Dante Aligyeri

Üç qadın qəlbimi dövrəyə aldı,İçəri girmədi, kənarda qaldı;Çünki Amur idi qəlbimə hakim.Amur olan yerə girməzdi heç kim.Amur qadınları gördüyü zamanSonsuz gözəlliyə olmuşdu heyran.Tükəndi taqəti, qüvvəti xeyli,Sükuta qərq oldu, lal oldu dili.Yorğunluq, iztirab, bir də əziyyət,Budur üç gözələ düşən son qismət.Arxayın olmayıb xeyirxah işə,Keçirir üç gözəl böyük əndişə.Xeyli sevilirdi onlar bir zaman,Rədd etmiş onları indiki dövran.Onları sevməyir insan aləmi,Gözlərində vardı dünyanın qəmi.Sanki dost evinə gəlibdir onlar,Dedim ki, qəlbimdə kimdir hökmdar?Qırılıb torpağa düşən gül kimi –Birinci qadının solğun görkəmi,İztirab sütunu sanki bir əli,Tökülür üstündən göz yaşı seli.O biri əliylə tutub üzünü,Göz yaşı sel kimi yuyur gözünü.Yalınayaqdı, fəqət nəcib əsilzadəydi,Nimdaş örtük altından birdən gözünə dəydi,Amurun, o şey ki, heç açıq, aşkar söylənməz,Amur xeyli utandı, utanar görsə hər kəs.Amurun ürəyini sardı dərin mərhəmət,Soruşdu o hökmdar: kimsən, məni agah et!Qadın ah çəkərək bir cavab verdi;Tükənməzdi onun, böyükdü dərdi:“Sevməyir dünyada məni bir adam,Hamıya özgəyəm, hamıya yadam...Səninlə qohumluq hissiylə gəldim,Mən sənin yanında bəlkə dincəldim.Doğma bacım olmuş anan əzəldən.Ədalətəm mən”.Amur susanların sordu halını,Bildi qadınların hər əhvalını,Çəkdi insanlarçın xeyli xəcalət,Çəkdi ürəyində sonsuz əziyyət.Qadının kədərlə əyildi başı,Dedi: yetməzmi o axan göz yaşı?!Acı qəm yaşları axdı gözündən.Sonra qəmli-qəmli söylədi ki sən,Hər şeyi yenidən bilsən yaxşıdır,Həqiqət bilinər hər əvvəl-axır...“Nil çayı o zaman bir bulaq idi,Yaşıllıq istiyə olurdu təslim.Bakir bir dalğanın üstündə o vaxtBu qızım dünyaya gəlmişdi mənim.Sarı saçlarıyla qurulanan qızDalğalar qoynunda doğuldu yalqız.Qızım öz əksini seyr etmək üçün,Əyilib baxarkən qız doğdu o gün”.Məhəbbət allahı yığdı gücünü,Sarsıldı qadının hekayətiylə,

Yaşardı gözləri, kəsildi ünü,Salamladı onu nəzakət ilə:– Açın gözünüzü, daha bu süstlük,Silahı da salmış gücündən görün.Keçmiş zamandakı parıltısınıNecə itirmişdir silahlar bu gün.Təmkin və səxavət, başqa qohumlarDilənçitək gəzir hey diyar-diyar.İnsanlar ah çəkib qoyun ağlasın,Pisləyib taleyi, matəm saxlasın,Sizlər də bilin ki, insandan heç kəsBu işlərdə bir haqq-hesab istəməz,Biz susa bilmərik, çünki bir kərəƏbədi qayadan enmişik yerə...Nə qədər pis olsa halımız fəqət,Bir gün doğulacaq yenidən əlbət.Keçmiş parıltını ona qaytarar,Gələcək dünyada mütləq bir zaman.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri