Ağlın gözü işıqlanmış qəlb evinin çırağından
Qəsidə nədir?
Qəsidə: təntənəli, uzun lirik şeir; mədh və ya öyüd üçün yazılır.
Ağlın gözü işıqlanmış qəlb evinin çırağından,Yaxşı olar bu nurilə gizli xəznə axtarasan.
Xəznə tapmaq istəyirsən sındır canın sütununuKi, xəznələr asanlıqla ələ gəlməz, anla bunu!
Əgər xəznə ilanısan, halqa olma qapıda sən,Viranlıqdır xəznələrin şahmarına əsil məskən.
Səhv elədim, ilan olma, lap cənnətin ilanı da,Ki, haqqında pis söz yazıb, verməsinlər səni bada.
Əgər cənnət istəyirsən, özün parla gövhər kimi,Gecələri işıqlandır öz nurunla qəmər kimi.
Gecə Ay tək oyaq ol ki, sirlər əyan olsun sənə,Əgər aləm görən Aysan, ya da şahsan bu aləmə.
Ancaq gecə mövcud olar səfalı üz, ayıq ürək,Zülmət içrə həyat suyu və al yaqut tapılan tək.
Yaxşı olar ki, qarının öz xoruzu ayıq ikən,Səltənətin ov qırğısı yatmış ola səhər erkən.
Mərdsən əgər süfrəndə sən qida elə öz qanını,Çünki əzəl ana qanı bəsləmişdir bu canını.
İstəyirsən əgər balıq, quşla dolsun sənin süfrən,Yolçu olma, ibrət götür Süleymanın zənbilindən.
Bu divlərin cövrünü sən çəkəcəksən, de nə qədər,Zəngilər tək yaşa daim, Zənganlıya salma nəzər!
Özünə ad qoyanda da toxucu qoy, dəmirçi yox,Dəmir yonsan heç olmasa açar düzəlt, nəinki ox.
Bu açarla zindanı aç, zəncirləri qır yerə at!Bu açarla zindanları qıfıllayıb şadlıq yarat!
Elm oxuyla ovla əgər istəyirsən təmiz şikar,Elm ilə ov şikar elə, ov itilə nə işin var?
Göydə fələk tərəzisin bir arpa da çəkə bilməz,Yerdə əyar varındırsa, o tərəzi kara gəlməz.
Məşəl yandır əlinə al, gecə yola çıxan zamanKi, məşəlsiz, qaranlıqda yeriməyə yoxdur imkan.
Güman etmə dənizlərdə gəminə bir ziyan dəyər,Tufanlardan qorxu olmaz “Allah kərim” desən əgər..
Dənizdə bir qorxu görsən, kişi kimi hümmətli ol,Tələsərək ləngər salma, hər vuruşda cürətli ol!
Muradına müxalif bir külək əssə, düşmə ruhdan,Bu küləyə qarşı durub, qələbə çal ona hər an...
Kitabxana.az · https://kitabxana.az/works/nizami-aglin-gozu-isiqlanmis-qelb-evinin-ciragindan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm,Yanına ya gəlim əql ilə, ya divanə, gülüm?
Vəslin həvəsi ömrümü son anə yetirdiVəslin həvəsi ömrümü son anə yetirdi,Hicran qəminin xəncərini qanə yetirdi.
Gözüm aydın, gözümə surəti-canan görünürGözüm aydın, gözümə surəti-canan görünür,Mişki-ənbər saçaraq ətrlə əfşan görünür.
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsizHər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Başqa şairlərin şeirləri
Sürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Qəzəl: Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranıQəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı,Yazub dibaceyi-hüsnündə: haza Yusifi-sani
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,