Knyaginya Osipova
Səhifə 1 / 4
1915-ci ilin noyabrında vəziyyət qismən dəyişməyə başlamışdı. İngiltərə və Rusiya arasında İranın bitərəf qalması üçün lazım olan şərtlər müzakirə edilirdi. Rusiyanın xariciyyə naziri Sazanov Petroqraddakı ingilis səfirinə verdiyi xəbərdarlıq məktubunda belə yazmışdı:
«İran dövləti dünya müharibəsində bizim mənfəətimizə bitərəf qalmaq üçün 1907-ci ildə Rusiya ilə İngiltərə arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb edir, lakin bu, qətiyyən ola bilməz”.
Eyni zamanda erməni tacirlərindən Mirzoyan, Tehranda Rusiya ilə İran arasında vasitəçilik vəzifəsini öhdəsinə götürüb İranı Rusiya ilə İngiltərə mənfəətinə müharibəyə cəlb etmək, əvəzində isə Kərbəla və Nəcəf şəhərlərinin İrana verilməsi, orada Bosnə-Hersek və Misir hökuməti şəklində ingilis mandatı altında bir üsuli-idarə düzəltməyi düşünürdü.
O biri tərəfdən də Rusiya fürsət əldə ikən Tehranı işğal etmək, orada Rusiyanın hərbi qubematorluğunu təşkil etmək məsələsini meydana sürürdüsə də, ingilislər buna razılıq vermirdi, çünki bitərəf məntəqənin işğal edilməsi ilə Rusiyanın nüfuz məntəqəsi genişlənirdi.“
Eynüddövlə ilə Fərmanfərmaya gəldikdə onlar da öz növbələrində Tehranda Rusiya ilə alış-veriş aparır və noyabrın 15-də İranın
I Knyaginya Osipova - rus şahzadəsidir. Rasputini öldürən şahzadənin bacısıdır.
? 1907-ci ildə Rusiya ilə İngiltərə arasında bağlanan müqavilədə İran iki nüfuz məntəqəsinə ayrılmışdı. Cənubi İran ingilislərin, Şimali İran isə rusların nüfuz məntəqəsi sayılırdı.
" Kərbəla və Nəcəf şəhərləri İraqdadır. Müsəlmanların müqəddəs şəhərləridir. 1917-ci ilin mart ayında ingilislər tərəfindən işğal edilmişdi.
s 1907-ci il müqaviləsinə görə şahın oturduğu Tehran və onun ətrafi rus və ingilis nüfuz məntəqəsinə daxil deyildi.
Rusiya tərəfində durub Türkiyə-Almaniya dövlətləri əleyhinə çıxa- «ağını elan etməkdə idilər.
Cavan şah da baş vəzirlərin Rusiyadan pul aldıqlarını görüb, iştahasını artırırdı. O da noyabrın 17-də Tehran səfiri Etteri yanına çağırıb demişdi ki, mən öz ata-babamın tutduğu xətt-hərəkəti davam etdirib Rusiya hökumətinə sadiq qalacağam.
Bunun müqabilində isə Tehran səfiri dekabrın 2-də xariciyyə naziri Sazanova vurduğu teleqramında deyirdi:
«Mənim ixtiyarımda olan pulun böyük bir miqdarını Eynüddövləyə verdim. Əlimdə qalan ancaq 35 min tüməndir. Hərgah xatir- «əmlik verirsinizsə, şaha da bir yüz min tümən pulun vədəsini verimə.
Mərkəzdə işlər bu vəziyyətə girdiyi zaman Təbrizdə də çar konsulu təzyiq şəraitini dəyişərək cbarışmap, razılaşdırma siyasətini aparırdı. Son günlər vəliəhd Məmmədhəsən Mirzənin Şəmsülimarədə böyük təntənələr düzəltməsi və çoxlu pul sərf etməsi onun Rusiya konsulundan pul aldığını göstərirdi.
Onun Yemelyanovu öz sarayından rədd etməsinə baxmayaraq, çar konsulu yenə də başqa cür yollarla vəliəhdə yol tapmağı bacarmışdı.
Təzə il bayramı idi, çar konsulunun təşkil etdiyi böyük ziyafətdə vəliəhd Məmmədhəsən Mirzə də iştirak edirdi. Ziyafətə ingilis və Amerika konsulxanaları işçiləri, rus təbəəliyini qəbul etmiş bir neçə iranlı, rus himayəsinə girənlər və konsulun hüsn-rəğbətini qazanan iranlı tacirlər də dəvət edilmişdi. Ziyafətdə Təbrizdəki rus qarnizonunun yüksək mərtəbəli zabitləri, o cümlədən Yemelyanov da var idi.
Mən Amerika konsulxanası üzvlərinin dəvət edildiyini bilirdim, lakin amerikalı qızın cəsarət edib bu ziyafətə gələ biləcəyini zənn etmirdim. Nina ilə bərabər bu ziyafətə gəldiyim zaman miss Hannanın Frikson və onun arvadı Sara ilə salonda gəzdiyini gördüm. Zatən aralıqda bir qorxu ola bilməzdi, çünki qızın Almaniya ləhinə işlədiyi zamandan neçə illər keçmişdi, hərgah bunu rus konsulları bilirdisə, hazırda həmin konsullar da dəyişilib getmişdi. Eyni zamanda qızın şübhə altına alınmasına səbəb olan vəsiqələr də bizim əlimizə keçmişdi. Konsul katibləri də bizim sərəncamımızda idi, buna görə də amerikalı qız bu ziyafətə gələ bilərdi.
Frikson və arvadı Sara məni görərkən yaxınlaşdılar. Lakin amerikalı qız əvvəlcə onlarla bərabər mənim yanıma gəlməkdə bir az tərəddüd etdi, qədəmlərini saxladı, sonra nə düşündüsə onlarla bərabər irəlilədi, əlimi sıxdı. Mən onu Nina ilə tanış etdim. O, əlini Ninaya uzadıb tanış olmaq istərkən mən onun üzünə baxdım. Onun çöhrəsində ani bir qırmızılıq hiss etdim, onun əlləri və bütün vücudu titrəyirdi, göz bəbəklərində bir qeyri-təbiilik görünürdü. Nina bunu hiss etdi, lakin onda bunun səbəbini soruşmaq imkanı yox idi, çünki Friksonun arvadı Sara Nina ilə maraqlandığı üçün daim danışır və onu sərbəst buraxmırdı. Bir az dolandıqdan sonra salonda bir dəyişiklik törədi, hamının nəzəri salonun qapısına dikildi, azdan sonra qabaqda Məmmədhəsən Mirzə, qolu ucaboylu və gözəl bir qızın qolunda, bunların dalınca da çar general-konsulu və ingilis konsulu içəri girdilər.
Tacirlər və başqaları iki sıraya düzüldülər və İran qaydasınca vəliəhdə təzim etdilər. Vəliəhd öz istədiyi adamların yaxınına gəlib əllərini sıxdı. Amerika konsulluğunun baş katibi Frikson və onun arvadı Sara ilə tanış olduqdan sonra mənə yaxınlaşdı, mən təzim edərkən, o, əlini uzadıb əlimi sıxdı və qolundakı qadını göstərib:
– Şahzadə xanım Osipoval - deyə tanış etdi. Mən onun əlini sıxaraq, Ninanı göstərdim.
Nina:
– Nina xanım! – dedikdə qabaqca şahzadə xanım, sonra da Məmmədhəsən Mirzə Ninanın əlini sıxıb tanış oldular.
Qadınlar bir-birinə qoşulub gəzir, kişilər isə kiçik dəstələrlə dolanırdılar. Mən şahzadə xanıma göz qoymuşdum, o mənim nəzərimdə şahzadə xanım roluna girmiş bir aktrisaya bənzəyirdi. Mən onun şahzadə Osipova olmadığına inanırdım.
Şahzadə xanımın dünya müharibəsinin qızğın bir zamanında Petroqraddan İrana gəlməsinə kim inana bilərdi?1 Hər halda bu knyaginya da çar casusluq təşkilatının bir üzvü olmalı idi. İrana cürbəcür adlarla gələn qadınlar sırasında bu da bir cşahzadəə olaraq gəlmişdi.
Knyaginya Nina ilə bir tərəfə çəkilərək uzun-uzadı danışırdı, mənsə Sara, Frikson və miss Hamna ilə bərabər gəzirdim. Məmmədhəsən Mirzənin ətrafını çar və ingilis konsulu kəsmişdi, onlar söz yox ki, ümumi diplomat sözlərindən, İranın cistiqlaliyyətəini müdafiə etdiklərindən və sairdən danışırdılar. Şahzadə xanım bir çox söhbətlərdən sonra Ninadan ayrılaraq yenə də vəliəhdə yaxınlaşdı və onun qoluna girdi.
Gecə saat on ikidə süfrəyə oturdular. Şahzadə xanım vəliəhdlə yuxarı başda, onların bir tərəfində ingilis, o biri tərəfində də çar konsulu oturmuşdu,
Birinci piyalə şahzadə Məmmədhəsən Mirzənin və şahzadə Osipovanın şərəfinə içildi. Diplomatlar qulağımızın min kərə eşitdiyi sözləri ortalığa tökdülər və işğal olunmamış azad bir kəndi qalmayan İranın müstəqil olması haqqında vəliəhdi əmin etdilər.
Biz də kənarda Nina ilə oturub bu səhnəni və bu caktyorlarpı gözdən keçirir, oyuncaq vəziyyəti almış vəliəhdə tamaşa edirdik.
Miss Hanna ilə Sara xanım da bizim bərabərimizdə oturmuşdu. Amerikalı qız mənim Nina ilə olan münasibətimə müəyyən bir şəkil verməyə çalışırdı.
Gecə saat üçdə vəliəhd konsullarla vidalaşıb şahzadə xanımla getdiyi zaman mənə yaxınlaşdı və:
– Mən sizin xanımınızın avropalı olduğunu bilmirdim, şahzadə xanım onu çox bəyənmişdir. Rica edirəm xanımızı da götürüb bizə gəlin. Şahzadə xanım da təkdir, darıxır, – dedikdə şahzadə xanım da mənim əlimi sıxaraq:
– Xanımınız çox nəcib xanımdır. Sizin xoşbəxtliyinizi təbrik edirəm, – deyərək ayrıldılar.
mx
Vəliəhdin Yemelyanovun əlindən qurtardıqdan sonra şahzadə xanım Osipovanın əlinə düşməsi gizli komitəni düşündürürdü, çünki nəslən və əslən qadın düşkünü olan Məmmədhəsən Mirzə hələ Təbrizə gəlmədən Tehrandan onun «sevimli» qadınları dəstələrlə Təbrizə gəlmişdi. Söz yox ki, o öz yaxasını artıq dərəcədə gözəl olan rus dilbərinin əlindən qurtara bilməyəcəkdi.
Təəccübə səbəb olan cəhətlərdən birisi də Yemelyanovun qovulduğundan bir ay keçməmiş bu qadının vəliəhdin sarayına girməsi məsələsi idi. O nə ad və nə vasitə ilə bu axmaq şahzadəyə yanaşmışdı?
Mən bu cəhətləri Ninadan soruşmaq üçün onu yanıma çağırmışdım, çünki konsulun təzə il bayramı ziyafətində cşahzadən xanımla Nina uzun-uzadı söhbət etmişdi.
Ziyafətdən qayıdandan bəri Ninanı görməmişdim, nə onun özü mənim yanıma gəlmişdi, nə də Məcidi mənim yanıma buraxmışdı. Buna başqa bir səbəb ola bilməzdi, ancaq bu küsüşə konsulun ziyafətində mənim amerikalı qızla olan yaxınlığımdan şübhələnməsi səbəb ola bilərdi. Mənim onu miss Hanna ilə tanış etdiyim və amerikalı qızın qeyri-təbii bir vəziyyət alması Ninaya mənim o qızla köhnədən tanış olduğumu hiss etdirmişdi. Nina gəldi, Məcidi də gətirdi. Nina mənə yad və təzə görüşüb tanış olan rəsmi bir adam kimi yanaşdı, içəri girib salam verdi, əlimi sıxıb bir tərəfdə oturdu, Mə- «idin yaxalığını düzəltməyə və saçlarını sığallamağa başladı.
Mən hökm sürən bu sükutu pozmaq istərkən, özüm də hiss etmədən Ninaya yersiz bir sual verdim:
– Xəstələnmişdinmi?
– Xəstənin yanına gedib halını soruşarlar, çağırıb soruşmaq qayda deyil! Xəstənin dalınca adam göndərib «gəl görək kefin necədir?ə demək ancaq sənin əlindən gələr.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-knyaginya-osipova
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Birdən-birə dünyaya böyük ğülğülə düşdü,Bu ğülğülədən ali-Roman müşkülə düşdü.
Məktəb nəyə lazım?Bica söz imiş məktəbi-irfan, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.
Olursa!Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti:*Vətəndaşlar!*
Ağbaşlar içtimainin qətnaməsiŞükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.