Culfaya doğru
Səhifə 2 / 3 · 33%
Qız mənə çox diqqətlə qulaq asırdı. Məndən razı qalmışdı. Hətta bir neçə kərə əlimi sıxaraq:
– Rica edirəm, söhbətinizə davam edin! – dedi.
Zatən mən özüm də başladığım bu mövzudan razı idim, çünki burada nə siyasət vardı, nə də günün hadisələrindən danışırdıq. Sofiyandan Mərənd şəhərinə qədər rus qızının başını çürük təbiət fəlsəfələri ilə qarışdırmışdım və zənn edirdim ki, söhbətimiz bununla da bitəcəkdir.
Maşınımız Mərənd şəhərində dayanmayacaq idi, buna görə də köhnə dostumuz və Mərənd poçt-teleqraf rəisi Əhməd xan Mütimüddövlənin ziyarət edə bilməyəcəkdim. Zatən Mərənd şəhərində düşüb gecələmək də lazım deyildi. Əvvələn, tez idi, Culfaya gedə bilərdik, ikinci də, Mərənd Andranik paşanın könüllü ordu nəfərləri ilə dolmuşdu: şəhər cəbhə yaxınlığındakı bir yerə oxşayırdı. Könüllü ordu burada toplanıb Xoy şəhərinə göndərilirdi.
Maşınımız Mərənd şəhərini keçdikdə rus qızı:
– Mən indi bu yolun tez bitməsini istəmirəm, – dedi.
– Nə üçün? Yol sizin üçün maraqlıdırmı? – deyə soruşdum.
– Yox, yol getmək o qədər də maraqlı deyildir. Təbriz ilə Culfa arasında gözəl bir təbiət də yoxdur: yaşıl dağlar, çəmənlər, meşələr, axar çaylar da gözə görünmür, lakin buna baxmayaraq, sizin söhbətinizlə maraqlanıram: yolumuz uzun olsaydı, sizi həvəslə dinlərdim.
– Mənim söhbətlərim o qədər də maraq oyandırıcı deyil, – dedim.
Siz əmin olun ki, mən bir adamı olduğundan yuxarı qaldırmağı sevmərəm, riyakar və yaltaq da deyiləm.
– Mən xanım qızın haqqında bu cürə düşünmürəm.
– Ona əminəm! Lakin onu da bilməlisiniz ki, bəlkə də, sizin söhbətləriniz başqa bir qıza xoş gəlməz. Burası təbiidir, hər kəsin mədəsi hər qidanı həzm etmir. Qəzetlər, məcmuələr, roman və hekayələr də belədir. Orada hər kəs vərəqləyib öz istədiyini tapar. Bəzən heç bir ədəbi qiyməti olmayan əsərlərin də maraqlısı tapılır. Sizin söhbətlərinizə gəldikdə onlar mənim səviyyəm və zövqüm üçün olduqca müvafiqdir. Hərgah mən meydana atdığınız fikri sizin qədər müəyyən qəlibə salıb söhbət etməyi bacarsaydım, bəlkə də, sizdən əvvəl mən söhbətə başlardım. çünki mənim özüm də insanları tanımaq işində bir filosof və bir təbiətçi kimi avarayam.
– Mənim böyük səhvlərimdən birisi, hansı söhbəti kimin yanında danışmağı bacarmadığımdan ibarətdir, çünki insan danışdıqda kimin üçün danışdığını bilməlidir. Sizin mənim söhbətlərimi təqdir etməniz təsadüfi bir hadisə ola bilər.
– Mən sizin icazənizlə demək istəyirəm ki, bu fikrinizə şərik ola bilməyəcəyəm!
– Nə üçün?
– Hərgah insan hər kəsin zövq və marağını öyrənib söz danışarsa, onun şəxsi ideyası, öz şəxsi düşüncəsi harada qalar?) Sizin fikrinizcə, bir müəllim, əvvəlcə tələbənin maraq və zövqünü öyrənməli, sonra da ona müvafiq dərs verməlidir? Hərgah belə olarsa, ictimai tərbiyə və təhsil məsələsi nə olar?
Qız məni çıxılmaz bir döngəyə salıb döyəcləyirdi. Mən indi hiss edirdim ki, rus qızı indiyə qədər rast gəldiyim qızlardan deyil: indi bildim ki, mənim təbiət fəlsəfəsinə və insanların mahiyyətinə dair söhbətlərim tamamilə sadə bir boşboğazlıqdan ibarət imiş. Buna görə də düşünür və səhvlərimi düzəltmək üçün mövzu arayırdım. Lakin əvvəlcə danışdıqlarımı bir həqiqət olaraq isbata çalışmaqdan başqa çarə görə bilmədim və ona belə bir sual verdim:
– Siz bədii ədəbiyyat haqqındakı tənqidi məqalələri oxuyursunuzmu?
– Bəzən oxuyuram, onsuz olmaz ki...
– Tənqidlərdə yazıçıya verilən göstərişlərdən birisi yazıçının öz əsərini kütlə üçün yazmasından ibarətdir. Buna görə də hər kəs danışdığı zaman öz dinləyicilərini nəzərə almalıdır.
– Əvvələn, bunu demək istəyirəm ki, yazıçılıq bir həqiqət olduğu kimi, eyni zamanda bir bədii xəstəlikdir də. Hərgah bir yazıçını kütlə oxumasa belə, o yenə də yazar. Ancaq yazıçı üçün bir şey lazımdır: o, ilhamını və mövzusunu içərisində yaşadığı xalqın həyatından almalıdır. Lakin mövzunu oradan almaqla bərabər, ona öz boya və düşüncəsinin bədii libasını da taxmalı, onu öz fikri kimi meydana gətirməlidir. Sizin mənə söhbət etdiyiniz fikirlər də bunun kimidir. O cür fikirləri bir çox kitablarda görmək olar, bir çoxlarının dilindən də eşitmək mümkündür. Lakin siz ona qabiliyyət və istedadınızın boyasını verdikdə o fikri gözəlləşdirdiniz: onu mənim şüuruma yetirmək üçün yol tapa bildiniz. Başınızı ağrıtmaq istəmirəm: ət həmin ətdir, ancaq iş aşpazın sənətindədir: həmin əti hər aşpaz öz səliqəsincə bişirib xalqın qabağına qoyur. Buna görə də sənət onun özünündür. Fikir onun öz fikridir, kütlədənmi, hər kəsdənmi alınmış olsa belə, onun özünə məxsusdur.
İndi də mən kimliyi və nəliyi məlum olmayan bu rus qızı ila maraqlanırdım. Onu danışdırmaq, söhbətindən həzz almaq üçün mövzu arayırdım. İndi hiss edirdim ki, qadın öz gözəlliyi ilə nə qədər sevimlidirsə, elmli və şirin söhbətli olması ilə də o qədər gözəl və sevimlidir. Mən həmin bu rus qızı ilə olan bir neçə saatlıq söhbətimdən belə bir nəticə çıxardım: Gözəllik yalnız gözəl olmaqla tamamlanmır. Gözəl qadın bir şeir sənəti kimi incədir və onun mütləq şeir bilməsi lazımdır, çünki gözəlliklə şeir heç bir zaman ayri-ayrı yaşaya bilməz. Əsl məziyyət gözəlliklə şeirin birləşməsindədir. Kim bilir, bəlkə, gözəlliklə şeirin hər ikisi bir mənada imiş?
Mən bu fikirlərin təsirində olaraq rus qızına belə bir sual verdim:
– Siz ədəbi əsərlərin hansı növünü daha çox sevirsiniz?
Rus qızı başını qaldırıb üzümə baxdı və:
– Söhbətlərin mövzusu da göstərir ki, bizim hər ikimiz iyirminci əsrdə yaşayan bir adamın adını daşımaq şərəfini doğrulda bilərik. Lakin böyük bir nöqsan buraxmışıq, o da bundan ibarətdir ki, söhbətlərin dərinliyinə cummazdan əvvəl tanış olmağımız lazım idi. İndi mən şeir barəsində danışmaqdan əvvəl tanış olmağı təklif edirəm.
Mən əlimi ona uzadaraq:
– Əbülhəsənbəy, dedikdə o da:
– Ksenya Pavlovna, – deyərək əlimi sıxdı və əlavə etdi: – Möhtərəm cənabın adı da göstərir ki, rus deyilsiniz, iranlısınız.
– Bəli, mən rus deyiləm! – dedim. – Gözəl xanımın xoşuna gəlməsə də iranlı olduğumu söyləməyə məcburam.
– İranlı olmaq, həm də mədəni olmaq sizin üçün böyük bir şərəfdir. Bu barədə də sonra danışarıq. İndi buyurun görüm, Culfada harada qalacaqsınız?
– İndidən təyin etmək mümkün deyildir, hər halda mehmanxanaların birində mənzil edə bilərik.
– Bəlkə də, bir mehmanxanaya düşdük. Ola bilər ki, qayıdanda da birlikdə qayıdaq.
– Siz yenə də Təbrizəmi qayıdacaqsınız?
– Qayıtmaq istəməzdim, lakin məcburiyyət vardır.
Mən bu qızın məcburiyyəti haqqında söhbət açmadım, onun əvvəlki sözləri də ona bədbəxt bir hadisə üz verdiyini göstərirdi, ancaq onun bir mehmanxanada mənzil etmək arzusunu rədd etməyərək:
– Eybi nədir, hərgah sizin üçün bu xoşdursa, mümkündür, – dedim.
Söhbətimiz burada bitdi. Maşınımız Dərədiz burnundan çıxıb şimala doğru sürətlə gedirdi. Şiddətli və soyuq şimal küləkləri «ulfaya yaxınlaşdığımızı xəbər verir və külək ağızdan çıxan kəlmələri qapıb cənubun nəhayətsiz fəzasına tullayırdı. Danışmaq mümkün deyildi.
Culfanın damları uzaqdan qum üzərinə atılmş kibrit qabları kimi görünürdü, mən barmağımı şimala doğru tutub rus qızına dedim:
– Çatdıq, qumun üzərinə sərilmiş ağ şərid kimi parıldayan Araz çayıdır, biz artıq Culfadayıq.
Axşam idi, Culfanın sərin küləkləri başlamışdı. Cənub-şərqdən Kəmtal, şimaldan isə Ələncə dağlarından qopan küləklər Culfa qumlarını qaldırıb damların başına səpirdi. Mən hələlik dışarı çıxmaq istəmirdim. Ağa Məhəmməd Hüseyn Hacıyev və Ələkbər yoldaşdan xəbər tutmaq üçün gecənin qaranlığını gözləyirdim. Üstümün tozunu təmizlədim, libasımı dəyişdim. Bir neçə saatdan sonra yemək salonuna çıxdım. Qaranlıq düşmüşdü, «Fransa» otelinin restoran həyatı başlanmışdı. İrandan gələn və İrana gedənlər damaqlanmaq üçün bu restoranda bir yerə yığılmışdı.
Xidmətçini göndərdim, rus qızını da yemək üçün çağırdılar, çünki onun özü bir yerdə yemək yeməyimizi arzu etmişdi. Nahar yeməyimiz axşam saat 10-da bitdi. Rus qızı yeməkdən sonra:
– Yəqin ki, siz dincəlmək istəyirsiniz? – dedi.
– Xeyr, hərgah siz dincəlmək istəyirsinizsə, mane deyiləm.
– Yox, mən də dincəlmək istəmirəm, saat on birdə Tiflisdən qatar gələcəkdir, mən adam gözləyirəm, istiqbal etməliyəm.
– Mənim də bəzi tanışlarım vardır, onları görmək lazımdır. Demək ki, saat on ikidə, bəlkə də, bir az gec və ya tez burada görüşərik.
Rus qızı ilə sözləşib ayrıldıq. O, faytona oturub vağzala getdi, mən də Qriqor ağa ilə bərabər €Fransa» otelindən çıxıb İstiqraz bankının meydanına tərəf söhbət edə-edə gedirdik. Araz çayı kənarında sıra ilə qurulmuş soldat çadırları Misirin Nil çayı kənarındakı ehramlarını, İstiqraz bankının qabağındakı kilsənin qülləsi isə Əbülhövlün başını xatırladırdı.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-culfaya-dogru
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü.Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır.
Böyük quruluşda(Səkkiz pərdəli dram əsəri)*Əsərdə iştirak edənlər
Birinci pərdəSəhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.
İkinci pərdəQoca mühəndis Mirzə Əhmədin mənzilidir. Onun qızı mühəndis Dilbər əlində portfel gəlir, üst libaslarını çıxarıb şkafdan asır, pəncərənin qarşısına gəlib dışarı baxır.*Dilbər** — İntizar çəkənlər xəyalpərəst olurmuş, çox doğru və yerində deyiblər. Dünən axşamdan bəri xəyalımdan nələr gəlib keçmədi? Bilmirəm onun başında nə hadisə var. *(Fikrə gedir)* Ah, heç bilmirəm nə üçün onun gəlməsilə maraqlanıram?! Kim bilir bəlkə də o öz Firəngizi ilə bərabər gəlir. *(Portfelindən telegram çıxarıb baxır).* Şübhəsiz ki, o tək gəlmir, telegramda yazır ki, «gəlirik» *(Başını tutub otağı dolaşır).* Ah, nə qədər acı təsəvvürlər. Altı ildir bu təsəvvürlər bir ilan kimi mənim qəlbimə sarılmış. *(Pəncərənin qarşısına gedir və öz-özünə danışır):* Yox, bu yaramaz, mən qısqanırmışam. Qoy onlar xoşbəxt yaşasınlar.
Başqa şairlərin şeirləri
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Kim ki, rəqibə minnət edir vəsli-yar üçünKim ki, rəqibə minnət edir vəsli-yar üçün,Bir əndəlibdir, sevinir novbahar üçün.
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.