چو شد معلوم کز حکم الهیبه هرمزبر تبه شد پادشاهی

Elə ki, allahın əmriylə bir günHürmüzün şahlığı puç oldu bütün,

به فرخ‌تر زمان شاه جوان‌بختبه دارالملک خود شد بر سر تخت

O cavan şah gəlib uğurlu vaxtdaÖz məmləkətində oturdu taxtda.

دلش گر چه به شیرین مبتلا بودبه ترک مملکت گفتن خطا بود

Ürəyi Şirinə bağlı olsa da,Ölkəni tərk etmək olardı xəta.

ز یک سو ملک را بر کار می‌داشتز دیگر سو نظر بر یار می‌داشت

Bir yandan ölkəyə şahlıq edirdi,Bir yandan ürəyi yarçün gedirdi.

جهان را از عمارت داد یاریولایت را ز فتنه رستگاری

Dünyanı tikdirdi, abad eylədi,Fitnədən ölkəni azad eylədi.

ز بس کافتادگان را داد می‌دادجهان را عدل نوشروان شد از یاد

O qədər zəlilə oldu pasibanÇıxdı Nuşirəvan xalqın yadından.

چو از شغل ولایت باز پرداختدگرباره به نوش و ناز پرداخت

Məmləkət işini qurtardı, sonraBaşladı yenə də qonaqlıqlara.

شکار و عیش کردی شام و شب‌گیرنبودی یک زمان بی‌جام و نخجیر

Günləri həmişə ovda keçirdi,Ovlayır, quşlayır, şərab içirdi.

چو غالب شد هوای دل‌ستانشبپرسید از رقیبان داستانش

Görüncə qəlbini sevgi titrədir,Rəqiblərdən sordu: "Şirin necədir?"

خبر دادند کاکنون مدتی هستکز این قصر آن نگارین رخت بر بست

Onlar xəbər verdi: "Var bir neçə günTərk etmişdir qəsri sənin gül üzlün.

نمی‌دانیم شاپورش کجا بردچو شاهنشه نفرمودش چرا برد

Hara apardısa Şapur apardı,Şahdan icazəsiz nə haqqı vardı?"

شه از نیرنگ این گردنده دولابعجب در ماند و عاجز شد درین باب

Çərxin hiyləsinə şah qaldı heyran,Anladı, acizdir nə qədər insan!..

ز شیرین بر طریق یادگاریتک شبدیز کردش غم‌گساری

Şəbdizdi Şirindən qalan yadigar,Ancaq o at idi şaha qəmküsar.

به یاد ماه با شب‌رنگ می‌ساختبه امید گهر با سنگ می‌ساخت

Şəbdizlə vururdu gününü başa,Gövhər ümidiylə dözürdü daşa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə