Hər gecə umar könül ki, bu gecə gələr baharım,Bu qərara gəlməsə yar, kəsilər mənim qərarım.

Başqa gözlərə baxanda gözü nərgizə dönən yar,Nə üçün tikan olur bəs, bizə qəmzən, ey vüqarım!

Neçə düşmənim gülür ki, bizə yad ona yaxınsan,Sifətim yanır həyadan, necə yarsan, ey qubarım!

Mənə düşmən olsa dünya, yenə qorxmaram inan heç.Təki ərk ilə bir axşam qapımı qıra nigarım.

Necə sən hümasan, ey can, ələ düşməyin nə müşkül,Nə gözə şikar olursan, nə də qəlbə, ey xumarım.

Məqtə — şairin təxəllüsü olan son beyt. Hər sevən sanır onunsan, leyk sən Axistanınsan.Get, ona yaxınlaş, ey can, a Nizamidən kənarım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq