Xosrov və Şirin, fəsil 121
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
چه میگفتم سخن محمل کجا راندکجا میرفتم و رختم کجا ماند
به سلطانی چو شه نوبت فرو کوفتغبار فتنه از گیتی فرو روفت
شکوهش پنج نوبت بر فلک بردنفاذش کرد هفت اقلیم را خرد
خروش طبل وی گفتی دو میل استکه میدانست کان طبل رحیل است
نفیر کوس گفتی تا دو ماهستکه را در دل که شه در کوچگاهست
بران اورنگش آرام اندکی بودچو برقش زادن و مردن یکی بود
بری ناخورده از باغ جوانیچو ذوالقرنین از آب زندگانی
شهادت یافت از زخم بداندیشکه باداش آن جهان پاداش ازین بیش
سه پایه بر فلک زد زین خرابیگذشت از پایه خاکی و آبی
گر آن دریا شد این درها بجایندکه بر ما بیش از آن درها گشایند
گر او را سوی گوهر گرم شد پاینسبداران گوهر باد بر جای
گر او را فیض رحمت گشت ساقیجهان بر وارثانش باد باقی
گر او را خاک داد از تختهبندیمباد این تخت گیران را گزندی
گر او بیتاج شد تاجش رضابادسر این تاجداران را بقا باد
خصوص آن وارث اعمار شاهاننظرگاه دعای نیک خواهان
موید نصرهالدین کافرینشز نام او پذیرد نور بینش
پناه خسروان اعظم اتابکفریدونوار بر علم مبارک
ابوبکر محمد کز سر دادابوبکر و محمد را کند شاد
به شاهی تاج بخش تاجدارانبه دولت یادگار شهریاران
به دانائیش هفت اختر شکرخندبمولائیش نه گردون کمربند
ستاره پایه تخت بلندشفلک را بوسه گه سم سمندش
سریرش باد در کشور گشائیوثیقت نامه کشور خدائی
جهان را تا ابد شاه جهان بادبر آنچ امید دارد کامران باد
سعادت یار او در کامرانیمساعد با سعادت زندگانی
سخن را بر سعادت ختم کردمورق کاینجا رساندم در نوردم
خدایا هر چه رفت از سهوکاریبیامرز از کرم کامرزگاری
روانش باد جفت شادکامیکه گوید باد رحمت بر نظامی
Gör nə danışırdım, söz hara çəkdi,Atım baş apardı, kənara çəkdi.
Növbə təblin çaldı şahım bir zaman,Fitnənin tozunu sildi dünyadan.
Fələyə ucaltdı əzəmət tağı,Bu yeddi iqlimi yandırdı dağı.
Təblinin nərəsi millər gedərdi.Bu köçmək təblidir, kim zənn edərdi?
İki aylıq yola təbli salmış səs,"Şah köçmək istəyir" deməzdi heç kəs,
O taxtda oturub çox az ömr etdi,Şimşəktək tez doğdu, tez gözdən itdi.
Cavanlıq bağından yemədi bəhər,İçmədi dirilik suyu İsgəndər.
Düşmən yarasından getdi dünyadan,Düşmənlərə cəza versin yaradan.
Bu xaraba mülkdən qalxdı fələyə,Torpaq ünsüründən döndü mələyə.
Dəniz yox oldusa, inciləri var,Açılar bizimçün yenə qapılar.
Öz əslinə tərəf yönəldi əgər,Öz yerində qalsın varis gövhərlər.
Ona rəhmət feyzi verdisə saqi,Olsun varisinə bu dünya baqi!
Taxtabənd etdisə onu bu torpaq,Taxtında əyləşən görsün keyf-damağ.
O tacsız oldusa rəhmətə yetsin,İndi tac qoyanlar uzun ömr etsin.
Xüsusən o şahlar mülkünə varis,Dualara layiq, rəhmətə bais
Böyük Nüsrətəddin - onun adındanYaradılış almış nurunu, inan!..
Şahların pənahı böyük Atabəy,Firiduntək olsun dövrə mübarək.
Əbubəkr, Məhəmməd göstərərək dad,Ondan Əbubəkrü Məhəmməddir şad.
Yeddi ulduz olmuş elminə heyran,Doqquz fələk onun quludur hər an.
Şahlıqda şahlara tac bağışlayar,Dövlətdə şahlardan qalmış yadigar.
Taxtının ayağı ulduzlardadır,Atının dırnağı fələyə çatır.
Ölkələr fəth etsin şahım hər zaman,Yeni ölkələrə olsun hökmüran.
Dünyalar durduqca o şahlıq sürsün,Dünyada doğrulsun arzusu bütün.
Ondan ayrılmasın səadət bir an,Daim kömək alsın bəxtiyarlıqdan.
Sözümü qurtardım səadətlə, bax,Bükdüm çatan zaman bu yerə varaq.
Hər kim Nizamiyə söyləsə rəhmət,Arzum budur, ruhu şad olsun hər vəqt.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-xosrov-ve-sirin-121
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həyat aləmidir hər şeydən üstün,Cavanlıq günüdür ən qiymətli gün.
Xosrov və Şirin, fəsil 31Oturmuşdu bir gün şah yarı xumar,Gözləyirdi, bəxti haçan ayılar?
Xosrov və Şirin, fəsil 32Elə ki, allahın əmriylə bir günHürmüzün şahlığı puç oldu bütün,
Xosrov və Şirin, fəsil 33Şirini götürüb qayıtdı Şapur,Ancaq gördü Xosrov o yerdə yoxdur.
Başqa şairlərin şeirləri · Mədhiyyə
Saqi, nəzər et məclisə, gör canım hardadır?Bir yol güzər etməz bizə cananım, hardadır?
ایهاالساقی تفضل واسقنی کاس الشرابغیر ممزوج بماء بل کنار فی الحباب
Ol zaman kim məst qıldı çeşmi məxmurun məniOl zaman kim məst qıldı çeşmi məxmurun məni!Xaki-pakə ol dəm etdim, mən fəda canü təni.
Xürrəm ol gün kim, mənim fərxundə yarım var idiXürrəm ol gün kim, mənim fərxundə yarım var idi,Könlümü bağrım bütün, səbrü qərarım var idi.