Üzərinə sarı xəzan yarpaqları tökülənSoyuq bir xiyabana bənzəyir stolum.Toxunanda qolumYazda meşədən gətirdiyimVələs budağaSaldı həzin-həzin,Yazı masama axırıncı sarı yarpağı.Çökəndə axşam qaranlığı,Dərin sükut dolduranda otağımı,Yandırmamış ürəyimiYandırmadım çırağımı...Çarpan bir qəlbin istisiMəşəl kimi işıqlatdı hər yanı,İlhamın hər şeyi görənİnsan qəlbinə qüvvət verənŞəfəqlərində aydın gördüm dünyanı.Uzun isti bir yayıAyrı düşdüyüm,Əziz yar kimiQovuşdum ona həsrətlə,Əyildim üzərinə stolumunhörmətlə.Vətəndən ayrı düşən,Qürbətdən gələn,Vətən torpağınaSəcdə üçün əyilən.Həsrətli bir adam kimi mənÇıxıram aydın iş yoluma.Bir dost kimi qovuşuram yazı stoluma.Sevincim, qüvvətim, pənahım mənim,İş yerim, stolum, dəzgahım mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran