«Borba» qəzeti çıxdı
Səhifə 3 / 3 · 67%
Ola bilər ki, sizin obraz qərar verdiyiniz bir tabloya, başqaları daha başqa ad, daha başqa obraz vermiş olur. Hər kəs öz bildiyi kimi təsvir elər, bununla da obrazlar həqiqətdən deyil, anlaşılmamazlıqdan meydana çıxmış olur.
Mən dünən gənc bir şairin şerini oxuyarkən, verdiyi obrazlarına güldüm. O, göyü bir nimçəyə, göydəki ayı da kəsilmiş böyük dairəli kolbasaya bənzədirdi. Lakin siz ayı pudralanan bir qadın üzünə bənzədirsiniz. Mən bir söz söyləmək istəyirəm, acığınız gəlməz ki?
Gənc gülərək:
– Xeyr! — dedi, — rica edirəm söyləyiniz! Siz olduqca maraqlı və şirinsöhbət bir qızsınız; təsadüfümüz müvəffəqiyyətli bir təsadüfdür.
Jenya dedi:
– Heç şübhə yoxdur ki, siz aya baxıb ona gözəl və üzü pudralanmış bir qadın obrazı verdikdə qəlbinizdə sevdiyiniz bir qadın dolaşırdı. Lakin aya baxarkən qəlbinizdə mənfur bir sima dolaşmış olsaydı, o zaman ayın çöhrəsini pudralı və gözəl bir qadın üzünə deyil, ləkəli, çopur, nifrəti cəlb edən bir üzə bənzətmiş olardınız. Belədirmi?
Gənc bu suala qarşı:
– Belədir! — dedi.
Jenya sözünə davam etdi:
– Gənc şairin ayı kolbasaya bənzətməsi də bunun kimidir. Onun düşüncəsində kolbasa iştahası hakim olmasaydı, bəlkə də o, ayı bir nimçə plova bənzədərdi, yaxud kəsilmiş qarpızın yarısına oxşatmağa çalışardı.
Bu sözlərdən sonra gənc oğlan qəhqəhə ilə güldü, stol üstündəki soyumuş qəhvələrin dəyişdirilməsi əmrini verdi və söhbətini davam etdirdi:
– Yevgeniya Sergeyevna, birinci görüşümüz bədii söhbətlərlə başladı, buna görə də mən öz tanışlığımızın nəticəsini bədii bir gələcək kimi görməkdəyəm.
Jenya:
– Bəli, — dedi. — Gələcəyin bədii şəkil alması bizim özümüzdən asılıdır.
– Mən özümə aid vəzifələri vaxtında ifa etməyə söz verirəm. Siz hər halda mənim söhbətimdən razı qalacaqsınız.
Jenya dedi:
– Orası doğrudur, lakin kübar ailələrdən çıxan zəngin bir gəncin fəhlə qızı ilə uzun müddət əlaqə saxlamağı qeyri-təbiidir. Hərgah bu mümkün olsaydı, mən də razı qalardım. Lakin bu mümkün deyildir!
Oğlan başı ilə etiraz etdi:
– Elə düşünməyə ehtiyac yoxdur. Mən heç kəsdən asılı deyiləm. Özüm öz taleyimin hakimiyəm. Sizə də bunu məsləhət görürəm.
Jenya:
– Yox! — dedi, — Mən özümü sizə layiq bilmirəm, çox yoxsul ailədənəm, səviyyəm olduqca aşağıdır. Bir də bizim tanışlığımız təzəcə başlayır. Adi bir tanışlığı səmimi sevgilərə qədər yüksəltmək doğru deyildir. Bəlkə də bundan bir saxtalıq hiss oluna bilər.
Söhbət çox uzun çəkdi. Jenya qalxıb stansiyaya gedərkən, stansiyada sabah yenə də görüşmək vədilə ayrıldılar...
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-borba-qezeti-cixdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Böyük knyaz Kiril Vladimiriç Şuralar ittifaqını tanımaqdan qət’i surətdə imtina edib bir il sonra vətənə qayıtmağı ümid edir.*Böyük şahzadəyəm, namusum, arım, qeyrətim vardır
VəssəlamKiçik Antanta konfransı Rusiya məsələsinə qərar çıxarmaq istəməyərək, böyük Antantanın o barədəki qərarilə hərəkəti qəbul etməyə qət’ etmişdir.*Dil bizim, söhbət böyük antantanındır, vəssəlam,
Balaca felyetonVrankel Parisdə demişdir ki, əski zabitləri toplayıb, Parisə gələcək Şura nümayəndəsinə su’i-qəsd etdirəcəyəm.*Hiyləvü hürmələr, hənkamələr, həp şə’bədələr
QalmadıAğların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir.*Bu dağılmış məmləkətlərdə həyamız qalmadı
Başqa şairlərin şeirləri
Ellər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Kulağuma gülşende bir âvâze irişdiKulağuma gülşende bir âvâze irişdiBülbülden ü bildüm ki cânum yaza irişdi
“Ağ çay”, “Qara çay”İki çay süzülüb axır yanaşı,Dalğalı bir nəhrin qolları kimi.
Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaNə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaKi, salsın bu gülüstanə genə bir şurişü qovğa.