Qəm yemə, qəm əhlinin imdadına canan çatar.
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Qəm yemə, qəm əhlinin imdadına canan çatar.Dosta yardım, bərk ayaqda mehriban dostdan çatar.
Kim səadət istəsə, göz yummasın qoy sübhədək,Yatsa - kordu, ağ günə yalnız ayıq insan çatar.
Sən hümasan... xırmanı qoy qarğalar eşsin, nə qəm.Sən mətinsən, umma... yalnız xəstəyə dərman çatar.
Burda şahlar çarpışır, oxlar yağır, gözlə gözün,Orda bayram əhlinə kişmiş, noğul, reyhan çatar.
Bal yeyən milçəkdi, bəs neçin yanan pərvanədir?Oğru qalmış, doğruya haqsız cəza lapdan çatar.
Şah ova çıxmış, saray itsaxlayan hökmündədi,İncimə, darvazaya it dartınar, səgban çatar.
Aşiq - əsrik, aqil - azaddır, ayıq bəs neyləsin?Ona da yalnız sabah növbət yetər, imkan çatar.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Nizami, göz yumub dünyaya dövlətdən çək əl,İş sənin tək işsizə bambaşqa dünyadan çatar.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-qem-yeme-qem-ehlinin-imdadina-canan-catar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pəncşənbə - günlərdə yaxşı bir gündür,Xoşbaxt Müştəritək bəxti üstündür.
Yeddi gözəl, fəsil 32Cümə günü səhər bu yamyaşıl tağEvini günəşdən etdi ağappaq.
Yeddi gözəl, fəsil 33Müştəriylə Zühəl qovuşan zamanGünəş daxil oldu Həmələ Hutdan,
Yeddi gözəl, fəsil 34Arabir də gedib ova oldu şad,Edildi qüssədən bu yolda azad.
Başqa şairlərin şeirləri · Eşq
Çıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,
Niyə gəlmədiBaşına döndüyüm, ay Əziz əmi,Getdi, bəs alşanım niyə gəlmədi?
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər