İslahat və nəticələr
Səhifə 3 / 4 · 50%
Mənim xəlifədən, icazəsiz Həmədana qoşun gətirdiyim Azərbaycan xalqının milli tələblərini həyata keçirmək üçündür. Azərbaycanlılar heç bir zaman öz tarixi paytaxtının və o paytaxtda oturan Toğrulun beş-on nəfər əcnəbi nümayəndələrinin əlində alət olmasına soyuqqanlılıqla baxa bilməzdi. Qoşun Azərbaycanın tarixi və milli hüdudlarını qorumaq üçün Araz və Kür çaylarını keçib gəlmişdir.
Məktubda mənim hökmdarlıq hüququndan məhrum olduğumu yazırsınız. Lakin xəlifə həzrətləri bilməlidir ki, hökmdarlıq üçün varisliyin heç bir əhəmiyyəti yoxdur. Hökmdarı təyin edən xalqın ona bəslədiyi hüsn-rəğbəti və özünün şüur və qüvvətidir. Bunların hamısını əldə etmişəm. Bu gün əmr edərsəm, xəlifə böyük bir məmləkətin xalqını at üstündə görə bilər. Hazırda arxamda yüz mindən artıq qəhrəman bir ordu durmaqdadır.
Mən bu gün iradə sadir edərsəm, Şərqdə təzə bir xilafət təşkil edər və başına öz istədiyim zatı təyin edə bilərəm.
Həmədan qazısını sürgün etməkdə haqlıyam, çünki bir məmləkətdə iki padşah yaramaz! Mən Eldəniz övladının hökumət sürdüyü bir məmləkətdə qazıların və ruhanilərin ikinci bir hökumət təşkil etməsinə və hökumət işlərinə müdaxilə eləmələrinə imkan verməyəcəyəm. Mənim siyasətim belədir: məmləkətin və xalqın tələblərini yerinə yetirmək üçün törəyə biləcək hər bir məsuliyyət mənim boynumdadır. Biz hökumət işində, qazılar, ruhanilər isə məscidlərdə, mədrəsələrdə oturmalıdırlar. Hökumət işi hökumət əlində mərkəzləşməlidir.
Xəlifə həzrətlərinin məktubunda, mənim dindən çıxıb kafir olduğum üçün islam olmayan bir məmləkətə getməyimə fərman verilir. Buna cavab olaraq Əmirəlmöminin həzrətlərinə yazıram: islam olmayan, islam dinini ayağı altına alıb tapdalayan, dini öz məqsədi üçün alət edən, islam dini daşıyan xalqın irz və namusuna təcavüz eləyən bir məmləkət axtarıb getmək istərsəm, o zaman yenə də xəlifə həzrətlərinin oturduğu Bağdad şəhərinə gəlməyə məcbur olacağam. Çünki islam ölkələrini məhv etməkdə olan bütün fəlakətin xəlifə paytaxtından gəldiyini yəqin etmişəm.
Sonra, xəlifə həzrətləri Həmədan əyan və ruhanilərindən müsadirə edilən malların sahiblərinə qaytarılmasını əmr edir. Guya islam dini heç bir zaman müsəlmanın halal malının müsadirə edilməsinə icazə vermirmiş. Əmirəlmöminin həzrətlərinə bildirmək lazımdır ki, mənim onlardan müsadirə etdiyim mallar onların müsəlman xalqından qarət etdiyi və cürbəcür hiylələrlə ələ gətirdiyi mallardır. Xəlifə həzrətləri bilməlidir ki, milyonlarla müsəlman malının beş nəfər ruhaninin cibində mərkəzləşməsi islam dininin göstərdiyi və yol verdiyi qanun deyildir.
Hərgah xəlifə həzrətləri qarətçiləri müdafiə edirsə, o zaman xəlifənin bizə kafir deməyə haqqı yoxdur!
Dara çəkdiyim adamların qan bahalarının verilməsinə əmr edirsiniz. Xalqı soymaqda, hökumət əlində alət edib, məmləkəti əcnəbi himayəsinə verməkdə təqsirlənənləri məhv etmək əsas vəzifəmizdir. Bu cür adamlar, onları müdafiə edən xəlifənin paytaxtına qaçsa da, Əmirəlmöminin taxtının altında gizlənsə də, özüm şəxsən Bağdada gəlib, onları çıxaracaq, dar ağacına çəkdirəcəyəm.
Buna görə də mən Əmirəlmöminin həzrətlərindən rica edirəm; Həmədanda böyük siyasi cinayətlərlə məşğul olan hökumət dəftərdarını və Toğrulun dərbar vəzirini və bunlardan başqa da 18 nəfər məmləkət xainin təcili surətdə Həmədana qaytarılmasına əmr versin, biləks, mən öz qoşunumla Bağdada girib onları Xüld qəsrinin qabağına dara çəkdirəcəyəm.
Mənim xəzinə işlərinə müdaxilə etdiyimi böytülmala qarşı bir xəyanət hesab edirsiniz. Mən elə zənn edirəm ki, beytülmala xəyanət və israf işlərinin hamısı yenə də xəlifə mərkəzliyindən göyərməkdədir. Əlaüddövlənin Bağdada girib xəlifə Müstənibillahı israr etməsi üçtündə ağaca bağlayıb döydürməsi xəlifə həzrətləri üçün bir dərs olmalıdır. Hərgah bu gün Qızıl Arslan Bağdada girib beytülmalı gözdən keçirərsə, xəlifə Nəsirəddinbillah da özünü xalq iradəsinin qamçıları altında görə bilər.
Əmirəlmöminin həzrətləri yazır ki, “padşahın əlinə tapşırılan ixtiyar toxunulmazdır”. Lakin xəlifə həzrətləri burada xalqın hüqu-
1 İranda və Türkiyədə hələ də torpaq vergisi ərəblərin qoyduğu qanunlarla alınır. Çünki mülkədar üçün bu əlverişlidir (Müəllif). qunun və xalqın irz-namusunun toxunulmazlığını heç də nəzərə almamışdır.
Xəlifə yazır ki, “padşah xəlifənin, xəlifə isə peyğəmbər-zişənin və uca olan Allahın himayəsindədir. Lakin xəlifə heç vaxt xatirinə gətirmir ki, bir məmləkətin xalqı və məmləkətin özü kimi himayəsindədir.
Bunların hamısı ilə bərabər xəlifəyəərz etmək istəyirəm: mənim böyük qoşunla Həmədan şəhərinə gəlməkdən məqsədim qardaşım Toğrulun səltənətini əlindən almaq deyildir. Biləks mən onun səltənətini xarici düşmənlərdən müdafiə etmək və onun ətrafındakı məmləkət düşmənlərini təmizləmək və onu bir müstəqil hökmdar vəziyyətinə gətirmək üçün Həmədana gəlmişəm.
Xəlifə həzrətləri məktubunun sonunda yazır ki, “Bir həftənin içərisində öz qoşununu məmləkətin padşahına təslim verib paytaxtı buraxmaz isən Bağdaddan Həmədana qoşun dəstələri göndərib səni və tərəfdarlarını həbs etdirməyə məcbur olacağam”.
Buna görə də xəlifə həzrətlərini əmin edirəm ki, onun Bağdad qoşununu əbəs yerə Həmədana göndərməsi lazım deyil, mənim özüm qoşunum ilə Bağdada gəlirəm, orada xəlifə ilə məmləkətimə aid bəzi məsələləri həll edəcək və müqəssirləri alıb cəzalandıracağam.
Qızıl Arslan”.
Xəlifə məktubu oxuyandan sonra hacibi yanına çağırıb əmr verdi:
– Qızıl Arslan tərəfindən məktub gətirən heyəti həbsə alın!
Heyət üzvləri bu sözü eşidərkən ayağa qalxdı və Şəmsəddin xəlifəyə baş endirib?
– Qızıl Arslan xəlifə həzrətlərinin məktubunu gətirən heyəti xələtlər və qiymətli hədiyyələrdə yola salmışdı, – dedi və hacibin qarşısına düşüb xəlifənin hüzurundan çıxdı.
Heyət üzvləri gedəndən sonra xəlifə əmirləri və sərkərdələri çağırıb əmr verdi:
– Həmədan üzərinə hücum etmək lazımdır. Qoşunun təcili surətdə səfərə çıxmasına əmr edirəm!
Xəlifə bu əmrində qələbənin təmin edildiyini zənn edirdi, çünki iraqlılar, reyilər və Xarəzmşahlar Qızıl Arslan əleyhinə qalxmaq üçün xəlifəyə söz vermişdilər.
Qızıl Arslan göndərdiyi heyətin xəlifə yanında qayıtmasını gözləmədi, çünki o, heyətin müsbət bir nəticə ilə qayıtmayacağını əvvəldən bilirdi. O, birinci növbədə Bağdada getmək üçün məmləkətin hüdudlarını bərkitdi, hətta məmləkətin şimal hüdudları olan Şirvan sərhədlərini möhkəm etmək üçün Aran hakiminə müəyyən göstərişlər göndərdi. Çünki, daima məmləkətdə bir hadisə zühur etdiyi zaman, Şirvan hüdudlarında rahatsızlıq baş verirdi.
Qoşun ramazan ayı çıxandan sonra Həmədandan Bağdada doğru hərəkət etdi. Yəqubə, Şəhriban, Qızıl Rübat şəhərlərində baş verən kiçik vuruşmaları nəzərə almayaraq Azərbaycan atlıları öz hərəkətini dayandırmırdı.
Lakin Azərbaycan atlıları Müseyib şəhərindən Fərat sahillərinə endiyi zaman xəlifənin əsas ordusu ilə üz-üzə gəldi. Ərəb və iraqlılardan ibarət olan bu dəmir geyimli ordu dörd günün müddətində Azərbaycan ordusunun qarşısını kəsib irəli hərəkət etmələrinə imkan vermədi. Onlara nə qılınc, nə də nizə əsər etmirdi. Nəhayət, dörd gündən sonra Fəxrəddinin rəyasəti altında olan Şimali Azərbaycan ordusu müharibə cəbhəsinə gəldi. Dəmir geyimli orduya qarşı müharibə edən azərbaycanlılar ağır və uzun əmudlarla silahlanmışdılar.
Müharibə gün çıxandan əvvəl başlandı. Əmud vuruşması işə düşdüyü zaman minlərlə qoçun bir-birilə kəllə-kəlləyə vurduğu hiss olunurdu.
Əmudların şaqqıltıları arasında ərəb və iraqlıların iniltiləri də eşidilirdi. Qılınc və nizələrin əsər etmədiyi dəmir geyimlər və polad dəbilqələr ağır əmud zərbələrinin altında əzilərək bədənlərə yeriyirdi. Beş saata qədər davam edən müharibə nəticəsində Bağdad ordusunun böyük bir hissəsi əzilib məhv oldu, sağ qalanlar isə qaçmağa başladılar. Lakin onların qaçıb qurtaracaq yolları kəsilmişdi, onlar Fərat üzərindən çəkilmiş Cisri-Müseyib adlı körpüdən o tərəfə keçmək istəyirdilər. Lakin körpünü vaxt ikən Azərbaycan qoşunu dağıtmışdı. Buna görə də Bağdad qoşunu özünü Fərat çayına atıb canını qurtarmağa tələsirdi. Odur ki, ağır dəmir geyimləri ilə çayı keçə bilməyən minlərlə piyada Fərat çayında boğulurdu.
Azərbaycan ordusu iki gün Müseyibdə qalıb öz hazırlığını bitirdi və Bağdada tərəf yürüşə başladı.
Azərbaycan qoşunu Musil tərəfindən hücum edən ordu ilə birləşərək Bağdada yeridikləri zaman Düceyl şəhəri altında xəlifənin əsas qüvvələri ilə üz-üzə gəldi. Türklərdən təşkil edilmiş bu ordu xəlifənin ən inandığı və sınanmış ordusundan ibarət idi. Bu ordunun əsas məqsədi Azərbaycan ordusunu Bağdadın şərqindəki xarabalara qədər buraxmaq, Düceyl ətrafındakı böyük səhrada bir meydan müharibəsi verməklə məhv etməkdən ibarət idi. Bu məqsədlə xəlifə ordusunun sərkərdəsi birinci müharibədə Samiriyyə şəhəri qarşısındakı Dəclə körpüsünü dağıtmaq və Qızıl Arslan ordusunun yolunu kəsməyə əmr vermişdi. Dəclə çayının üstündən salınmış Samiriyyə körpüsünü əldə etmək üçün başlanan qanlı müharibələr iki gün davam etdi.
Bağdad ordusu körpünü əldə etməklə məşğul olduğu zaman Azərbaycan atlıları cəbhəni yarıb atlarını bir baş Kazimeyin qəsəbəsinə doğru məhmizlədilər. Bağdad qoşunu Kazimeyin ilə Bağdad arasındakı kiçik və dar bir məsafədə yerləşmişdi. Müharibə, qanlı bir vəziyyət almışdı. İraqlılar və türklərdən ibarət olan xəlifə ordusu Azərbaycan ordusunu şəhərə buraxmamaq üçün ölüm-dirim müharibəsi aparırdı.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-islahat-ve-neticeler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İngiltərə mətbuatı deyir ki: 1922-ci ildə Misirə istiqlal verməyi və’d etdiksə də, bu gün siyasi, iqtisadi vəziyyət Misirdən, İraqdan çıxmağı təqaza etməyir.*Xidmətin misrlilər etmədi itmam hənuz
Balaca felyetonFələstində yerli ərəblər tərəfindən min nifrətlər ilə qarşılanmış Balfor indi də Diməşqə, Şama gedir.*Çıxdı nifrətlə Fələstin xalqı istiqbalıma
Balaca felyetonFransanın Mərakeşdə hərəkatda bulunan əsgərləri əlverişli mövqe’ləri işğal etmək üçün ric’ət eyləmişlər.*Mərakeş xalqında yox mədəniyyət
Bəxtəvər İranİran Şimal neftinin imtiyazını on milyon dollar istiqraz şərtilə Sinkler kompaniyasına vermişdir.*Bir yaxşı parlaman düzədib bəxtəvər İran
Başqa şairlərin şeirləri
Beş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?
Qurban olduğumGənə saldı məni eşq cünuna,Lalə üzarına qurban olduğum.
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.