Səhifə 2 / 4 · 25%

Nina bir az sakitləşdikdən sonra soruşdu:

– O qız kim idi?

– Hansı qız?

– Konsulun evində məni tanış etdiyin qız. O nə üçün mənim adımı eşidərkən qısqandı? Nə üçün o titrəyirdi? Nə üçün onun rəngi tez-tez dəyişirdi?

– Məgər sən o qızı tanımırsan? Mən onun barəsində sənə danışmamışammı?

– Xeyr, danışmamısanl

Mən bu sözdən sonra miss Hamna ilə tanış olmağımın tarixini olduğu kimi əvvəlindən axırına qədər Ninaya danışdım və onun bizə göstərdiyi xidmətləri bir-bir saydım. Hətta onu Ninanın konsulxanadan gətirdiyi məlumatın köməyi ilə həbs olunmaqdan qurtarıb Təbrizdən qaçırtmağa müvəffəq olduğumuzu da dedim.

Miss Hannanın Rəfizadə vasitəsilə qaraçı evinə aparılması, bizim onu nə cür qurtardığımız və Mahmud xanın öldürülməsini də bu hadisə əsasında təşkil etdiyimiz, Rəfizadəni Təbrizdən qaçaq saldığımız və son günlər yenə də Rəfizadəni edam etdirdiyimiz kimi söhbətlər Ninanı cəzb etdi.

Nina sevinərək dərin bir ah çəkdi, sanki bununla da özünü yormaqda olan bütün düşüncələri silkələyib yerə tökdü. Durub əlimi sıxdı:

– Mən nə qədər xoşbəxt bir qadınam! – dedi. – Gözəl qadınların romanlarda aradığı qəhrəman mənim gözümün qarşısında oturmuşdur.

Nina bu sözü deyərək dodaqlarını mənim dodaqlarıma yaxınlaşdırdığı anda Məcid məndən qabaq dodaqlarını onun dodaqlarına yapışdırdı.

İndisə Nina miss Hannanı görmək və onunla yaxından dost olmaq istəyirdi. Mən ona bu vədəni verdim, lakin bu asan deyildi, miss Hannanı da bu görüşə hazırlamaq və onun varlığına hakim olan qısqanclığı təmizləmək lazım idi.

Artıq Nina təbii halına gəlmişdi. O, həmişə olduğu kimi, məni Məcidlə danışdırmağa və Məcidi mənə suallar verməyə məcbur etməyə çalışırdı.

Mən dünyada hazırkı vəziyyətdən də böyük xoşbəxtlik bilmirdim, mən daima Ninanın Məcidlə məşğul olduğunu görürkən, bütün yorğunluğumu unudur və sanki bütün ağırlıqları öz üstümdən atırdım.

Ninanın yubandığını görən Təhminə xanım da mənim yanıma gəldi. O, daim bizi mehriban gördüyü zaman sevindiyindən ağlardı. Yenə də onun gözləri yaşarmışdı. Məcid onun bu vəziyyətini gördüyü zaman daim ona yazığı gəlirdi. Yenə də bizim yanımızdan qalxıb:

– Ana, qorxma, nə üçün ağlayırsan? Mən naxoş deyiləm! – deyərək onun boynuna sarıldı və onunla məşğul olmağa başladı.

Mən də bundan istifadə edib cşahzadən xanım Osipovanın məsələsinə başladım:

– Sən o gecə vəliəhdin qoluna girən və onunla saraya gedən «şahzadə» xanımdan bir şey anladınmı?

Nina gülərək:

– Onun şahzadə olmadığı şübhəsizdir, – dedi. – Onun bütün danışıqları, rəftarı, oturub-durması, özünün şahzadə familiyasını daşıyan bir casus olduğunu göstərir. Məgər çar yandarmının əlində bu cür saxta familiyalar daşıyan casus qadınlar azdırmı? Hələ onun vəliəhdlə tanış olması və saraya daxil edilməsi üsulu da onun saxtalığını göstərirdi.

Onun öz dediyinə görə vəliəhdin təsvirini gənc padşahın təsviri ilə bərabər Petroqradda bir fotoqrafın sərgisində görmüş və ona aşiq olmuşdu. Buna görə də vəliəhdlə qaibanə yazışmış və ona öz məqsədini bildirmiş, vəliəhd isə onun Təbrizə gəlməsinə icazə vermişdir.

Qadın deyir ki, «vəliəhd razılıq versə həmişəlik İranda yaşamaq üçün islam dinini də qəbul edəcəyəmə.

Nina bunları dedikdən sonra əlavə olaraq qeyd etdi:

– Vəliəhd bu casusun əlindən asanlıqla qurtara bilməyəcəkdir. o, mahir bir casus olmasa belə, məşhur bir gözəldir. Şərq hökmdarlarma da belələri lazımdır.

Mən:

– Qoymarıq! – dedim. – Bu cür casusları çox görmüşük...

ik.

Çar konsulunun vəliəhdin qoluna verdiyi «şahzadə», xanım Osipövanı ifşa etmək üçün belə bir tədbir düşünmüşdük: vəliəhdin özünəməxsus farsca və fransızca blanklar çap etdirmişdik. Bu blankların birisində vəliəhd Məmmədhəsən Mirzənin adından Petroqrad knyazı Osipovun adına rus dilində belə bir məktub yazmışdıq:

«Həşəmətli knyaz! Uca olan tanrının mərhəməti sayəsində, dövlətimizin şan-şövkəti və xanədanımızın nəcabəti həşəmətli knyaza məlumdur.

Dövləti bəhiyyəyi-Rusiya ilə olan qonşuluq və dostluq münasibətimizi də uzun illərin tarixindən oxuya bilərsiniz.

Ata-babalarımız bu dostluğu davam etdirdiyi kimi onun övladı da onu möhkəm saxlamağa çalışır.

Son zamanlar mənim taleyimə düşən xoşbəxt bir təsadüf bu dostluğa daha təzə bir şəkil verdi. Həşəmətli knyaginyanın Təbrizə təşrif gətirməsi Rusiya imperatoru xanədanı ilə İran şahlığı xanədanının bir-birinə daha sıxı bağlanması üçün bir başlanğıc oldu. Şahzadə xanım Şəmsülimarəyə təşrif gətirəndən bəri özünü çox rahat hiss edir və İran vəliəhdi ilə olan görüşündən öz razılığını sizə, öz böyük qardaşına bildirmək istəyir.

Şahzadə xanım ümid edir ki, siz bu qohumluqdan razı qaldığınızı kiçik və eyni zamanda şərəfli bir məktubla bizə bildirəcəksiniz. Bu məktubla bərabər şahzadə xanımın məktubunu da sizə göndərirəm. Hər ikimiz ümid edirik ki, bu məktubun cavabı bizim xoşbəxtlik bayramımızın xəbərini verəcəkdir. ı

İmza: vəliəhdi-səltənəti-İran

Məmmədhəsən Mirzə

Təbriz, 10 yanvar 1916-cı il».

ek ki

İranın siyasi vəziyyəti ingilis və rus müdaxiləsi nəticəsində altüst olmuşdu. Çar qoşunu Tehranı işğal etmək üçün €Yeni imam adlı mövqedə durub, xariciyyə nazirinin əmrini gözləyirdi. Çar hökumətinə vicdanən və iqtisadən bağlı olan Fərmanfərma Tehranın işğal edilməsini tələb edirdi.

Nəhayət, bu qədər təzyiqlər nəticəsində İran hökuməti Rusiya ilə İngiltərənin təklifi üzərinə bitərəfliyi pozub müharibəyə qoşulmağa razı oldusu da, ağır şərait təklif etdiyi üçün Sazonov onun bitərəf qalmasını məsləhət gördü. Əhməd şah dekabr ayının 13-də özünün sə!tənətdən əl çəkmək arzusunu elan etdi. Şahın səltənətdən əl götürmək şəraiti İngiltərə və Rusiya arasında müzakirə edilməyə başladı, onlar Əhməd şahın şəxsi təmini məsələsini öhdələrinə götürdülər.

Lakin ingilislər Əhməd şahın İranı onlara tapşırıb getməsinə razı olsalar da, onun yerinə təklif olunan Məmmədəli şahın İrana gətirilməsinə razı olmurdular. Bununla da Sazonov Tehran səfirinə razılığı 29 dekabr tarixli məktubunda hərbi dairələrlə danışaraq Tehrana hərbi qubemator təyin edilməsini bir daha təklif edirdi.

Tam bu günlərdə, bizim Təbrizdə aldığımız xəbərlərə görə Fərmanfərma İranın tamamilə Rusiya himayəsinə keçmək planını düzəldir və 1916-cı il yanvarın 6-da Tehran səfirinə təqdim edirdi.

Hələ himayə məsələsi baş tutmadan belə, himayənin verəcəyi nəticələr meydana qoyulurdu. Şah Tehrandakı kazak briqadasının artırılmasına razılıq göstərir, şose və dəmiryolları, mədənləri işlətmək üçün imtiyazlar verir, bununla rus səfirindən az bir miqdarda rüşvət alırdı.

Azərbaycanda isə vəziyyət başqa cür idi. Burada Nizamülmülk yerli hökuməti rüşvət müqabilində satdığı üçün mahallarda bir nəfər də olsa namuslu hakim və qubernator yox idi, onlar ancaq çar konsulunun buyruqlarını yerinə yetirir və İran xalqını nə vasitə ilə olursa-olsun çar konsullarının sərəncamına verməyə çalışırdı.

Lakin çar konsulu Təbrizdə, başqa yerlərdə olduğu kimi, çox da cəsarətlə hərəkət edə bilmirdi. O, təbrizlilərin üsyanından qorxurdu. Çar təbəələri də iranlılara, başqa yerdə olduğu kimi, təcavüz edə bilmirdi. Azərbaycanda çar hökumətinə satılan hüquqlar hökumətin hüquqlarından ibarət idi. Bunları isə Nizamülmülkün özü satır və pullarını da öz sandığına yığırdı.

Vəliəhdə gəldikdə, o da konsuldan müəyyən pul almaqla bərabər, cşahzadəə xanım Osipova ilə vaxtını keçirməkdə idi. Biz hələlik Nizamülmülkü ifşa etmək üçün hazırlıq aparır, eyni zamanda Petroqrada knyaz Osipova yazdığımız məktubun cavabını gözləyirdik.

kok

Rəfizadənin məsələsini bitirdikdən sonra amerikalı qızı görməmişdim. Qızın özü də sanki görüşlə maraqlanmırdı, çünki keçmişdə görüşməyə macalım olmadığı hallarda özü məni axtarar, heç olmasa məktub göndərib halımı soruşardı.

Onunla görüşməyim lazım idi. Amerika konsulunun baş katibi Frikson xəstə idi, onun vasitəsilə heç bir xəbər almaq mümkün deyildi. Buna görə də miss Hannanı görməyə məcbur idim.

Bu gün nə olursa-olsun onu görməli və siyasi vəziyyətlərlə tanış olmalı idim, çünki axşam saat 11-də vəliəhdin «şahzadə) xanım Osipovanın ad günü münasibəti ilə ziyafətinə getməli idim. Vəziyyətdən xəbərdar olmadan vəliəhdin yanına getmək bizə heç bir mənfəət verməyəcəkdi, orada özümüzü nə cür aparmalı və nə kimi mövzularda söhbət etməli idik, bunu hələ müəyyənləşdirməmişdik.

Amerikalı qız həmişə saat dörddə konsulxanadakı vəzifəsindən evinə qayıdırdı. Bu saatlarda onunla görüşə bilməsəydik, axşam saat 8-də heç də mümkün olmayacaqdı, çünki evinə doqquzda gedib, saat on birdə qayıtmaq mümkün deyildi, onun yanında uzun saatlarla oturmaq lazım gəlirdi.

Saat dörd tamamda qapını vurdum, qoca xidmətçi yenə başı tərpənə-tərpənə və həyatına istehza yağdıran adamlar kimi gəlib qapını açdı, lakin məni görcək həddindən artıq sevindi.

– Kiçik xanım evdədirmi? - deyə soruşduqda, üzümə təəccüblə baxaraq:

– Bəli, evdədir, – dedi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri