Allah, Allah, bax bu cür dilbər mənim olsun gərək.
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Allah, Allah, bax bu cür dilbər mənim olsun gərək.Zülmətə atəş saçan gövhər mənim olsun gərək!
Aləmi odlandırır şəkkər ləbinlə ud xalın,Udla bir şəkkər səpən məcmər mənim olsun gərək.
Duzda dad, ləzzət olar, amma şirinlik, heyf, yox!Həm şirin, həm duzlu bir şəkkər mənim olsun gərək.
Hazıram nuş etməyə cüt aləmi bir badədə,Saqim ol ki, sən verən sağər mənim olsun gərək.
Müşk zülfün ətrini saçmaqdadır dünyalara,Ah, bu cür xoş rayihə, ənbər mənim olsun gərək!
Məqtə — şairin təxəllüsü olan son beyt. Zülfünə quldur Nizami, nə deyir zülfün ucu:“Bax bu cür sadiq nökər, çakər mənim olsun gərək!”.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-allah-allah-bax-bu-cur-dilber-menim-olsun-gerek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məclisi xətm etmək məqamı çatdı,Şah sözün qədrini Aya ucaltdı.
İqbalnamə, fəsil 28Nizami, bu qapı açar götürməz,İlk nəqş bağlananda görməyib heç kəs.
İqbalnamə, fəsil 29Müğənni, çal rudu, çal səhər erkən,Mərdlik nəğməsini gətir yada sən!
İqbalnamə, fəsil 30Allahın mədhini edib ifadə,Ərəstu yazmışdı rəhbərnamədə: