Xosrov və Şirin, fəsil 33
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
چو شیرین را ز قصر آورد شاپورملک را یافت از میعادگه دور
Şirini götürüb qayıtdı Şapur,Ancaq gördü Xosrov o yerdə yoxdur.
فرود آوردش از گلگون رهواربه گلزار مهینبانو دگر بار
Şirini Gülgündən düşürtdü yenəBanunun o gözəl güllüklərinə.
چمن را سرو داد و روضه را حورفلک را آفتاب و دیده را نور
Bağa bir sərv saldı, behiştə bir hur,Göyə günəş verdi, nəzərlərə nur.
پرستاران و نزدیکان و خویشانکه بودند از پی شیرین پریشان
Qohum-əqrəbalar, kənizlər, qullarÇəkirdi Şirinə çoxdan intizar.
چو دیدندش زمین را بوسه دادندزمین گشتند و در پایش فتادند
Şirini görəndə öpdülər yeri,Torpaqtək ayağa düşdü hər biri.
بسی شکر و بسی شکرانه کردندجهانی وقف آتشخانه کردند
Çox şükür etdilər, nəzir verdilər,Atəşgaha xeyli pay göndərdilər.
مهینبانو نشاید گفت چون بودکه از شادی ز شادروان برون بود
Banunun halını əgər sorasan,Evə sığmayırdı, xoşbaxtlığından.
چو پیری کو جوانی باز یابدبمیرد زندگانی باز یابد
Qocaydı, bir anda lap cavan oldu.Yenidən dirilmiş bir insan oldu.
سرش در بر گرفت از مهربانیجهان از سر گرفتش زندگانی
Şirinin başını basdı bağrına,Dünya yeni rəngdə göründü ona.
نه چندان دلخوشی و مهر دادشکه در صد بیت بتوان کرد یادش
Şirinə göstərdi bir nazü niyaz -Onları yüz beytlə vəsf etmək olmaz.
ز گنج خسروی و ملک شاهیفدا کردش که میکن هر چه خواهی
"Dövlət xəznəsindən, şahlıq mülkündənGötür, payla, - dedi, - özün bilirsən."
شکنج شرم در مویش نیاوردحدیث رفته بر رویش نیاورد
Utanmasın deyə, artıq sormadı,Keçmiş əhvalatı üzə vurmadı.
چو میدانست کآن نیرنگسازیدلیلی روشن است از عشقبازی
Bilirdi ki, bu iş əbəs deyildir,Məftun olduğuna möhkəm dəlildir.
دگر کز شه نشانها بود دیدهو زآن سیمینبران لَختی شنیده
Xosrovdan duymuşdu bəzi şeyləri,Gümüş bədənlidən vardı xəbəri.
سر خم بر می جوشیده میداشتبه گل خورشید را پوشیده میداشت
Coşmuş mey küpünü örtmək istədi,"Günəşi palçıqla suvayım", dedi.
دلش میداد تا فرمان پذیردقویدل گردد و درمان پذیرد
Oxşayıb deyirdi ona: "Qulaq as,Dərman qəbul elə toxtayıb bir az."
نوازشهای بیاندازه کردشهمان عهد نخستین تازه کردش
Nəvaziş göstərib öz pərisinə,O köhnə əhdini tutmuşdu yenə.
همان هفتاد لعبت را بدو دادکه تا بازی کند با لعبتان شاد
Bəxş etdi Şirinə yetmiş gözəliKi, sürsün ömrünü meyli, məzəli.
دگر ره چرخ لعبتباز دستیبه بازی برد با لعبتپرستی
Oyun sevən fələk yenə təzədənO şux gözəllərçün yaratdı gülşən.
چو شیرین باز دید آن دختران راز مه پیرایه داد آن اختران را
Şirin o qızları gördü gülərək,Ulduzlara vurdu aydan bir bəzək.
همان لهو و نشاط اندیشه کردندهمان بازار پیشین پیشه کردند
Yenə başladılar işrətə, eyşə,Köhnə əyləncəni etdilər peşə...
Kitabxana.az · https://kitabxana.az/works/nizami-xosrov-ve-sirin-33
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xosrov görəndə ki, dalda qaldı su,Ağlar gözlərinin qaçdı yuxusu.
Xosrov və Şirin, fəsil 29Bir gecə, novruzdan daha şən gecə.Bayram gündüzütək xoş, rövşən gecə,
Xosrov və Şirin, fəsil 30Həyat aləmidir hər şeydən üstün,Cavanlıq günüdür ən qiymətli gün.
Xosrov və Şirin, fəsil 31Oturmuşdu bir gün şah yarı xumar,Gözləyirdi, bəxti haçan ayılar?
Başqa şairlərin şeirləri
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Qəzəl: Ançe ma rəncə kəşidimآنچه ما رنجه کشیدیم عبث بود عبثدر ره عشق دویدیم عبث بود عبث
Şe’r və məhəbbətŞadam səri-kuyində nikahban ola bilsəm,Bir dəm hərəmi vəslinə mehman ola bilsəm.
TövbənaməSənə zahirdir, ey Hayy, xəbirü dana,Olsa hər mazi və müstəqbil və məxfi peyda,