Ülvi, məsum, füsunkarBir eşqin qanadındaqalxıb eləyir pərvaz.Bəxtiyardır... sevilir...Məhəbbətin qoynundaXumar-xumar edir naz...Sevdiyi saf ürəkliİgid bir sərkərdədir,Adı da, hünəri də,Göydə deyil, yerdədir.O səmavi pərinin

Qəlbi intizardadır,Görəsən o mehribanSevgilisi hardadır?!Bəlkə pəncə-pəncəyəGəlir tufanla bu dəm,Göylər yerə qovuşur,Qarışır bütün aləm.Şeypurlar zəfər səsli:Qələbəylə gəlir o.Günəştək əzəmətləParlayır, yüksəlir o.Səadət qanadındaQarşılayır cananı,Gözəl bir cənnət bilirBu günahkar dünyanı:Əfi bir ilan kimiŞübhə girir araya.Fitnə-fəsad yuvasıÇirkin, qanlı saraya.Pozulur məhəbbətin,Səadətin növrağıCəhənnəmə çevrilir.Gözəl gəlin otağı...Bir gecədə ağlayır,Bir gecədə ağladır.Qısqanclıq əzabınınAcı zəhrini dadır.Xeyirxahlıq duyğusu,Dost hissləri yaşadan,Dünyanı cənnət bilənSadiq, nəcib bir insan,Zərif, incə, xoşqılıqMələksimalı varlıq.Bir gecədə bəxtiyarGöylər kimi ləkəsiz.Gah ali bir hökmdar,Gah zavallı bir kəniz.

Qısqanclığın əliylə o,Düşür ölüm yatağınaPərdə enir, qalxıb yerdənQaçır geyim otağına.Bədənnüma güzgüdə oBaxıb görür surətini,Görür nakam məhəbbətinAğır, məhzun qismətini.Baxır-baxır o, hələ də,Ayrılmamış o aləmdən,Qısqanclıqdan, ehtirasdanQismətinə düşən qəmdən.Harda isə uzaqlardaGuruldayır alqış səsi,Alır onu bu aləmdənAlqışların xoş nəfəsi.Bayaq “ölmüş” bu gözəlinAlnında tər inci-inci.Gözlərində sonsuz fərəh,Əmək, sənət, iş sevinci.Dezdemona, Gültəkin,Firəngiz, ya Məhəbbət, –Başqadır, hər birindəHəm həyat, həm aqibət.Qurtarınca tamaşa,O silir boyaları,Gülümsəyir sənətkarAynada gecəyarı.Ona fərəhlə baxanDostlarına söyləyir:– Oynardım həvəslə, kaşYeni bir əsər olsun.Dünyada mən bir sevincBir fərəh bilmirəm ki,O əmək sevincinəYaxın, bərabər olsun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri