Kim ki, rəqibə minnət edir vəsli-yar üçün
Kim ki, rəqibə minnət edir vəsli-yar üçün,Bir əndəlibdir, sevinir novbahar üçün.
Saqi, şərabımız qutarır, yarıdır gecə,Bir az qənaət eylə, səbuhi-xumar üçün.
Gizlində vəhşiliklə mey içmək həramdır.İnsan kimi həram deyil aşikar üçün.
Çox dərd var ki, çarə tapıblar təbiblər,Bir çarə olmayıb ələmi-intizar üçün.
Bir qarə gözlü könlümü əsir edib mənim,Yorğun düşən bir ovçuya bənzər şikar üçün.
Aciz xəta qılırsa, ətayə ümidi var,Heç yerdə yox xilas yolu zülmkar üçün.
Vahid, darıxma, qoy gözü çıxsın rəqibinin,Yaz yaxşı şerlər Vətənə yadigar üçün.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-kim-ki-reqibe-minnet-edir-vesli-yar-ucun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər aşiqin ki möhnəti var, ağlar, ağlamaz?!Vəsli-nigara həsrəti var, ağlar, ağlamaz?!
Daim bu gözəllik o cəfapişədə qalmazDaim bu gözəllik o cəfapişədə qalmaz,Tünd olsa, axar qanı meyin – şişədə qalmaz.
Hər gül açıla, ol güli-rəna kimi olmazHər gül açıla, ol güli-rəna kimi olmaz,Hər aşiq olan bülbüli-şeyda kimi olmaz!
Könül mürğü səri-zülfündən, ey gül, bil, kənar olmaz!Könül mürğü səri-zülfündən, ey gül, bil, kənar olmaz!Əsiri-eşq olanlartək ona bir rəhgüzar olmaz.
Başqa şairlərin şeirləri · Hicran
A bivəfa, a bimürvət, nainsaf,Keçən günlər heç yadına gəlməzmi?!
Aldım qələmi namə yazam, yarə könüldənAldım qələmi namə yazam, yarə könüldən,Ya rəb, ola bir məhrəmi aparə könüldən.
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
Canan eləməz heç vaxt, heç vaxt eləməz cananDərman bu qəmə bir dəm, bir dəm bu dəmə dərman.