Hamam
Eşitdim ki, Ağdamda bir müsəlman tazə hamam tikdirib. Buradan bir haşiyə çıxıb oxucularımızdan təvəqqə edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul eləyirəm. Doğrudur, hamam məsələsi xırda məsələdir, amma, nə eybi var, çox vaxt olur ki, bir xırda məsələdən bir böyük məsələ çıxır.
Bəli, eşitdim ki, Ağdamda bir müsəlman bir hamam tikdirib. Əgər mən bunu beş il bundan irəli eşitsəydim, çox qulaq asmazdım, və deyərdim ki, ah, görəsən bu da əlbət Naxçıvan, İrəvan və Təbriz hamamları kimi bir qurbağaxanadır. Amma indi belə bəd güman eliyə bilməzdim, çünki indiki zaman hara, beş il bundan irəli hara!..
Beş ildən bu yana gör nələr əmələ gəlib, nə qədər işlər dəyişilib. Rus-Yapon davası olub, İrana hürriyyət verilib, erməni-müsəlman davası düşüb, qəzetələr çıxıb, səliqələr artıb, gözlər açılıb, qulaqlar xırdalıb, başlar yekəlib... gərəz.
Bəli, eşitdim ki, bir müsəlman tazə hamam tikdirib və yəqin elədim ki, bu müsəlman əlbət qabaqca gedib Tiflisdə və ya qeyri bir yerdə hamamlara tamaşa eləyib və oradan qayıdanda yanınca bir ustad gətirib, plan çəkdirib və insana layiq bir hamam tikdirib ki, insanlar gəlib orada təmizlənib getsinlər.
Getdim hamamın tamaşasına...
Hamama baxıb qayıtdım və yol ilə gələ-gələ çox fikir elədim ki, mən bu işləri başa düşmürəm, çünki tutaq ki, mən bu hamamı bəyənmirəm, amma mən bəyənməyəndə nə olar və tək birçə mən bəyənməmək ilə məgər xalqın hamamına pis demək olar? Tutaq ki, mən bəyənmirəm, bəlkə, məsələn Ordubadın qırmızısaqqallılarından ötrü bu hamam əla bir hamamdır və bəlkə yəqin də belədir!?..
Amma bircə burası var ki, Ağdam lap müsəlman hamamıdır...
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-hamam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hara getdiyimi hiss etmirdim. İclasın istəmədiyim kimi bitməsi, bu qədər qorxu və böhranlı saatlarda Təbrizdəki inqilab rəhbərləri ilə sazişə girə bilməməyim, onların bilərəkdən özlərini təhlükələrin qoynuna atmaq istəməsi mənim əsəblərimi tamamilə sarsıtmış və məni təbii halımdan çıxarmışdı. Mən gedirdim, nə üçün və hara getdiyimdən xəbərim yox idi. Mən yüz dəfələrlə keçdiyim bu küçələri indi tamamilə başqa quruluş və başqa şəkildə görürdüm.Söyüd ağaclarının hər birisi bir dar ağacı, nəvdanların ucunda donub sallanan buzların hər parçası bir cəllad qılıncını xatırlatdığı kimi, küçələrə baxan bacaların görünüşü də mənə yaxın səhərin qorxulu dastanını oxuyurdu. Məni bir dəhşət titrədirdi. Bu dəhşət öhdəmə düşən tarixi bir məsuliyyətin nə dərəcədə ağır olması fikrindən doğurdu.
«Rəhm olunmasın!»Vorontsov-Daşkov Təbrizə gələn hərbi səhra məhkəməsi sədrinə belə bir teleqram göndərmişdi:«Üsyançı təbrizlilərə rəhm olunmasın!»
Çar konsulxanasındaTezdən qapı vuruldu. Nina içəri girdi. Çar konsulxanasından gətirdiyi 20 vəsiqəni verərək:– Lazım olursa, yenə də gətirə bilərəm. Bunları şəhərdə azad gəzmək üçün yoldaşlara paylayın, – dedi və sonra sərdar Rəşidin göndərdiyi məktubu mənə verdi.
Məşədi Kazım ağaKonsulxanada çox oturmaq mümkün deyildi. Nə mən, nə də Nina konsulun əli ilə həyata keçirilən cəza qanunlarının dəhşətinə davam gətirə bilmir və konsulun cəzaya aid verdiyi fərmanları dinləməyi bacarmırdıq. Nina özünü məndən daha fəna hiss edirdi. Onu Ələkbər yoldaşla faytona qoyub evə yola saldım; özüm şəhərə çıxmaq istədim. O tərəf-bu tərəfə çıxmaq fayda verməsə belə, yenə mən rahat otura bilmirdim. Qaçanlar qaçmışdı. Onlardan nigaran deyildim, çünki onlar silahlı idi. Onların qarşısına çıxa biləcək bir qüvvə xəyalıma gəlmirdi. Onlar hər nə olursa-olsun çar nüfuz məntəqəsini yarıb Türkiyə torpağına keçə biləcəklər idi.Təbrizdə qalan rəhbərlərdən bir çoxu həbsə alınmış, dar ağaclarının hazır olmasını gözləyirdi. Həbsə alınmayanlar isə Təbrizdən bir tərəfə çıxmaq imkanını əldə edə bilmədiklərindən gələcək fəlakətin intizarını çəkirdilər.
Başqa şairlərin şeirləri · Satira
Bəsdi daha “Kəlniyət”,Yazma Belə yazını,
NovbaharŞad ol, könül ki, fəsl yenə novbahardır;Hər yerdə bəzmi-eyşü tərəb aşkardır.
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,
İnteligentlər deyir ki ("Deyirik haləti-təhsildə: millət! millət!")İnteligentlər deyir ki:**Deyirik haləti-təhsildə: millət! millət!