Bica söz imiş məktəbi-irfan, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.

On bir sənə mən eyləmədim ömrümü zaye,Asudə gəzib kəsb elədim fənni-sənaye,Ariflikimə eylədim insanları qane,Sərf etməmişəm bu iş üçün can, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.

Bir söylə nə lazım sənə bu fənn, bu sənət,Daim çalışıb verməlisən əyninə zinət,Qoysun «ürəfa» qismi gərək bığlara qiymət,Bığlardı qoyan düşməni heyran, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.

Hər öz adını yazmağa olmazsa savadın,Çək bığları, qorxma «ürəfa»dır yenə adın,Sən dəhrdə dadın ki, bilirsən iki zadın,Məktəb qutarıb olmusan insan, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.

Arifliyin hər şərtini qan, eyləmə nöqsan,Heç firqəyə yan vermə, özün olma da insan,Olsun gərək aləmdə proqram sənə qur’an,Ol əsrdə bir tazə müsəlman, səni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.

Hər kəs nə deyir qoy deyə, sən boşlama karın.Fikrində məbada olasan qeyrətü arın,Var hər əməlin, qaldı fəqət birçə qumarın,Aylarca qumarxanada ver can, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XLI. Tez-tez görüşlər

Əmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:«Möhtərəm Leyla xanım!

5 dəq
XLII. Qəzvində

Biçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.

5 dəq
XLIII. Qısqanclıq

Doktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi.Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi:

3 dəq
XLIV. Bakıya doğru

Alman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.

2 dəq

Başqa şairlərin şeirləri · Satira