بیا ساقی از شادی نوش و نازیکی شربت‌آمیز عاشق نواز

به تشنه ده آن شربت دل‌فریبکه تشنه ز شربت ندارد شکیب

سپندی بیار ای جهان‌دیده پیربر آتش فشان در شبستان میر

که چشمک زنان پیشه‌ای میکنمز چشم بد اندیشه‌ای میکنم

ولیکن چو میسوزم از دل سپندبه من چشم بد چون رساند گزند

خطرهای رهزن درین ره بسیستکسی کاین نداند چه فارغ کسیست

چه عمریست کو را ز چندین خطربه افسونگری برد باید بسر

به ار پای ازین پایه بیرون نهمنهنبن برین دیک پر خون نهم

گزارنده داستانهای پیشچنین گوید از پیش عهدان خویش

که چون دین دهقان بر آتش نشستبمرد آتش و سوخت آتش پرست

سکندر بفرمود که ایرانیانگشایند از آتش پرستی میان

همان دین دیرینه را نو کنندگرایش سوی دین خسرو کنند

مغان را به آتش سپارند رختبرآتشکده کار گیرند سخت

چنان بود رسم اندران روزگارکه باشد در آتشگه آموزگار

کند گنجهائی در او پای بستنباشد کسی را بدان گنج دست

توانگر که میراث خواری نداشتبر آتشکده مال خود را گذاشت

بدان رسم کافاق را رنج بودهر آتشکده خانهٔ گنج بود

سکندر چو کرد آن بناها خرابروان کرد گنجی چو دریای آب

بر آتش‌گهی کو گذر داشتیبنا کندی آن گنج برداشتی

دگر عادت آن بود کاتش پرستهمه ساله با نوعروسان نشست

به نوروز جمشید و جشن سدهکه نو گشتی آیین آتشکده

ز هر سو عروسان نادیده شویز خانه برون تاختندی به کوی

رخ آراسته دستها در نگاربه شادی دویدندی از هر کنار

مغانه می لعل برداشتهبه باد مغان گردن افراشته

ز برزین دهقان و افسون زندبرآورده دودی به چرخ بلند

همه کارشان شوخی و دلبریگه افسانه گوئی گه افسونگری

جز افسون چراغی نیفروختندجز افسانه چیزی نیاموختند

فرو هشته گیسو شکن در شکنیکی پای‌کوب و یکی دست‌زن

چو سرو سهی دستهٔ گل به دستسهی سرو زیبا بود گل پرست

سرسال کز گنبد تیز روشعار جهان را شدی روز نو

یکی روزشان بودی از کوه و کاخبه کام دل خویش میدان فراخ

جدا هر یکی بزمی آراستیوز آنجابسی فته برخاستی

چو یک رشته شد عقد شاهنشهیشد از فتنه بازار عالم تهی

به یک تاجور تخت باشد بلندچو افزون بود ملک یابد گزند

یکی تاجور بهتر از سد بودکه باران چو بسیار شد بد بود

چنان داد فرمان شه نیک رایکه رسم مغان کس نیارد بجای

گرامی عروسان پوشیده رویبه مادر نمایند رخ یا به شوی

همه نقش نیرنگها پاره کردمغان را ز میخانه آواره کرد

جهان را ز دینهای آلوده شستنگهداشت بر خلق دین درست

به ایران زمین از چنان پشتیینماند آتش هیچ زردشتیی

دگر زان مجوسان گنجینه سنجبه آتشکده کس نیاکند گنج

همان نازنینان گلنار چهرز گلزار آتش بریدند مهر

چو شاه از جهان رسم آتش زدودبرآورد ز آتش پرستنده دود

بفرمود تا مردم روزگارجز ایزد پرستی ندارند کار

به دین حنیفی پناه آورندهمه پشت بر مهر و ماه آورند

چو شد ملک در ملک آن ملک بخشبه میدان فراخی روان کرد رخش

به فرخندگی فتح را گشت جفتبدان گونه کان نغز گوینده گفت

وگر بایدت تا به حکم نویدگرگونه رمزی ز من بشنوی

برار آن کهن پنبه‌ها را ز گوشکه دیبای نو را کند ژنده پوش

بر آنگونه کز چند بیدار مغزشنیدم درین شیوه گفتار نغز

بسی نیز تاریخها داشتمیکی حرف ناخوانده نگذاشتم

بهم کردم آن گنج آکنده راورق پاره‌های پراکنده را

از آن کیمیاهای پوشیده حرفبرانگیختم گنجدانی شگرف

همان پارسی گوی دانای پیرچینن گفت و شد گفت او دلپذیر

که چون شه ز دارا ستد تاج و تختز پرگار موصل برون برد رخت

چو زهره به بابل درآمد نخستز هاروتیان خاک آن بوم شست

بفرمود تا آتش موبدیکشند از هنرمندی و بخردی

فسون نامه زند را تر کنندوگرنه به زندان دفتر کنند

براه نیا خلق را ره نمودتف و دود آتش ز دلها زدود

وز آنجا به تدبیر آزادگاندرآمد سوی آذر آبادگان

بهر جا که او آتشی دید چستهم آتش فرو کشت و هم زند شست

در آن خطه بود آتشی سنگ بستکه خواندی خودی سوزش آتش پرست

صدش هیربد بود با طوق زربه آتش پرستی گره بر کمر

بفرمود کان آتش دیر سالبکشتند و کردند یکسر زکال

چو آتش فرو کشت از آن جایگاهروان کرد سوی سپاهان سپاه

بدان نازنین شهر آراستهکه با خوش‌دلی بود و با خواسته

دل تاجور شادمانی گرفتبه شادی پی کامرانی گرفت

بسی آتش هیربد را بکشتبسی هیربد را دوتا کرد پشت

بهاری کهن بود چینی نگاربسی خوشتر از باغ در نوبهار

به آیین زردشت و رسم مجوسبه خدمت در آن خانه چندین عروس

همه آفت دیده و آشوب دلز گل شان فرو رفته در پا به گل

در او دختری جادو از نسل سامپدر کرده آذر همایونش نام

چو برخواندی افسونی آن دل‌فریبز دل هوش بردی ز دانا شکیب

به هاروتی از زهره دل برده بودچو هاروت صد پیش او مرده بود

سکندر چو فرمود کردن شتاببدان خانه تا خانه گردد خراب

زن جادو از هیکل خویشتننمود اژدهائی بدان انجمن

چو دیدند خلق آتشین اژدهادل خویش کردند از آتش رها

ز بیم وی افتان و خیزان شدندبه نزد سکندر گریزان شدند

که هست اژدهائی در آتشکدهچو قاروره در مردم آتش زده

کسی کو بدان اژدها بگذردهمان ساعتش یا کشد یا خورد

شه از راز آن کیمیای نهفتز دستور پرسید و دستور گفت

بلیناس داند چنین رازهاکه صاحب طلسم است بر سازها

بلیناس را گفت شاه این خیالچگونه نماید به ما بدسگال‌؟

خردمند گفت این چنین پیکرینداند نمودن جز افسون‌گر‌ی

اگر شاه خواهد شتاب آورمسر اژدها در طناب آورم

جهاندار گفت اینت پتیاره‌ایبُرو گر توانی بکن چاره‌ای

خردمند شد سوی آتشکدهسیاه اژدها دید سر بر زده

چو آن اژدها در بلیناس دیدره آبگینه بر الماس دید

برانگیخت آن جادوی ناشکیببسی جادویی‌های مردم‌فریب

نشد کارگر هیچ در چاره سازسوی جادوی خویشتن گشت باز

هر آن جادویی کان نشد کارگربه جادوی خود باز پس کرد سر

به چاره‌گری زیرک هوشمندفسون فساینده را کرد بند

به وقتی که آن طالع آید بدستکزو جادوئی را دراید شکست

بفرمود کارند لختی سداببرآن اژدها زد چو بر آتش آب

به یک شعبده بست بازیش راتبه کرد نیرنگ سازیش را

چو دختر چنان دید کان هوشمندز نیرنگ آن سحر بگشاد بند

به پایش درافتاد و زنهار خواستبه آزرم شاه جهان بار خواست

بلیناس چون روی آن ماه دیدتمنای خود را بدو راه دید

بزنهار خویش استواریش دادز جادوکشان رستگاریش داد

بفرمود تا آتش افروختندبدان آتش آتشکده سوختند

پریروی را برد نزدیک شاهکه این ماه بود اژدهای سیاه

زنی کاردانست و بسیار هوشفلک را به نیرنگ پیچیده گوش

ز قعر زمین برکشد چاه رافرود آرد از آسمان ماه را

ز حل را سیاهی بشوید ز رویشود بر حصاری به یک تار موی

به خوبی چگویم پری پیکریپری را نبوده چنین دختری

سر زلفش از چنبر مشگ نابرسن کرده بر گردن آفتاب

به اقبال شه راه بربستمشهمه نام و ناموس بشکستمش

زبون شد درآمد بزنهار منسزد گر کند خسروش یار من

وگر خدمت شاه را درخور استمرا هم خداوند و هم خواهر است

چو شه دید رخسار آن دل‌فریببرآراسته ماهی از زر و زیب

بلیناس را داد کین رام تستسزاوار می خوردن جام تست

ولیکن مباش ایمن از رنگ اومشو غافل از مکر و نیرنگ او

اگر کژدمی کهربا دم بودمشو ایمن از وی که کژدم بود

بلیناس بر شکر تسلیم شاهرخ خویش مالید بر خاک راه

پریروی را بانوی خانه کردپری چند زین گونه دیوانه کرد

برآموخت زو جادوئیها تمامبلیناس جادوش از آن گشت نام

اگر جادوئی گر ستاره شناسز خود مرگ را برنبندی مراس

Nəşədən, bu coşğun şənlikdən, saqi,
Dur, şərbət hazırla aşiqsayağı!

Füsunlu şərbəti susuza ver sən,
Susuzlar dönərmi meydən, şərbətdən?

Şahanə məclisdə, ey sınaqlı pir,
Odda yandırmağa üzərlik gətir!

Bəd nəzərlər baxır, işlə məşğulam,
Yaman gözlərdən də yaman qorxuram.

Könlüm üzərliktək yanarsa əgər,
Üstümə düşərmi, söylə, bəd nəzər?

Yolkəsən qorxusu həddən ziyada,
Xoşbəxtdir bilməyən bunu dünyada.

Bu necə həyatdır, hər yanı qorxu,
Hər tərəf fəlakət, hər tərəf cadu.

Ayaq bu pillədən uzaq qoyulsun,
Bu qanlı qazana qapaq qoyulsun.

Köhnə dastanları rəvayət edən
Belə nəql eləyir uzaq keçmişdən:

Diniylə atəşə çöküncə dehqan,
Həm atəş söndü, həm ona inanan.

İrana əmr etdi böyük İskəndər:
Atəşpərəstlikdən etsinlər həzər,

Üz çevirsinlər qoy köhnə ayinə,
Pərəstiş etsinlər Xosrov dininə.

Muğların paltarı oda qalansın,
Bu atəşkədələr atəşdə yansın.

İranda adətdir keçmişdən bəri:
Atəşkədə idi alimlər yeri.

Orda saxlanardı sərvət, xəzinə,
Düşməsin başqa bir şəxsin əlinə.

Hər sonsuz varlı da, “savabdır” deyə,
Malını qoyardı atəşkədəyə.

Ölkələr düşmüşkən dərmansız dərdə,
Bir xəzinə idi hər atəşkədə.

Onları kökündən yıxdı İskəndər,
Xəzinə axıtdı bir dəniz qədər.

Hər atəşkədənin keçsə yanından,
Yıxaraq xəzinə yığırdı ondan.

Muğlarda belə bir azar da vardı,
Hər ilin başında bir qız alardı,

Novruz ilə Səddə bayramlarında
Ayinlər yenidən olurdu bərpa.

Ər üzü görməmiş gəlinlər, qızlar
Evindən sevinclə dişarı çıxar.

Əllər al xınalı, üzlər bəzəkli
Hər yandan gəlirdi çoşğun ürəkli.

Önündə al şərab hər üzü lalə
Muğlarla üz-üzə vurar piyalə.

Atəşdən, möbidin əfsunlarından,
Tüstüdən don geyər uca asiman.

İşləri keyf, işrət, şux dilbər idi,
Ölkə başdan-başa əfsungər idi.

Sehirdən başqa bir çıraq yandırmaz,
Əfsanədən başqa bir bilik qanmaz.

Hər bir qıvrım saçlı, gəlişi gözəl
Ayaq yerə döyər, şappıldadar əl.

Əlində sərv kimi güldən bir dəstə,
Sərvi də bənzərdi çiçəkpərəstə.

Hər il qızlar bu gün axır hər yandan,
Verirlər bu geniş işrətə meydan.

Hər kəs ayrı-ayrı məclis qururdu,
Hər məclis olurdu yüz fitnə yurdu.

Sözündə çox möhkəm durdu İskəndər,
Dünyadan silindi belə fitnələr.

Bircə padişahdan taxt alır şövkət,
Çox olsa pozulur möhkəm bir dövlət.

Yüz şah olmaqdansa xoşdur bir nəfər,
Yağış çox yağarsa ziyanlıq verər.

Ağıllı İskəndər vermişdi fərman:
-Muğların ayini qalxsın ortadan.

İsmətli, örtülü hər gəlin, hər qız
Üzünü ərinə göstərsin yalnız.

Fitnəni, hiyləni qovdu hər yerdən
Muğları dağıtdı meyxanələrdən.

Dünyadan sildi hər bulanıq dini,
Saxladı ən doğru dini-ayini.

İranda əmriylə söndü hər yerdə,
Həm köhnə zərdüştlük, həm atəşkədə.

Dövlətli məcuslar “adətdir” deyə,
Xəzinə vermədi atəşkədəyə.

Üzü nur çiçəyi, hər nazlı gözəl
Atəş gülşənindən artıq çəkdi əl.

Atəş ayinini qaldırınca şah,
Hər atəşpərəstdən göyə çıxdı ah.

İskəndər əmr etdi: - Bu ölkə - torpaq
Tanrıya pərəstiş eyləsin ancaq.

Sığınsın hamısı ulu Tanrıya,
Çevirsin arxa bu Günəşə, Aya.

Elə ki İranı ovcunda gördü,
O geniş meydanda atını sürdü.

Zəfərlə qol-boyun oldu tacidar,
Nə gözəl söyləmiş incə sənətkar:

Sən yeni bir qanun hökmüncə məndən
Başqa rəmz eşitmək arizu etsən,

Qulağından çıxar köhnə pambığı,
Aç yeni qumaşla dolu sandığı.

Ağıllı kəslərdən bilsən nə qədər
Bu yolda eşitdim dəyərli sözlər.

Əlimə hər çeşid tarix topladım,
Gözümdən hərfi də mən buraxmadım.

Hər yırtıq vərəqdən toz silə-silə,
O dağnıq xəznəni topladım belə.

Bu gizli əsrarlı kimiyalərdən
Yaratdım ən incə, gözəl bir məxzən.

O farsca söyləyən bilikli qoca
Belə nəql eləyir tarix boyunca:

Daranın taxtını alınca ələ,
Musildən tərpəndi öz ordusiylə.

Zöhrətək Babildən parladı öncə,
Haruti kəsləri təmizləyincə,

Əmr etdi möbidlər yandıran odu
Durmadan hünərlə söndürsün ordu.

Zəndin əfsunları atılsın suya,
Alınsın yaxud bir dəftərxanaya.

İbrahim dinini doğru yol bildi,
Atəş tüstüsünü dillərdən sildi.

Aqillər məsləhət gördülər ona:
Oradan tərpənsin Azərbaycana.

Gəlirkən hər yerdə ki atəş gördü,
Zəndi məhv eylədi, odu söndürdü.

O yerdə ki alov çıxırdı daşdan,
Məcuslar deyirdi “özündən yanan”.

Yüzlərlə xidmətçi taxmış zər, zivər,
Pərəstiş etməyə bağlamış kəmər.

Əmr etdi, o köhnə atəşlər sönsün,
Bir anda kömürə və külə dönsün.

Hirbüdün oduna soyuq su tökdü,
Çox hirbüd belini ikiqat bükdü.

Elə ki o yerdə atəşlər söndü,
İsfahana tərəf İskəndər döndü.

O gözəl, ruh verən abad şəhərdə,
Ürəyi sevinclər saçan o yerdə

İskəndər oldu bir çiçəkli gülşən,
Düşdü kam ardına ürəyi çox şən.

Orda bir saray var incə naxışlı,
Bahar bağçasından nazlı baxışlı,

Məcuslar rəsmiylə Zərdüşt ayini,
Ora toplamışdı bir çox gəlini.

Hər gözə bir afət, hər qəlbə düşmən,
İnsan heyran qalır onu görərkən.

O cadunun adı Azər Humayun,
Sam nəslindən idi nəsəbi onun.

Bir əfsun edincə o gözəl afət
Ürəkdən səbr alır, bədəndən taqət.

Haruttək Zöhrənin canını alar,
Yüzlərcə Harutun qəlbini ovlar.

İskəndər əmr etdi təxir etməmək,
Bu ev də kökündən dağılsın gərək.

Cadu qız sürətlə qalxdı yerindən,
Qurdu bir əjdaha öz peykərindən.

Odlu əjdahanı yaxından görən
Qorudu özünü yanan atəşdən.

Qorxudan yıxılıb-duran kimsələr,
Çaparaq, padşaha verdilər xəbər:

“Atəşdə qorxunc bir əjdaha vardır,
Fişəngtək ağzından atəş savırır.

Hər igid keçirsə onun yanından,
Öldürür, ya udur, verməyir aman”.

Bu gizlin sirridən şah fikrə daldı,
Vəzirdən belə bir məsləhət aldı:

  • Bu gizli əsrarı Bəlinas bilir,
    Tilsimə tanışdır, tökər bir tədbir.

Bəlinası tapdı, sordu İskəndər:
“Bu cadu nə ilə əslinə dönər?”

Dedi: “Əjdahanı, böyük tacidar,
Yalnız bir əfsunçu edər aşikar.

Bu sirri açmağa olsa buyruğun,
Başını kəməndə salaram onun”.

Dedi: “Hiyləgərdir bu qəlbi qara,
Mümkünsə, durma, et bu işə çara”.

Bəlinas getdi tez atəşkədəyə,
Gördü bir əjdaha baş çəkmiş göyə.

Əjdaha görüncə gəlir Bəlinas,
Bildi ki, şüşəni qıracaq almas.

Min oyun çıxardı o sahir cadu,
Yüz insan aldadan hiylələr qurdu.

Onların təsiri olmadı, yenə
Çarəsiz qayıtdı köhnə sehrinə.

Cadunun əfsunu etməsə əsər,
Əfsunçu yenə öz sehrinə dönər.

Bəlinas hünərlər göstərdi o gün,
Cadunun sehrini bağladı bütün.

İnsana taleyi güldüyü zaman
Cadugər də yaxa qurtarmaz ondan.

Atdı əjdahanın üstünə “əsdab”
Su önündə atəş gətirərmi tab?

Bağladı qolunu bir hiylə ilə,
Başa çıxdı qızın qurduğu hiylə.

Qız gördü Bəlinas hünərlər saçdı,
Cadu hiyləsindən düyümü açdı.

Torpağa düşərək qopardı fəğan,
Padşahın ədlindən dilədi aman.

Bəlinas görüncə o ay üzünü,
Bir sevda xülyası tutdu gözünü.

Gözəl cadugərə o verdi aman,
Xilas etdi onu ovsunçulardan.

Əmr elədi, dərhal od yandırdılar,
Atəşkədə yandı - oldu tarü mar.

O pəri üzlünü götürdü şaha,
Dedi: “Bax, bu aydır qara əjdaha.

Ağıllı qadınlar biliklər qurmuş,
Çarxın qulağını əfsunla burmuş.

Quyunu çıxarır yerin təkindən,
Ayı yerə salar öz fələyindən.

Zühəlin üzündən qaranı atar,
Hər qara telindən çəkər bir hasar.

Sevimli gözəldir, yox ona bədəl,
Pəri də doğmamış belə bir gözəl.

Müşk ilə saçının ucunu burmuş,
Günəşin boynunu kəməndə vurmuş.

Sənin taleyinlə kəsdim yolunu,
Ayırdım şöhrətdən, hörmətdən onu.

Qız qaldı çarəsiz, dilədi aman,
Məni, padişahım, ayırma bundan.

Şaha xoş gəlirsə bu göyərçinim,
Olsun həm xanımım, həm bacım mənim”.

Sevimli üzünü gördü İskəndər,
Bəzəkli bir aydır, o pəri dilbər.

Söylədi: “Bu sənin haqqındır, yalnız
Sənin qədəhindən mey içsin bu qız.

Sevsən də rənginə aldanma əlbət,
Onun hiyləsindən eləmə qəflət.

Kəhrəba olsa da əqrəb quyruğu,
Yenə də əqrəbdir, zəhərlidir bu”.

Bəlinas təşəkkür edərək ona,
Üzünü sürtərək yolun tozuna,

“Qadınımdır” deyə, evinə aldı,
O gözəl çoxunun qəlbini çaldı.

O qızdan çox cadu öyrənmişdi bu,
Onunçun deyildi “Bəlinas-cadu”.

Əfsunçu, münəccim, kim olursan ol,
Ölümə bağlaya bilərsənmi yol?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri