Nigarım gül üzündən eyləməz bir dəm cüda zülfün
Nigarım gül üzündən eyləməz bir dəm cüda zülfün,Qurub könlüm quşun seyd etməyə damə bəla zülfün.
Qılır zülfü kimi qarə günüm şamü səhər, ey dilKi, hərdəm gül camalinə tökər o məh qəra zülfün.
Olur eşq əhli aşüftə, qalır kim, zarü-sərgərdan,Edər aşüftə könlümtək, dəyər badi-səba zülfün.
Olur xoş bu cahan sərtasər, ey dil, vəchi var, billah,Edəndə naz ilə şanə o gülrux müşkasa zülfün.
Görüb, Vahid, xəyal etdim üzündə zülfi-pürçininKi, guya gənc üstündə yatıbdır əjdaha zülfün.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-nigarim-gul-uzunden-eylemez-bir-dem-cuda-zulfun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dağıtma gül üzə zülfün ay üzrə halə kimi,Şərabdan bir əsər var ləbində lalə kimi.
Atəşi-hicrin edibdir məni divanə kimiAtəşi-hicrin edibdir məni divanə kimi,Olmuşam şəmi-cəmalın ilə pərvanə kimi.
Zahirin düz görünsə də, ammaZahirin düz görünsə də, ammaİçərin əyridir minarə kimi.
Yandım o şəmiruyünə pərvanələr kimiYandım o şəmiruyünə pərvanələr kimi,Oldum əsir zülfünə, divanələr kimi.
Başqa şairlərin şeirləri · Eşq
Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdür,Əyyami-vüsalın şəbi-hicranə dönübdür.
Aqronom oğlanKəndimizə gələn, aqronom oğlan,Tarlalar əlinlə gülzara dönür.
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur