədi illər də,
BuludlarUzaq ölkələrə, iraq ellərəAxışan buludlar, axan buludlar!
DənizSevgimin tarixi səndən də dərin,Mənim alnım açıq, qəlbim ləkəsiz:
Başqa şairlərin şeirləri · Eşq
Könül bir dünyadır — yazı, payızı,Könlümdə fəsillər nəğmələnərlər.
Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd onaZülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona,Bir damdır ki, aləm olub payibənd ona.
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Qadasın aldığımYar adına mən dolanım, qız qadasın aldığım,Açılanda fəsli-bahar, yaz qadasın aldığım,